GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağcabədi icra hakimiyyəti iki şəhid ailəsini üz-üzə qoyub: - torpaq mübahisəsi, baş memarın müdaxiləsi...

Ağcabədi icra hakimiyyəti iki şəhid ailəsini üz-üzə qoyub: - torpaq mübahisəsi, baş memarın müdaxiləsi...

Tarix: 13-06-2022, 15:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 338

Ağcabədidə şəhid ailəsi ilə Milli Qəhrəmanın ailəsi arasında torpaq mübahisəsi yaşanır. Narazı tərəflərin sözlərindən belə çıxır ki, problemin yaranması və bu həddə gəlməsinə səbəbkar rayonun icra hakimiyyətidir.

Ağcabədi rayon sakini, şəhid atası Elşən Abbasov Musavat.com-a müraciət edərək bildirib ki, rayonun Aşağı Avşar kəndinin inzibati ərazisində icarəyə götürdüyü 2 hektar torpaq sahəsində əkdiyi nar ağacları məhv olmaq təhlükəsi ilə üz-üzədir. Onun sözlərinə görə, sahibkar İqbal Abdullayev (Milli qəhrəman Namiq Abdullayevin qardaşı) torpağa bitişik ərazidən keçən drenaj kanalının bir hissəsini zəbt edərək doldurub və hazırda orada qanunsuz tikinti işləri aparmağa başlayıb:

“Belə olduğu təqdirdə isə həmin drenaj kanalının gələcəkdə təmizlənməsi qeyri-mümkün olacaq və mənim əkdiyim ağacların yerini qrunt suları basacaq. Bu isə təsərrüfatımın məhv olması deməkdir. Deyim ki, tikinti ilə bağlı heç bir qanuni sənəd yoxdur. Ancaq mənim icarəyə götürdüyüm torpağın bütün sənədləri qaydasındadır. İqbal Abdullayev öz qeyri-qanuni hərəkətlərini belə əsaslandırır ki, rayon icra hakimiyyətindən şifahi razılıq alıb və bu işdə əsasən baş memar Səfər Səfərovun adını hallandırır. Məsələ ilə bağlı narazılığımı bildirmək üçün Səfər Səfərovla görüşdüm. Lakin o bildirdi ki, bu yer Milli Qəhrəmanın ailəsinə məxsusdur və orada tikinti aparacaq. Ancaq dediyim kimi, tikinti icazəsini təsdiqləyən heç bir sənəd yoxdur. Bu, tamamilə qanunsuzdur. Faktiki olaraq rayon icra hakimiyyətinin birtərəfli mövqeyindən sonra qarşı tərəfin əsassız iddiaları daha da artdı və qanunsuz əməllərin icrasına başlanıldı. Bəzi insanlar bunu torpaq mübahisəsi kimi təqdim etsə də, bildirirəm ki, heç kəsə qarşı torpaq iddiam yoxdur, bu iddialarla bizə qarşı çıxış edirlər, yaranmış vəziyyətdə isə özümüzün və ictimai mənafeləri qorumaq məcburiyyətində qalmışıq. İqbal Abdullayev əməllərinə qanuni don geyindirmək üçün daha sonra bildirməyə başlayıb ki, kanal balansdan çıxarılaraq bələdiyyə tərəfindən ona verilib. Eyni zamanda qeyd edir ki, guya ərazini hasarlayır ki, ona aid obyektə heyvanlar girməsin. Bunun hamısı öncədən düşünülmüş ssenaridir və müəyyən insanların öz əməllərini “qanuniləşdirmək2 məqsədi daşıyır. Onun özü də etiraf edir ki, bir neçə il öncə kanala boru ataraq onun üstünü torpaqlayıb və faktiki olaraq qanun pozuntusu edib. Əgər söhbət heyvanlardan qorunmaq üçün divarın çəkilməsindən gedirsə, onda bu hasarı kanalın İqbal Abdullayevə aid olan hissəsində çəkmək mümkündür, daha mənim istifadəmdə olan torpağın sərhədlərində yox”.

Şikayətçi bildirib ki, göstərilən kanalın istifadəçiləri sırasında mən də varam və İqbal Abdullayev həyata keçirdiyi əməllərlə mənim hüquqlarımı və qanuni mənafelərimi məhdudlaşdırır:

“Çünki faktiki olaraq drenaj kanalı istifadəmdə olan torpaq sahəsinə bitişikdir və onun əsas təyinatı torpağı şoranlaşmaqdan, qrunt sularından qorumaqdır. Mən bir istifadəçi kimi Azərbaycan Respublikası Torpaq məcəlləsinin 34-cu maddəsi ilə torpağın mühafizəsi sahəsində üzərimə qoyulmuş öhdəlikləri yerinə yetirirəm (torpaqların su eroziyasından, şoranlaşmadan və digər dağıdıcı proseslərdən qorumaq -red.). Eyni zamanda, bildiyim qədər torpaq istifadəçiləri olan digər şəxslər öz fəaliyyətlərini həyata keçirərkən başqa şəxslərin mənafelərinə zərər vurmamalıdır. Torpaqların mühafizəsinin birbaşa dövlətin üzərində olduğunu nəzərə alaraq, müvafiq dövlət strukturlarından xahiş edirəm ki, məsələni nəzarətə götürsünlər və qeyri-qanuni qərarların, hərəkətlərin dayandırılmasına yardımçı olsunlar.

Bir məsələni də əlavə edim ki, mənim icarədar olduğum ərazidə 30 ildən artıqdır ki, Xocavənddən olan məcburi köçkün ailəsi yaşayır, 1 ildən artıqdır ki, mən özüm burada əkinçilik fəaliyyəti ilə məşğulam. Ötən müddət ərzində RİH nümayəndələrinin bizə hər hansı məsələdə dəstək üçün əraziyə gəlişinin şahidi olmamışam, lakin drenaj kanalının üzərində tikinti aparılması məsələsi ortaya çıxan kimi icra hakimiyyətindən olan bir qrup şəxs 4-5 dəfə burada olub və kanalın kənarı ilə hasarın çəkilməsi üçün İqbal Abdullayevə şərait yaradılmasını təkidlə tələb ediblər.

Mayın 19-da (2022-ci il) İqbal Abdullayevin adamları ərazidə bünövrə qazmağa başladılar. Məcbur qalıb Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə, eləcə də Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat və Ekologiya nazirliklərinin “qaynar xətt”inə müraciət etdik. Göstərilən qurumlardan nümayəndələr gəldilər və tikilinin qanunsuz olduğunu bildirib, işləri dayandırdılar. Hazırda işlə bağlı araşdırma gedir. Lakin buna baxmayaraq iyunun 12-də əraziyə bir qrup şəxs gələrək yenidən tikinti işləri aparmağa başladı”.

Məsələ ilə bağlı mövqeyini almaq üçün adı hallanan İqbal Abdullayevlə də əlaqə saxladıq. İqbal Abdullayev isə Musavat.com-a bildirdi ki, iddialar tamamilə əsassızdır. O söylədi ki, yeri ona Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynovun göstərişi ilə veriblər:

“Əgər biz Elşən Abbasova məxsus olan torpağın ərazisinə keçiriksə, məhkəməyə versin. Burada şor kanalı var. Kanalı Meliorasiya idarəsi ləğv edib. Yəni bu, kanal kimi ləğv edilib və iddia edən tərəfin torpağına heç bir qarışacağı yoxdur. Onlar nəyin davasını edirlər, bilmirəm. Kanala mən bir neçə il öncə minlik boru salmışam. Ona görə də ağacların yanma ehtimalı yoxdur. Biz elə adam deyilik ki, kiminsə yerində gözümüz olsun. Torpağın onlara heç bir aidiyyəti yoxdur. Orada mən heç bir obyekt tikmirəm. Sadəcə olaraq əraziyə yaxın yerdə çayxanam var. Həmin yerə küçə itləri dolurdu. İt-pişik gəlməməsi üçün hasar çəkirəm. Bunlar da onu obyekt kimi qələmə vermək istəyirlər. Həmin yeri də icra başçısı mənə verib. Sənədlərdə həmin yer onların adına deyil. Kanaldır və kanala da sənəd almaq mümkün deyil. Kanalın funksiyası itməsin deyə də orada işlər görmüşəm, boru salmışam. Yəni heç bir problem yoxdur”.

Problemlə əlaqədar rayonun Baş memarı, Elşən Abbasovun adını çəkdiyi Səfər Səfərovla da əlaqə saxladıq. Səfər Səfərov Musavat.com-a bildirdi ki, bu məsələdə adının hallanması doğru deyil. Söylədi ki, o, məsələyə qarışmayıb və heç kimin də tərəfini tutmayıb:

“İcra hakimiyyəti kanalı doldurmur. Onu doldurmaq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin işidir və bizə heç bir aidiyyəti yoxdur. Bu iki ailənin də problemi nədirsə, gedib məhkəməyə müraciət etsinlər, problem həllini tapsın. Mənlik heç bir məsələ yoxdur. İcra hakimiyyətində 15 il qabaq torpaq şöbəsi olub. İndi belə bir şöbə yoxdur. Torpağın mənə nə aidiyyəti var? Biz də istəyərik ki, tərəflər öz aralarında razılığa gəlsinlər. Mən heç bir qanun pozuntusuna yol verməmişəm. Əgər hansı tərəf iddia edirsə ki, mülkünə müdaxilə var, o zaman məhkəməyə müraciət etsin. Məhkəmə də bu işə baxsın, müvafiq qərar çıxarsın”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı şəhid atasını nə üçün vurmaq istəyib? - ŞOK İDDİA

    İcra başçısı şəhid atasını nə üçün vurmaq ...

    6-01-2021, 11:04

  • 
  • Məmur özbaşınalığı Qazini intihar həddinə çatdırdı - Ağcabədidə NARAZILIQ

    Məmur özbaşınalığı Qazini intihar həddinə ...

    24-06-2021, 12:57

  • 
  • Agsunun icra başçısı şəhid ailəsini aldadır

    Agsunun icra başçısı şəhid ailəsini aldadır ...

    9-12-2016, 13:36

  • 
  • Şəhid bacısı: “Nə iş verirlər, nə də əkib-becərməyə torpaq” – VİDEO

    Şəhid bacısı: “Nə iş verirlər, nə də ...

    5-02-2020, 13:59

  • 
  • Şəhid ailələrindən Şəhidlər xiyabanındakı vəziyyətə etiraz

    Şəhid ailələrindən Şəhidlər xiyabanındakı ...

    30-01-2013, 10:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu