GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vüqar Qurbanova arxalanıb Zaqatala Mərkəzi Xəstəxanasında nə kimi işlər çevirirlər - İLGİNC FAKTLAR

Vüqar Qurbanova arxalanıb Zaqatala Mərkəzi Xəstəxanasında nə kimi işlər çevirirlər - İLGİNC FAKTLAR

Tarix: 20-06-2022, 16:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 208

Məlum olduğu kimi, 2020-ci il yanvar ayının 1-dən ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bununla bağlı Prezident İlham Əliyevin Fərmanına əsasən Səhiyyə Nazirliyinin strukturunda dəyişikliklər edilmiş, quruma tabe olan bir çox səhiyyə müəssisəsi yeni yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) balansına keçirilmişdir. Xəstəxanaların Səhiyyə Nazirliyindən alınaraq TƏBİBƏ verilməsindən sonra da çox təəssüflər olsun ki, tibb müəssisələrindəki neqativ halları aradan qaldırmaq mümkün olmayıb. Elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə xəstəxanalarda rüşvətxorluğun baş alıb getməsi barədə çoxsaylı şikayətlərə rast gəlmək olar ki, bu da Baş həkimlərin gündəlik qazanclarının heç də az olmamasını deməyə əsas verir.

Gundemxeber.Az aktualinfo.org-a istinadla bildirir ki, xəstəxanaların Baş həkimləri pasientlərdən yığdıqları ilə kifayətlənməyib büdcə vəsaitlərini talaması da heç də yeni məlumat deyil. Uzun illərdir səhiyyə sistemində aparılan islahatlar adı altında ayrılan milyonlarla dövlət vəsaitləri bu sahədə heç bir dəyişikliyə səbəb olmayıb, əksinə korrupsiya hallarının artmasına gətirib çıxarıb. Son illərdə səhiyyə işçilərinin korrupsiya üstündə həbs olunmaları da buna bir sübutdur.

Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı dünən redaksiyamıza verilən məlumatlar da yuxarıda sadaladıqlarımızla eynilik təşkil edir. Belə ki, sözügedən rayonun mərkəzi xəstəxanasında həm rüşvətxorluq, həm də korrupsiya halları baş alıb gedir. Burada gün ərzində toplanan rüşvətin məbləğini müəyyən etmək çətin olduğundan, diqqətimizi birbaşa korrupsiya hallarına cəmlədik. Xəstəxanalarda korrupsiyaya daha çox mal materialların, dərman vəsaitlərinin satınalmasında yol verilir. Odur ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasının son illər keçirdiyi satınalmaları diqqətinizə çatdırdıqdan sonra keçəcik əsas mətləbə.

Zaqatala rayon Mərkəzi Xəstəxanası tərəfindən 2020-2021-ci illərdə zəruri malların alınmasına ayırdığı vəsaitlər ətrafında araşdırmalar apardıq. Xəstəxananın Tender Komissiyası tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə 2020-ci ildə dəftərxana və təsərrüfat xərclərinə 48 723.73, mətbəə xərclərinə 22 881.99, Yumşaq inventara 22 591.69, ehtiyat hissələrinin alınması xərclərinə 30 109.66 manat vəsait ayrılıb. Bu ümumi olaraq 124 307 manat təşkil edir. Qeyd edək ki, bu müqavilələrin hamısı 2020-ci ilin dekabr ayında bağlanılıb.

Zaqatala rayon Mərkəzi Xəstəxanası eyni məqsədlərlə 2021-ci ildə nə qədər vəsait xərclyib? Sair torpaq, tikili və avadanlıqlara 15 847.4, mətbəə mallarının alınmasına 19 910.73, tikili və avadanlıqların cari təmir xərclərinə 46123.46, maşın və avadanlıqların alınmasına 169 823.24, yumşaq inventarın alınmasına 24 365, dəftərxana və təsərrüfat xərclərinə 58 764, nəqliyyat vasitələrinin carı təmir xərclərinə 28 991.13, hüquqi yardıma 3600, Digər malların (yeməkxana və məxbəx ləvazimatlarının) alınmasına 18 528 manat vəsait ayrılıb. Ümumi olaraq 385 952 manat. Göründüyü kimi Zaqatala rayon Mərkəzi Xəstəxanası 2020-ci ilin dekabr ayından 2021-ci ilin dekabr ayına qədər yuxarıda qeyd etdiyimiz malların və xidmətlərin satınalmasına ümumi olaraq 510 259 vəsait xərcləyib. Qeyd edək ki, bu 250-çarpayıdan ibarət bir dövlət xəstəxanası üçün böyük vəsaitdir.

