GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Eldar Əzizov köhnə kadrı Abid Əliyevə təzə, 77 min manata “Toyota” alır

Eldar Əzizov köhnə kadrı Abid Əliyevə təzə, 77 min manata “Toyota” alır

Tarix: 27-02-2021, 21:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 384
Eldar Əzizov köhnə kadrı Abid Əliyevə təzə, 77 min manata “Toyota” alır


Hələ 2019-cu ilin fevralında, Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılanda qurumdan mətbuata verilən açıqlamalarda MMC-nin paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacağı bildirilirdi. İcra Hakimiyyətindən onu da əlavə etmişdilər ki, yeni yaradılan qurumun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq.

Yarandığı gündən sözügedən qurumun fəaliyyəti nədən ibarət olub? MMC tərəfindən paytaxtda həyata keçirilən əsaslı tikinti və təmir məsələləri sahəsində nə kimi strateji planlar hazırlanıb? Bu kimi işlərə ayrılmış dövlət vəsaitlərinin səmərəli istifadəsinin təmin olunmasına MMC necə nəzarət edib?

GundemXeber.Az bildirir ki, aktualinfo.org-un apardığı araşdırmalara görə yaradılmasının artıq ikinci ili tamam olmuş “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi təsdiq olunduqduqdan cəmi üç ay sonra, Bakı şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasına satıınalmalar yolu milyonlarla manat dövlət vəsaiti ayrılıb. Dövlət satınalmalarının rəsmi elektron portalında yerləşdirilmiş və bizim təxmini hesablamalarımıza görə Bakı şəhər İcra Hakimiyyəti sözügedən MMC vasitəsi ilə paytaxt ərazisində barmaqla sayılacaq qədər məktəblərin yenidən qurulmasına, bir neçə yaşayış binasında dam örtüklərinin dəyişdirilməsinə və layihələndəndirmə işlərinə 90 515 255 manat vəsait ayırıb.Qeyd etdiyimiz kimi bunlar bizim təxmini hesabladığımızdır və yüz milyon manatı keçmə ehtimalı var.

Eldar Əzizovun bir başçı olaraq sözügedən MMC-ni hansı məqsədlərlə yaratdığı barədə biz əvvəlki yazılarımızda qeyd etmişik. Onun bu MMC-ni Bakı şəhər İcra Hakimiyyətinin başçısı yanında yaratmaqda məqsədi ayrılan dövlət vəsaitlərinin heç də səmərəli istifadəsinin təmin olunmasına nəzarət etməyə yox, buradan minimum dövlət vəsaitinin kənarlaşdırılması üçün olub. Qeyd edək ki MMC Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində 18.02 2019-cu ildə dövlət qeydiyyatına alınıb.Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu , İstiqlaliyyət, ev 18 olan MMC-nin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi isə bilirsininzmi kimdir? Əliyev Abit Sadiq oğlu.

Bu o Abit Əliyevdir ki, Eldar Əzizov hələ 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra karyerasında yüz səksən dərəcə dönüş yaranmışdı.Həmin dövrdə Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmiş Eldar Əzizov onunla yolunu hələ də davam etdirir. Eldar Əzizov sadıq kadrını özü ilə gətirib Gəncədə daşıdığı vəzifəni Sumqayıtda da ona həvalə etdi. Abit Əliyev isə Gəncədə olduğu kimi, Sumqayıtda da daşıdığı rəsmi vəzifədən əlavə, Eldar Əzizovun sağ əli rolunu kifayət qədər ustalıqla oynayıb. Sumqayıtda da şəhərin təmizlik işləri qalmışdı bir yana. Abit Əliyev Sumqayıtda da birbaşa tikinti işlərinə nəzarət edirdi. Eldar Əzizovun Sumqayıt dönəmində şəhərdə yağışdan sonra göbələk kimi çoxalan bütün yeni hündürmərtəbəli bina tikənlər məhz Abit Əliyevin vasitəsi ilə şəhər merindən razılıq əldə ediblər. Bütün bunlar inkaredilməz fakrtlardır ki, Eldar Əzizovun icra başçısı olduğu bütün yerlərdə gördüyü işlər sonradan gələnlər tərəfindən yenidən qurulmağa başlanıb. Eldar Əzizov daha sonra Abit Əliyevi Səbail rayon İcra Hakimiyyətində müavin vəzifəsinə də gətirdi. Onun Bakı şəhər İcra Hakimiyyətində də vəzifə alacağı gözlənilirdi. Lakin Eldar Əzizov sadiq kadrına şəhərin təmir tikinti işlərinə qeyri leqal nəzarəti həvalə etməyi üstün tutdu.

İndi isə Eldar Əzizov köhnə kadrının konfort avtomobildə gəzməsi üçün 1 ədəd sedan tipli avtomobilin alınmasına nə az,nə də çox, düz 77 300 manat dövlət vəsaiti ayırıb. 26.02.2021-ci il tarixdə müsabiqə yolu ilə həyata keçirilən alqı-satqıda “TOYOTA GƏNCƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlanılıb. Tenderin əsas şərtlər toplusunda “Toyota” avtomobilinin hansı markası olması barədə açıq məlumat verilməyib. Maraqlı olardı bilək ki, Abid Əliyev Bakı şəhərində 77 min manata hansı marka “Toyota”da gəzəcək. Bir də əlavə bir sual yaranır. Müqavilə niyə məhz “TOYOTA GƏNCƏ MƏRKƏZİ” MMC ilə bağlanılıb? Bəlkə sözügedən MMC-nin qanuni təmsilçisi Fikrət İsmayılovla vaxtı ilə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi işləmiş Abid Əliyevi hansısa tellər bağlayır? Bəlkə Gəncə -Şəmkir yolunun sağ tərəfində yerləşən “TOYOTA GƏNCƏ MƏRKƏZİ” yerini vaxtı ilə elə Abid Əliyev satıb?

Qeyd edək ki, Prezident İlham Əliyev son dövrlər dövlət vəsaitlərindən səmərəli istifadə olunmasının vacibliyini demək olar bütün çıxışlarında vurğulayır. Əsas işi Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olan qurum dövlət vəsaitindən səmərəli istifadə edərək 20 min manatlıq bir avtomobil alsa daha yaxşı olmazdımı? Amma görsənən odur ki, Eldar Əzizova dövlət vəsaitinə qənaət yox, Abid Əliyevin komfort avtomobildə gəzməsi sərf edir.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Əzizov Abit Əliyevlə yollarını nədən ayırmır? – YENİLƏNİB

    Eldar Əzizov Abit Əliyevlə yollarını nədən ...

    27-03-2020, 17:17

  • 
  • Eldar Əzizov bir ilə 80 milyon ayırdı,sanki Hacıbala Abutalıbov Bakını dağıdıbmış

    Eldar Əzizov bir ilə 80 milyon ayırdı,sanki ...

    12-06-2020, 14:02

  • 
  • BAKIDA TİKİNTİ İLƏ BAĞLI YENİ QURUM YARADILDI - Baş nazirdən ilginc qərar

    BAKIDA TİKİNTİ İLƏ BAĞLI YENİ QURUM YARADILDI - ...

    6-02-2019, 11:09

  • 
  • Abutalıbovun kadrları işdən çıxarılır, həbslər də ola bilər - GƏLİŞMƏ

    Abutalıbovun kadrları işdən çıxarılır, həbslər də ...

    28-12-2018, 21:44

  • 
  • Xaçmazın TƏZƏ BAŞÇISI DA KÖHNƏ ÜSULLA İŞLƏYİR... - FAKT

    Xaçmazın TƏZƏ BAŞÇISI DA KÖHNƏ ÜSULLA İŞLƏYİR... ...

    4-05-2020, 22:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu