GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Lənkəran Dövlət Universitetində satınalmalarda nə kimi biabırçılıqlara yol verilir

Lənkəran Dövlət Universitetində satınalmalarda nə kimi biabırçılıqlara yol verilir

Tarix: 27-05-2022, 18:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 729

Dövrü mətbuatda Lənkəran Dövlət Universitetində rüşvətxorluq, tələbə müəllim münasibətləri haqqında yayaılmış çoxlu sayda məlumatlara rast gəlmək olar. Qeyd edək ki, Universitetin 2016-cı ildən sonra 5 il rektor əvəzi kimi işləmiş Natiq İbrahimov nəhayət 23 aprel 2021-ci il tarixdə rektor təyin edildi. Bu təyinatdan artıq bir il keçməsinə baxmayaraq Lənkəran Dövlət Universitetində heç nə dəyişməyib, hər şey əvvəlki qaydada davam edir. Universitetdə tələbələrlə bağlı yayılan məlumatlardan fərqli olaraq biz bu ali təhsil müəssisəsinin maliyyə və təssərrüfat işləri ətrafında araşdırmalar aparmalı olduq və satınalmalar tarixində ən biabırçı mənzərələrlə üzləşdik.

Qeyd edək ki, Lənkəran Dövlət Universiteti 2022-ci ildə müxtəlif malların və xidmətlərin alınması üzrə bir neçə satınalma proseduru həyata keçirib. Gundemxeber.Az aktualinfo.org-a istinadla bildirir ki, bu kotirovka sorgularının keçirilməsi zamanı yol verilən qanun pozuntuları rektor Natiq İbrahimovun bir rektor kimi idarəetmədən bixəbər olduğunu ortaya çıxardı. Lənkəran Dövlət Universiteti tərəfindən 2022-ci ildə keçirilmiş aşağıda diqqətinizə çatdıracağımız kotirovka sorğularında yol verilən qanun pozuntuların diqqət yetirin. Bu qanun pozuntularından əlavə, həm də biabırçılıqdı.

“Bioaktivlərin alınması, ağac və bitkilərə aqrotexniki qulluğun olunması işləri” üzrə keçirilmiş kotirovka sorğusunda fiziki şəxs RÜFƏT RAMAZAN OĞLU MASİMOV  ilə 10.05.2022-ci ildə 19 770 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Mətbəə məhsullarının hazırlanması üzrə keçirilmiş kotirovka sorğusunda “PLUTON-MM”  Məhdud Məsuliyyətli Cəmiyyəti  ilə 10.05.2022-ci ildə 7640 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PLUTON-MM”  Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 28.04.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, CƏFƏR XƏNDAN, ev 8, m. 8, qanuni təmsilçisinin isə Mirzəyev Elmar Rafiq oğlu olduğu göstərilir.

Qeyd edək ki, Universitetin Tender Komissiyası kotirovka sorğusunun keçirilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada dövlət satınalmalarının vahid internet portalına elan yerləşdirməmiş, şərtlər toplusunda kotirovka sorğusu müsabiqəsinin başlanma tarixini 19.04.2022-ci il, təkliflərin son təqdim olunma tarixini 05.05.2022-ci il, zərflərin açılış tarixini isə 06.05.2022-ci il göstərmişdir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da göründüyü kimi “PLUTON-MM”  Məhdud Məsuliyyətli Cəmiyyəti 28.04.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Bu isə o deməkdir ki, Lənkəran Dövlət Universitetinin Tender Komissiyası kotirovka sorğusu müsabiqəsi başladıdıqdan 9 gün sonra, zərflərin açılma tarixinə isə 7 gün qalmış dövlət qeydiyyatına alınan bir MMC ilə satınalma müqaviləsi bağlayıb. Bu isə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə yolverilməzdir.

Atributların və mükafatların alınması üzrə keçirilmiş kotirovka sorğusunda “VAHİD-M”  Məhdud Məsuliyyətli Cəmiyyəti  ilə 10.05.2022-ci ildə 48 440  manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