Bütün bunlara baxmayaraq Zaqatala rayon Mərkəzi Xəstəxanasından redaksiyamıza dünən verilən məlumata görə hazırda xəstəxanada elektrik generatoru işləmir. Xəstəxananın direktoru Məcid Əliyev generatorun təmir olunması üçün cərrahlardan pul yığmağı tələb edib. Sanitar qovşaqda olan nasazlığı aradan qaldırmaq və tualet kağızı almaq üçün hazırda orta tibb işçiləri pul yığmaqdadır. Xəstəxanada bu gün həkimlər tibbi əlcəkləri bellə yaxınlıqdakı aptekdən pulla alırlar. Onda yuxarıda qeyd etdiyimiz yüz minlərlə vəsait necə olur? Xəstəxananın direktoru Məcid Əliyevin narazı tibb işçilərinə dediyinə görə, ayrılan vəsaiti yuxarıdan silirlər. Yuxarıdan silirlər, yoxsa direktor müavini, Tender Komissiyasının sədri Rövşən Əhmədovla, inzibati məsələlər üzrə direktor müavini Emil Rüstəmov silir, bilinmir.

İndi deyə bilmərik buna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevlə, TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanovun münasibəti necə olacaq. Amma onu deyə bilərik ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanova arxalanıb çox işlər çevirənlər var. Bütün bir çox işlərin başında Xəstəxananın kadrlar şöbəsinin müdiri Gülnarə Ömərova dayanır. Məlumatlara görə xanım şöbə müdiri ilə TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanovu yaxın, ya da uzaq qohumluq telləri bağlayır. Vüqar Qurbanovun hələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şimal bölgəsi üzrə kuratoru olduğu zamanlardan Gülnarə Ömərovaya geniş səlahiyyətlər verdiyini bildirirlər. Hazırda Zaqatala rayon Mərkəzi Xəstəxanasında kadrlar şöbəsinin müdiri olan Gülnarə xanım ətraf rayonlarda da xəstəxanalara rüşvət müqabilində tibbi işçiləri təyin etdirir. Öz qızı Zülfiranı isə tibbi əmək təcrübəsi yol vermədiyi halda Zaqataladakı Diaqnostika Mərkəzinin xəstə xidmətləri şöbəsinə müdir təyin etdirib. Qardaşının həyat yolldaşını isə Katexdən gətirib baş tibb bacısı təyin etdirib. Məlumata görə Gülnarə Ömərova bütün bunları açıq şəkildə, heç kimdən çəkinmədiyini söyləyərək edir.

Xəsəxananın direktoru Məcid Əliyevə gəlincə. O, 2012-2018-ci iilərdə Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Çalışdığı müddətdə yol verdiyi qanunsuzluqlara görə tutduğu vəzifədən kənarlaşdırılıb. Belə ki, verilən məlumata görə, Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyevin karyerasına davam edib-etməməsi sual altında qalıb. Lakin bunlara baxmayaraq Məcid Əliyev sabiq nazir Oqtay Şirəliyevə yaxın şəxslərin vasitəsi ilə nəinki, vəziyyətdən çıxa bilib, hətta Zaqatala kimi nisbətən kiçik bir xəstəxananın direktoru vəzifəsinə də təyinat alıb. Redaksiyamıza verilən məlumatlardan da göründüyü kimi, Məcid Əliyev Şəkidəki əməllərinə son qoymayıb. Bunlar Məcid Əliyevin direktoru olduğu Zaqatala rayon Mərkəzi Xəstəxanası barədə son məlumatlar deyil. Burada daha biabırçı hallara da yol verilir ki, araşdırılmasına ciddi ehtiyac var. Amma əsas odur ki, gənc kadr, TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanovun gizli əməlləri və onun adından rayon Mərkəzi Xəstəxanasında çevrilən işlər ortaya çıxdı.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM

    TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə ...

    25-07-2020, 12:40

  • 
  • “Sabunçu Tibb Mərkəzi”ndə MRT aparatı niyə işləmir? - TƏBİB-ə sual olunur...

    “Sabunçu Tibb Mərkəzi”ndə MRT aparatı niyə ...

    27-04-2022, 15:00

  • 
  • Səhiyyə Nazirliyi koronavirusla bağlı vətəndaşlara müraciət edib

    Səhiyyə Nazirliyi koronavirusla bağlı ...

    30-01-2020, 16:32

  • 
  • Baş nazir icbari tibbi sığorta ilə bağlı müşavirə keçirdi

    Baş nazir icbari tibbi sığorta ilə bağlı müşavirə ...

    29-12-2019, 19:45

  • 
  • TƏBİB-ə sual olunur: “Sabunçu Tibb Mərkəzi”ndə MRT aparatı niyə işləmir?

    TƏBİB-ə sual olunur: “Sabunçu Tibb Mərkəzi”ndə ...

    30-04-2022, 10:36


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (94)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu