Yadınızdadırsa, 1-2 gün əvvəl Şahbaz Quliyevin Əvəz Zeynallıya müsahibəsin paylaşmışdım. 7 il əsirlik həyatı yaşamış Şahbaz onları Kəlbəcərə Əli Həsənovun göndərdiyini söyləmişdi.Hətta əvvəlki səfərlərində Kəlbəcərdən çəkib Əli Həsənova verdikləri videonun ermənilər onu həbs etdikdən sonra kassetlər əşyayı-dəlil olaraq Şahbazın qarşısına qoyduğunu deyir. Bütün bunlara aydınlıq gətirmək üçün Dilğəm Əsgərovdan jurnalistlər açıqlama istəyib. Dilqəm də nə desə yaxşıdır?
Dilqəm Əsgərov :
“Əli Həsənovun avtomatı, qumbarası var?! Əli Həsənovun ixtiyarı çatırmı ki, bunu etsin?! Mən buradan Əli Həsənovun oğluna müraciət edirəm. Birbaşa Əli Həsənovu istəyən, onun təmizliyinə inanan insanlar əgər varsa, çıxsınlar ortaya. Şahbaz Quliyev məhkəməyə verilsin. Silahlar, avtomat, qumbara, tapança mənlikdir. Haradan almışamsa, Azərbaycan jurnalistlərinin gözü qarşısında sübut edim. Məndə faktlar var. Avtomatların hər birinin nömrəsi var. Hardan almağım barədə faktlarım var. Mənim oğlum 24 yaşında bütün dünyanı gəzərək məni müdafiə etdi. İndi də Əli Həsənovun oğlu çıxsın atasını müdafiə etsin”.
Dilqəm Əli Həsənova tərif yağdırır
“Əli Həsənovun oğlu da yəqin ki, özü kimi vətənpərvər, layaqətli adamdır. Çıxsın ortaya mənə kömək etsin. Əgər etməsə, 30 qoyunum var, satıb, özümə vəkil tutub, bu işi həll etmək üçün gəlib Bakıda oturacağam. Bu məsələni axıra qədər araşdıracağam. Sübut edəcəyəm ki, Şahbaz Quliyev Bakıdakı ermənilərdən Əli Həsənova qarşı göstəriş alır. Şahbaz Əli Həsənova qarşı yalan ittiham qaldırır”
Əntiqə Rəşid
GundemXeber.Az
P.S. Əsirlikdə ikən qəhrəman olduqlarını düşündüyüm bu iki insanın əsirlikdən gələndən sonra bəzi iddialarını dinləmişdim. Beynimdən dəfələrlə keçmişdi: Görəsən hansı daha səmimidir, sözün düzünü danışır... İndi aydın oldu . Əli Həsənovu "təmiz insan", "vətənpərvər" "ləyaqətli" adlandıran biri səmimi ola bilməz, düzgün insan ola bilməz, ləyaqətli ola bilməz... Heyf sənin azadlığın üçün keçirdiyim narahatçılığa, qatıldığım tədbirlərə, yazdığım yazılara, halal eləmirəm!
Yeri gəlmişkən 2 milyard manata yaxın dövlət vəsaiti və xarici yardımları mənimsəyən, 15 milyon manata yaxını geri qaytaran", köçkünlərin evini 18-22 min manat arası pula satan Əli Həsənova vətənpərvər" deyənin əxlaqı da şübhəlidir vətənpərvərliyi də...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?