2022-ci ildə konfrans və tədbirlərin təşkil olunması üzrə keçirilmiş kotirovka sorğusunda “VAHİD-M”  Məhdud Məsuliyyətli Cəmiyyəti  ilə 29.04.2022-ci ildə 36 930  manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bərk inventar və avadanlıqların carı təmir olunması üzrə keçirilmiş kotirovka sorğusunda “ELİTE CONSTRUCTİON”  Məhdud Məsuliyyətli Cəmiyyəti  ilə 29.04.2022-ci ildə 20 675.96 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bərk inventar və avadanlıqların carı təmir olunması üzrə keçirilmiş kotirovka sorğusunda “ELİTE CONSTRUCTİON”  Məhdud Məsuliyyətli Cəmiyyəti  ilə 29.04.2022-ci ildə 20 675.96 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Dəftərxana və təsərrüfat mallarının alınması üzrə keçirilmiş kotirovka sorğusunda “VAHİD-M”  Məhdud Məsuliyyətli Cəmiyyəti  ilə 11.04.2022-ci ildə 31 169  manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VAHİD-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində 17.11.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının  MASALLI RAYONU, MASALLI ŞƏHƏRİ, QARABAĞ, ev DÖNGƏ 1, qanuni təmsilçisinin isə Mirzəyev Elmar Rafiq oğlu olduğu göstərilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da göründüyüy kimi Lənkəran Dövlət Universitetinin satınalma müqaviləsi bağladığı MMC-lərin qanuni təmsilçisi eyni şəxs, Mirzəyev Elmar Rafiq oğludur. MMC-lərin fəaliyyət sferası barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi, Lənkəran Dövlət Universitetinin Tender Komissiyası bir nəfərin qanuni təmsilçisi olduğu iki MMC ilə bir ay ərzində ayrı-ayrı malların alınması və xidmətlərin göstərilməsi üzrə ümumi dəyəri 124 179 manat olan satınalma müqavilələri bağlamışdır. Ayrı-ayrı xidmətlər üzrə bir nəfərə məxsus iki MMC ilə bağlanılan satınalma müqavilələri müəyyən şübhələrə yol açır.

Lənkəran Dövlət Universitetinin Tender Komissiyası “VAHİD-M”  Məhdud Məsuliyyətli Cəmiyyəti  ilə 2021-ci ildə də dəftərxana və təsərrüfat mallarının alınması üzrə ümumi dəyəri 150 969 manat olan iki satınalma müqaviləsi bağlamışdır.

Göründüyü kimi Lənkəran Dövlət Universiteti ilə “VAHİD-M”  Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış  satınalma müqavilələrndə də şübhəli məqamlar var. Belə ki, Universitetin Tender Komissiyas bu MMC-ni qalib seçərkən “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozmuş, demək olar ki, ayrı -ayrı xidmətlər üçün bir nəfərə məxsus iki  MMC-nin müvafiq sahədə peşəkarlığını, ixtisas göstəricilərini, təcrübəsini, texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini, etibarlığını nəzərə almamışdır.

Yuxarıda qeyd etdiyimiz məlumatlardan da görsəndiyi Lənkəran Dövlət Universiteti tərəfindən keçirilmiş kotirovka sorğularında  “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra tələbləri kobud şəkildə pozulmuşdur.Tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi  satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə yaradır.

Bu yuxarıda göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə Lənkəran Dövlət Universitetinin Tender Komissiyasına sorğu məktubu unvanlamışıq. Universitetin satınalma işləri üzrə mütəxəssisi, əslində satınalmalardan bixəbər olan Tərlan Məhərrəmli telefona belə cavab vermir. Görək göstərdiyimiz bu qanunsuzluqlara nə kimi don geyindirəcək. Şübhəsiz  deyəcək ki, bizim xəbərimiz olmur. Hər şey elektron qaydada keçirilir. Amma biz ona bəri başdan bu sualı ünvanlayırıq. Necə olur ki, Mirzəyev Elmar Rafiq oğlunun adına təsis edilmiş iki MMC ancaq Lənkəran Dövlət Universitetinin keçirdiyi kotirovkaların qalibi olur? Yoxsa İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kompüterləri Mirzəyev Elmar Rafiq oğlu ilə əlaqəyə girib ancaq Lənkəran Dövlət Universitetinin keçirdiyi kotirovkaların qalibi çıxarır?


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lənkəran Dövlət Universitetində “qış semestri”nin əl yandıran qiymətləri

    Lənkəran Dövlət Universitetində “qış semestri”nin ...

    26-01-2017, 22:59

  • 
  • LDU-da milli ayrıseçkilik niyə qabardılır?

    LDU-da milli ayrıseçkilik niyə qabardılır? ...

    18-06-2016, 17:18

  • 
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Lənkəran Dövlət Universitetinin tələbələri tərəfindən MƏLUMAT.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham ...

    21-06-2016, 01:19

  • 
  • GDU-da şübhəli maliyyə əməliyyatları nədən araşdırılmır... - FAKTLAR

    GDU-da şübhəli maliyyə əməliyyatları nədən ...

    1-02-2021, 12:35

  • 
  • Lənkəran Təhsil Şöbəsində korrupsiyaya uğrayan yüz minlərlə manatın qaranlıq taleyi

    Lənkəran Təhsil Şöbəsində korrupsiyaya uğrayan ...

    28-03-2015, 20:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu