GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məşhur generalın adı dələduzluqda hallanır - TƏFƏRRÜAT

Məşhur generalın adı dələduzluqda hallanır - TƏFƏRRÜAT

Tarix: 28-06-2022, 11:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 402

Ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun adı dələduzluqla bağlı cinayət işində keçir. Gundemxeber.az gununsesi.info-ya istinadla bildirir ki, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan David Aydəmirovun cinayət işinin materiallarında əks olunub.

Belə ki, David Aydəmirov generalın əmisi oğlu olduğunu vurğulayaraq, onun adından çoxsaylı adamlardan pulları toplayıb.

Keçmiş korpus komandirinin adından istifadə edən əmioğlu onları , “işə düzəltmə” vədiylə aldadıb.

67-yaşlı David Aydəmirovun Quba-Qusar zonasında yaşayan adamları övladlarını işə düzəltmək vədiylə aldatdığı iddia edilir. Cinayət işinin materiallarında göstərilib ki, o, həmin şəxsləri Fövqəladə Hallar Nazirliyinə (FHN), yaxud bu nazirliyin tabeliyindəki idarələrə işə düzəldəcəyinə söz verib. danışıqlarda general-leytenantın əmisi oğlu olduğunu, FHN-də tanışlarının çalışdığını söyləyib, bağlantılarından faydalanacağını bildirib.

Araşdırmalar zamanı o da məlum olub ki, David Aydəmirov işdən ötrü pul verənləri ayrı-ayrı vaxtlarda metronun “20 Yanvar” stansiyasının yaxınlığında FHN-in idarəsində bir nəfərlə görüşdürüb. Həmin şəxsi məsələni çözəcək adam kimi tanıdaraq pulun da ona çatacağını söyləyib. Şahidlərsə deyir ki, David Aydəmirov həmin idarədə görüşdüyü şəxslə ümumi söhbət edib, iş adıyla apardıqlarını da öz qohumu kimi təqdim edib. Bir qədər söhbətləşəndən sonra iradədən çıxaraq rayona qayıdıblar. Yəni orada işə düzəltmək, pul verilməsi haqda söhbətlər olmayıb.

David Aydəmirov ona qarşı irəli sürülmüş ittihamları qəbul edir, özünü təqsirli sayır. O etiraf edib ki, övladını işə düzəlmək adıyla birindən 6 min, başqasından 8 min manat alıb.

Aydəmirov işə düzəltməyə söz verdiyi adamları FHN-in idarəsinə aparmasını belə izah edib: “Məsələn, Zauru ora aparmaqda məqsədim ona və atası Maluddinə onların işiylə məşğul olduğunu yalandan göstərmək idi. Həm də Maluddinin verdiyi pulu xərcləmişdim, pulu qaytarmaqdan ötrü vaxt qazanmağa çalışırdım”.

Ona dələduzluqla yanaşı, həm də rüşvət verməyə təhrik ittihamı irəli sürülüb. