GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qazi və şəhid ailələrinə SAXTA DİQQƏT və QAYĞI

Qazi və şəhid ailələrinə SAXTA DİQQƏT və QAYĞI

Tarix: 25-06-2022, 20:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 937

Əlil və şəhidlərin  pensiyalarının  artımından imtinanı  sosial sığorta haqqı ödəməməklə bağlayırlar


Gündəmi işğal edən qonulardan ən birincisi saxta əlillik, veteranlıq, pensiya təyinatı ilə bağlıdır. Xırda məmurdan tutmuş millətin seçdiyi vəkilə kimi, hamı yeri gələndə, yəni müharibə əlillərinin, şəhid ailələrinin, qazilərin dolanışığını düşünməyə gələndə,   saxtalığı önə çəkir. Kimi  müharibə veteranlarının, kimi qazilərin , kimi şəhidlərin adına saxta rəqəmləri diqqətə çatdırıb, “büdcəyə yarınmaq” yolunu tutub. Heç kim Qarabağı 44 günə qazanan QAZİLƏRƏ, ŞƏHİD AİLƏLƏRİNƏ SAXTA QAYĞIDAN, SAXTA DİQQƏTDƏN söz açmır. Niyə də açsın ki, fakt ortadadır. 

Ötən ilin sonlarında Prezident fərmanı ilə bütün kateqoriyalar üzrə Prezident təqaüdləri 50-100 faiz arası qaldırıldı. Yerində sayan bircə Qarabağ müharibəsi əlillərinin 300-400 manat arası və şəhid ailəsi üzvlərinə toplam ayrılan 500 manat təqaüdlər oldu. Başbilənlər bu “diqqət və qayğını” sözügedən kateqoriyalardan olan insanların təqaüd,  sosial müavinət və  pensiyalarının üç il qabaq(?-M. B.) artırılması ilə izah etdilər. Bu da növbəti saxtalıq : BƏYƏM QAZİ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ SEÇKİDƏN – SEÇKİYƏ DİQQƏT AYRILIR? Bir yandan da , axı müharibə adamlarının pensiya və müavinətlərinin, təqaüdlərinin artımı elə “daxili mənbələr” hesabına olur. Aydın olsun deyə, şəhid ailələrinin kommunal,  nəqliyyat və digər xidmətlər üzrə aylıq müavinətlərini, əlillərin “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinə əsasən verilən  (daha doğrusu yeyilən) müavinətlərini  kəsib, Prezident təqaüdünə əlavə ediblər. Daha bunun nəyi artım oldu, eldə deyildiyi kimi, “bığdan kəsib saqqala yapışdırmaq”la diqqət olmur axı! Əlil olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların sosial müavinətlərinin artım tempinə baxın ,  1-ci dərəcəli əlillərə 220 manat (buna kimi 150 manat olub ), 2-ci dərəcəlilərə 180 manat  (130 manat olub) və 3-cü dərəcəli əlillərə 120 manat  (110 manat olub) ! Faizlə götürəndə  1-ci -2-ci dərəcəli əlillərdə artımın 40-50 faiz olması “diqqət və qayğı” hesabatlarında diqqət çəksə də, 3 -cü dərəcəli əlillərdə artım faizinin heç 10 faizə çatmadığı da statistikadan gizlin deyil. Təsəvvür edin, Heydər Əliyev Mərkəzinin süpürgəçisi aylıq 900 manata yaxın əməkhaqqı ilə 9-10 Qarabağ qazisinin sosial müavinəti qədər diqqət və qayğı ilə əhatə olunub! 

Prezidentin 26.12.2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” fərmanı və 29.12.2000 tarixli, 597 saylı “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” sərəncamı ilə ayrılan toplam 38-40 manat arası müavinət də hələ də -22 ildir təyinatı üzrə verilmir. Nə Maliyyə Nazirliyi,  nə Hesablama Palatası, nə də Milli Məclis Qarabağ qazilərinə saxta diqqət və qayğıya görə tədbir görülməsini təmin edir. Heç Nazirlər Kabinetinin 08.01.2013 tarixli 2 saylı qərarı ilə 64 manatdan 128 manata qaldırılan və hazırda 200 manat civarında müəyyən olunmuş ərzaq payı əvəzinə pul kompensasiyası da 10-cu ildir “diqqətə alınmır”.

Təzəsi olan yerdə 10-20 ilin “köhnə palan içini sökməyək”; Prezidentin 23.12.2021 tarixli fərmanı ilə hərbi qulluqçuların  vəzifə maaşlarına aylıq 20 faiz əlavə müəyyən olunub. “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsində isə yazılıb ki, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına əlavə almaq hüququ olan şəxslərin tutduğu vəzifələr üzrə əməkhaqqıları  (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) SONRADAN ARTIRILDIQDA, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Di gəl, 6 ay keçməsinə baxmayaraq, hələ də qanun tətbiq edilmir. Əksinə, əlavənin artım olmadığı, Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020 tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” qanunun 20.14 maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ olan hərbi pensiyaçılara artımın şamil edilmədiyi bildirilir. Hökumətin  “diqqət və qayğı”sının Konstitusiya Məhkəməsi səviyyəsinə baxın, sonradan əlavə olunan məbləğlərə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən hərbi pensiyaçılara artım hesablanması sosial ədalət prinsipinə zidd imiş!  (?) Bu “diqqət və qayğı”nın niyə yalnız 20.14 maddəsinə əsasən pensiya alanlara, yəni hərbi pensiyaçılara göstərilməsini bir yana qoyaq, axı müharibə əlillərinə 20.16, şəhid ailələrinə 20.17 maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə hesablanır! Axı Konstitusiya Məhkəməsi və hökumət əlil və şəhid ailələrini saxta şərhdən qıraqda qoyub! Bir də, ƏLİL,  ŞƏHİD dünyasını dəyişəndən sonra da MƏCBURİ DÖVLƏT SOSİAL SIĞORTA HAQLARINI ÖDƏMƏLİDİR? Belə “qiqqət və qayğı”nın saxtalığı göz önündə deyil? 

Diqqət və qayğının saxtalıq dərəcələrini bir yazıya sığışdırmaq mümkünsüzdür. Ona görə də nöqtələmək zorundayıq. Deyəsən, diqqət və qayğı saxtalığı hələ sürəcək. ..


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəhid və qazi ailələrinə düşmənçilik siyasəti nədən qaynaqlanır?

    Şəhid və qazi ailələrinə düşmənçilik siyasəti ...

    20-10-2021, 16:31

  • 
  • Şəhid və qazilərin qanpulundan banklar bir milyondan çox qazanıblar

    Şəhid və qazilərin qanpulundan banklar bir ...

    18-10-2021, 15:30

  • 
  • “Əfvlə bağlı şəhid ailələrinin və qazilərin müraciətlərinə həssaslıqla yanaşılacaq” - AÇIQLAMA

    “Əfvlə bağlı şəhid ailələrinin və qazilərin ...

    25-01-2021, 17:00

  • 
  • Müharibə və 20 Yanvar əlillərinə, şəhid ailələrinə Prezident təqaüdünün artırılması üçün ayrılacaq vəsait məlum olub

    Müharibə və 20 Yanvar əlillərinə, şəhid ...

    21-02-2018, 13:45

  • 
  • Prezident şəhid ailələrinə pul ayırdı

    Prezident şəhid ailələrinə pul ayırdı ...

    23-12-2014, 00:12


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu