GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şəhid ailələrindən Şəhidlər xiyabanındakı vəziyyətə etiraz

Şəhid ailələrindən Şəhidlər xiyabanındakı vəziyyətə etiraz

Tarix: 30-01-2013, 10:18 Bölmə :Ölkə Baxış: 820
Şəhid ailələrindən Şəhidlər xiyabanındakı vəziyyətə etiraz

Onlar qəhrəmanların məzarlarının kölgədə qaldığını deyirlər

Şəhidlər xiyabanına ayaq basan hər kəs orada ancaq 20 Yanvar faciəsində şəhid olanların məzarlarını görə bilir. Çünki bir neçə il bundan öncə əkilən ağaclar hasar kimi Qarabağ savaşında şəhid olanların məzarlarının qarşısını kəsir. Bununla da şəhidlərin qəbirləri ziyarətə gələnlər üçün bir növ, əlçatmaz olur. Kimin harada uyumasını görmək üçünsə gərək sıxlaşmış ağacların arasına girəsən. Əks təqdirdə, küknar ağacları məzarları görməyə mane olacaq. Bir il öncə bu ağaclar balaca olduğu üçün qəbir daşları normal görünürdü. İndi isə şəhid qəbirləri tamam görünməz olub.
Hələlik rəsmilər bu barədə heç bir söz demirlər. Əgər küknar ağacları çıxarılmasa, yəqin ki, şəhid ailələri öz doğmalarının məzarlarının yerini dəyişdirməli olacaqlar. Onlar özləri belə deyirlər.
Qarabağ döyüşlərinin əfsanəvi qəhrəmanı, hamının “Fred Asif” kimi tanıdığı Milli Qəhrəman Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmov da Şəhidlər xiyabanında dəfn olunan Qarabağ şəhidlərinin ağacların arxasında gizlədilməsinə etiraz edir. O bildirib ki, həmin ağacların əvəzində ovulub-tökülmüş, baxımsız halda olan qəbirləri, başdaşlarını bərpa etmək daha yaxşı olardı: “Orada ağac əkib şəhidləri gizlətmək əvəzinə hansısa gözəllik, abadlaşdırma işləri aparıla bilərdi. Şəhidlərimizin ağacların arxasında qalmalarına biz də öz etirazımızı bildiririk. Bu qədər şəhidlərimiz var, niyə onları ağacların arxasından gizlədək? Qəhrəmanları gizlətməklə nə etmək istəyilər ki? Şəhidə hörməti qardaş Türkiyədən öyrənməliyik. Orada dövlət rəhbərləri şəhid anasının qarşısında baş əyir. Çünki rəhbərlər gəldi-gedərdi. Amma şəhid həmişəyaşardır.
211 Milli qəhrəmanımız var. Onlardan cəmi 18 nəfəri sağdır. “Fred Asif” olmasın, Milli Qəhrəman Şirin Mirzəyev olsun, onun qəbri niyə ağaclar kölgəsində qalmalıdır. Azərbaycanda şəhidlərə şəhid ailələrinə ögey münasibət bəsləyirlər. Biz bunun əleyhinəyik!”.
Şəhid qardaşı onu da deyir ki, xiyabanda elə qəbir daşları var ki, baxımsızlıqdan ovulub tökülür. Onun sözlərinə görə, ağaclara xərclədikləri pulu baxımsız qəbir daşlarının bərpa edilməsinə sərf edə bilərdilər: “Bu barədə dəfələrlə deyilib, cavabı da belə olur ki, hər şey yavaş-yavaş düzələcək”.
Qarabağ döyüşlərində şəhid olan Milli Qəhrəman Ələkbər Əliyevin həyat yoldaşı Reyhan Zeyniyeva da şəhidlərin ağac kölgələrində qalmasına etiraz edir: “Düzdür, həyat yoldaşım qəbri ağaclar olmayan tərəfdədir. Amma bir şəhid ailəsi kimi mən də şəhidlərə bu cür münasibətin əleyhinəyəm. Onlar bizim tariximizdir. Təbii ki, hamı onları görməlidir”.
Milli Qəhrəman Fərhad Hümbətovun qardaşı Sahib Hümbətov isə deyir ki, ağaclar əkilən vaxt etiraz bildirsələr də, bunun nəticəsi olmayıb. Ona görə də indi də etiraz etməyin heç mənası da yoxdur. Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov isə bu barədə danışmaqdan imtina etdi.
Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəhidlər Xiyabanında böyük rəzalət

    Şəhidlər Xiyabanında böyük rəzalət ...

    17-01-2013, 10:36

  • 
  • Azərbaycanda şəhid məzarına şok hörmətsizlik - Foto

    Azərbaycanda şəhid məzarına şok hörmətsizlik - ...

    26-11-2014, 23:13

  • 
  • Sumqayıtda polis rüsvayçılığı: "Nə şəhid?! Bizə şəhid lazımdır?!"

    Sumqayıtda polis rüsvayçılığı: "Nə şəhid?! ...

    12-08-2014, 22:34

  • 
  • Qazaxın "Şəhidlər Xiyabanı"ndakı məzarlar çöküb

    Qazaxın "Şəhidlər Xiyabanı"ndakı ...

    28-03-2014, 09:09

  • 
  • Azərbaycanın bu oğulları Qarabağ uğrunda döyüşlərdə şəhid oldular

    Azərbaycanın bu oğulları Qarabağ uğrunda ...

    3-04-2016, 00:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu