GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Eldar Əzizovun milyonlar ayırdığı MMC-lərin görünməyən tərəfləri

Eldar Əzizovun milyonlar ayırdığı MMC-lərin görünməyən tərəfləri

Tarix: 23-06-2022, 20:04 Bölmə :GündəmXəbər / Manşet Baxış: 594

Bakı şəhər İcra Hakimiyyətinə tabeli qurumların, “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rayon idarələrinin ərazilərindəki əsaslı tikinti və təmir məsələlərinə hər il dövlət büdcəsindən milyonlarla manat dövlət vəsaitinin ayrıldığ heç kimə sirr deyil. Sirr olan bu vəsaitlərin səmərəlli xərclənib, xərclənməməsidir. Dövrü mətbuatda Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli rayon idarələrinin keçirdikləri şübhəli tenderlərlə bağlı çoxsaylı məlumatlara rast gəlinir. Elə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təşəbbüsü ilə Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarət üçün hələ 2019-cu ilin fevralında yaradılmış “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin də adı bu mənada az hallanmır.

Gundemxeber.az bildirir ki, aktualinfo.org “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin Eldar Əzizovun təbirincə desək Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunması ətrafında apardığı araşdırmanı diqqətinizə çatdırır.

“Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri ərazisində həyətlərdə, səkilərdə, park və xiyabanlarda, təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderdə “KASPİAN AZ”  Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və 26 459 081.61 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını bildirən məlumatlar dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə 01.06.2022-ci il tarixdə açıqlanıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KASPİAN AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.09.2005-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ  BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, İLHAM HACIYEV (RƏSULZADƏ QƏS.), ev 75, qanuni təmsilçisi kimi isə Əliyev Namiq Adil oğlu qeyd olunub.

Açıq mənbələrdə “KASPİAN AZ” MMC-nin barəsində heç bir məlumat yoxdu. Maraq üçün MMC-nin hüquqi ünvan kimi göstərdiyi  M.Rəsulzadə qəsəbəsində axtarış da etdik. Sakinlərin sözlərinə görə “İlham Hacıyev küçəsi o qədər qarışıqdır ki, heç özümüz də baş aça bilmirik. Küçənin 1-ci, 2-ci, 3-cü döngələri var. Hər döngənin də A və B küçələri var. Bu küçələrin də haradan başlayıb, harada bitdiyini çox adam bilmir”. Hardasa 5 saat axtarmağımıza baxmayaraq biz Rəsulzadə qəsəbəsində İlham Hacıyev ev 75 ünvanın tapa bilmədik. Buradan küçədə yaşayan sakinlərə, qəsəbənin İcra nümayəndəliyinə, Bələdiyyəsinə bir daha səslənirik ki,  İlham Hacıyev ev 75 ünvanında tapmaqda bizə köməklik göstərsinlər.

Qeyd edək ki, artıq 17 ildir ki, dövlət qeydiyyatına alınmasına baxmayaraq MMC yalnız Dövlət Miqrasiya Xidmətinin soyutma və istilik sistemlərinə xidmətin satınalınması üzrə keçirdiyi bir kotirovka sorğusunun qalibi olub və 15 537.06 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı ictimaiyyətə 02.06.2022-ci ildə açıqlanıb. Birdən-birə 26 milyon, sonra da 15 min. Maraqlıdır deyilmi?

“Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların əsaslı təmirinin satınalınması üzrə keçirdiyi açıq tenderdə isə “TRİLLİANT ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib olub. Bakı şəhər İcra hakimiyyətinə tabeli qurum MMC ilə 34 335 999.98 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 10.05.2022-ci il tarixdə açıqlayıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TRİLLİANT ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin 14.11.2016-cı il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, QƏZƏNFƏR ƏLİZADƏ, ev 4, m. 3, qanuni təmsilçisi kimi isə İsgəndərov Aydın Rəsul oğlu qeyd olunub.

Açıq mənbələrdə “TRİLLİANT ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində də heç bir məlumat yoxdu. Şəhərsalma və Arxitektura komitəsinin məlumatlarında “Trilliant Engineering” MMC 2020-ci ildə Əliyev Soltan Əlibala oğlunun sifarişi əsasında Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 5-ci küçə, 27C ünvanında 1 mərtəbəli, 97.12 kvadratmetr fərdi yaşayış evinin tikintisini həyata keçirib. Burada da bir qəribəlik var. Bakı şəhər İcra Hakimiyyətinə tabeli “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti nə üçün böyük həcmdə işlər görmüş və görə biləcək təcrübəli şirkətlərə deyil, cəmi bir mərtəbəli bir ev tikmiş MMC-yə 33 mülyonluq dövlət sifarişini həvale edib?

“Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti elə həmin gün, yəni 10.05.2022-ci il tarixdə daha bir satınalma müqaviləsi bağlayıb. Bakı şəhərində mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların alınması üzrə keçirilmiş açıq tenderdə isə qalib “MODUL XIDMƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 16 436 951.6 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MODUL XIDMƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.12.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, ORDUBADİ (BİLƏCƏRİ QƏS.), ev 3, m. 51, qanuni təmsilçisi kimi isə Ağamirzəli Şövqü Dövlət oğlu qeyd olunub.

“MODUL XIDMƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinə gəlincə. MMC 23.12.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Cəmi 5 ay sonra, yəni 05.05.2021-ci il tarixdən 05.04.2022-ci tarixinə qədər Mədəniyyət Nazirliyinə tabeli qurumların keçirdiyi 19 tenderin qalibi olub və ümumi olaraq 963 583 manat məbləğində dövlət sifarişi alıb. Maraqlıdır ki, MMC Mədəniyyət Nazirliyinə tabeli qurumlara dəftərxana və təsərrüfat mallarının, proqram təminatı, istehlak yönlü müxtəlif malların, nəşr işlərinin alınması kimi xidmətlər göstərdiyi halda, birdən birə Bakı şəhər İcra Hakimiyyətinə mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların alınması xidmətini göstərməyə başlayıb. Burada müxtəlif növ malların nələr olduğu bəlli deyil. Bunlardan əlavə MMC son iki ayda Bakı şəhər İcra Hakimiyyətinə tabeli Mənzil Kommunal Təsərrüfatı birliklərinə parklarda istifadə ediləcək malların satın alınması üzrə ümumi olaraq 389 836 manat məbləğində 3 tenderin qalibi olub.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş rəsmi məlumatlardan da görsəniyi kimi “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti may-iyun aylarında Bakı şəhəri ərazisində səkilərdə, park və xiyabanlarda təmir, həyətlərdə yenidənqurma və abadlıq işlərinin satın alınması üzrə ümumi olaraq 77 232 033 manat məbləğində dövlət vəsaiti ayırıb. Lakin bu satınalmalar üzrə qalib olan şirkətlərin heç biri bu işləri görmək iqtidarında deyil. Bu şirkətlərin maddi texniki bazaları və digər göstəriciləri belə böyük işləri həyata keçirə bilmələri ilə üst-üstə düşmür.

Göründüyü kimi bağlanan hər üç müqavilədə gizlin məqamlar çoxdu. Bu işlərin görünməyən tərəfləri nələrdir? Subpodratçı şirkətlər. Maddi -texniki bazası olmayan qeyd etdiyimiz MMC-lər daha sonra texniki imkanları, işçi qüvvəsi olan şirkətlərlə subpodrat müqavilələr bağlayırlar. Bu əlbəttə baş podratçını məsuliyyətdən azad etmir. Əsas məsuliyyət  “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə düşür ki, bu qurumun rəsmiləri də kimlərəsə arxalanıb belə bir riskə gedir. Daha çox pul silmək üçün. Podratşı MMC hesabına köçürülən pullardan BŞİH rəsmilərinə çatacaq məbləği qaytarır, öz payına düşən kiçik bir məbləği də götürüb qalır bir kənarda. Subbotratçılar isə sifarişçilərin ən yaxın adamları olurlar ki, mal-materialların alınmasından da, görülən işlərdən bacardıqları qədər vəsait silirlər.

Burada tək bir sual yaranır. Eldar Əzizov Eldar Əzizov “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətini Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarət üçün yaradıb, yoxsa…

 

GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Əzizov köhnə kadrı Abid Əliyevə təzə, 77 min manata “Toyota” alır

    Eldar Əzizov köhnə kadrı Abid Əliyevə təzə, 77 ...

    27-02-2021, 21:55

  • 
  • Eldar Əzizov bir ilə 80 milyon ayırdı,sanki Hacıbala Abutalıbov Bakını dağıdıbmış

    Eldar Əzizov bir ilə 80 milyon ayırdı,sanki ...

    12-06-2020, 14:02

  • 
  • Eldar Əzizov Abit Əliyevlə yollarını nədən ayırmır? – YENİLƏNİB

    Eldar Əzizov Abit Əliyevlə yollarını nədən ...

    27-03-2020, 17:17

  • 
  • Eldar Əzizov departament sədrini qovdu

    Eldar Əzizov departament sədrini qovdu ...

    15-05-2019, 15:36

  • 
  • Eldar Əzizovdan 6 milyonluq şübhəli müqavilə

    Eldar Əzizovdan 6 milyonluq şübhəli müqavilə ...

    7-06-2021, 16:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu