GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hacı İldırımın sahibi olduğu istirahət məkanından ilginc məlumatlar...

Hacı İldırımın sahibi olduğu istirahət məkanından ilginc məlumatlar...

Tarix: 10-06-2022, 11:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 244


Artıq yay fəslidir. Uzun və gərgin iş aylarından sonra gözəl bir məkanda, təbiət qoynunda istirahət etmək, həmçinin sanatoriyalara gedib, Tanrının bizə bəxş etdiyi təbii müalicəvi vasitələrdən yararlanmaq üçün ən gözəl zamandır. Şükürlər olsun ki, Azərbaycanımızın ərazisində müalicəvi əhəmiyyətə malik müxtəlif ərazilərdə, müxtəlif sanatoriyalar fəaliyyət göstərir ki, bunlardan biri də Masallı rayonunda yerləşən İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyasıdır.

Gundemxeber.az dogruxeber.az-a istinadla bildirir ki, İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası həm Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər.
GundemXeber.Az dogruxeber.az-a istinadla bildirir ki, məlumatlar bura qədər normaldır. Amma, gəlin etiraf edək ki, çoxumuz elə internet üzərindən araşdırıb, internetdə gözəl çəkilmiş şəkillərə aldanıb, sözügedən məkana dincəlmək və müalicə almaq məqsədilə gedib, əsəb sarsıntıları ilə geri dönmüşük. Dincəlmək məqsədilə üz tutduğumuz məkanda əsəblərimizi gərən isə gələn turistlərə (müştərilərə) göstərilən xidmət səviyyəsinin olduqca aşağı olması, həmçinin "dəvə belində"ki qiymətlər və ən əsası gecələdiyimiz otaqların natəmizliyi, çirkab, üfunət, toz içində olmasıdır və sair...
Yeri gəlmişkən, bir zamanlar sosial medialarda "Fatimeyi-zəhra" adı verilən sanatoriyanın əxlaqsızlıq yuvasına çevrilməsi barəsində məlumatlar yayımlanmışdı. Sonra hansısa "müəmmalı səbəblər"dən birdən-birə o məlumatlar saytların çoxundan silindi. Amma, deyəsən silinən təkcə o məlumatlardır, məkanın fəaliyyətində o qədər də ciddi dəyişiklik yoxdur.

Belə ki, sözügedən məkanda müştəri olan şəxslər tərəfindən verilən məlumata görə sanatoriyada iki nəfərlik otaqlar (koteclər) fəaliyyət göstərir ki, orada dincəlmək istəyən cütlüklərdən heç nə soruşulmadan bir neçə saatlıq, yaxud günlük açarlar təhvil verilir. Eynilə, heç bir qəbz təqdim etmədən aldıqları pul kimi. Bu mövzuya birazdan qayıdacağıq. Hələlik isə kimlikləri bəlli olmayan "cütlüklərə" maneəsiz verilən otaqların şəraitindən danışırıq. Demək, mövcud durumun şahidlərinin sözlərinə görə otaqların qısamüddətli kirayə ödənişi aşağı olmasa da, göstərdikləri xidmətlər və otaqların təmizlik səviyyəsi olduqca aşağıdır. Çirkli və üfunət qoxuyan, iyrənc ləkəli yataqlar, toz içində qalmış döşəmələr, oturacaqlar, natəmiz hamam otaqları və sair. Belə şəraitsiz otaqlarda adam özünü də itirər, nəinki şəxsi əşyalarını. Ona görə də həmin otaqlarda dincəlmək istəyənlərin itən əşyalarını tapıb vermək də xidməti işçiləri üçün müşkül olub. Bütün bunlar azmış kimi, üstəlik məkan müxtəlif üsullarla dövlət vergisindən də yayınır. Məsələn, yuxarıda qeyd etdiyimiz otaqların kirayəsi, fərqi yoxdur istər bir gün, istərsə də bir neçə saatlıq olsun 50 AZN-dir və bu ödənişə görə kimsələrə ödəniş qəbzi təqdim edilmir. Bundan əlavə 10 dəqiqəlik isti su vannasına görə ödənilən 5 AZN üçün də ödəniş qəbzi verilmir. Maraqlıdır, bapbalaca bərbərxana, dönərxana və digər bu kimi iaşə obyektlərinin hamısından xəbərdar olub, onlardan kassa aparatı tələb edən, olmadıqda obyekt sahibinin bir neçə illik gəliri mislində cərimə edən Vergilər Nazirliyi əməkdaşları istisu sanatoriyasından xəbərsizdirmi?
Hələ bu harasıdır, hazırda çayın hövzəsində böyük hovuz inşa etdirilir. Bundan da deyəsən Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərsizdir.
İnandırıcı deyil. Çünki, elə bir məmur, yaxud ən kiçik vəzifələrdə çalışan şəxs yoxdur ki, Masallı istisu sanatoriyasında olmasın. Hətta, bizə deyilən məlumata görə sözügedən məkanın qanuni sahibi İldırım Allahyarovun əksər yüksək çinli məmurlarla dostluq münasibətləri var ki, bu da sözügedən məmurların məkanda istirahət etdikləri zaman yaranıb. Bəlkə də onların sayəsindədir ki, sanatoriyanın sənədli sahəsi 4 hektar olduğu halda, əlavə iki hektardan çox ərazini zəbt edərək, 6 hektardan çox ərazidə fəaliyyət göstərir və buna görə İldırım Allahyarova heç bir qurum əməkdaşı "gözün üstdə qaşın var" demir. Hətta, deyilənə görə İldırım Allahyarovun qardaşı, eyni zamanda sanatoriyanın ərazisini yarı-yariya böldüyü Qardaşəli Allahyarov dost-tanis arasında "adam öldürsə belə, qanını batıracaq gücə malik olduqları" ilə qürrələnirmiş. Təbii ki, Qardaşəli Allahyarova bu sözləri hər kəsin yanında söyləmə cəsarətini verən yüksək çinli məmur dostlarıdır.

P.S: Qeyd edək ki, bütün məlumatlarla qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Qardaşəli Allahyarova zəng etdik. Qardaşəli bəy birmənalı olaraq inkar etdi və sanatoriya ilə ümumiyyətlə heç bir əlaqəsi olmadığını dedi. İldırım Allahyarov isə birneçə dəfə zəng etməyimizə baxmayaraq, telefonu açmadı.

QEYD: Deyilən məlumatlarla bağlı aidiyyatı üzrə dövlət qurumlarına göndərilməsi üçün "DogruXeber.az" redaksiyası tərəfindən müraciətlər hazırlanır.

Yeri gəlmişkən, növbəti yayımımızda "Fatimeyi-Zəhra" adı verilən şəfa sanatoriyasında istirahət edən məmurlar, iş adamları və digər şəxslərə fərqli "xidmət göstərən" "qadın dəllalları"nın adlarını açıqlayacağıq.
Diqqətiniz bizdə olsun.

Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Masallı İstisu Sanatoriyasından kütləvi şikayət FOTOLAR

    Masallı İstisu Sanatoriyasından kütləvi şikayət ...

    30-07-2015, 00:14

  • 
  • Şəkillərdə: Fatimeyi Zəhra məscidində 3-cü Qədr gecəsi

    Şəkillərdə: Fatimeyi Zəhra məscidində 3-cü Qədr ...

    18-06-2017, 19:48

  • 
  • Ali Məhkəmə dini icmanın ləğvi barədə qərarı dəyişmədi

    Ali Məhkəmə dini icmanın ləğvi barədə qərarı ...

    13-11-2014, 12:22

  • 
  • Şou-biznes əhli harada istirahət edəcək? - SORĞU

    Şou-biznes əhli harada istirahət edəcək? - SORĞU ...

    1-07-2017, 15:18

  • 
  • Masallıdakı istirahət mərkəzində ölüm

    Masallıdakı istirahət mərkəzində ölüm ...

    14-07-2014, 02:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu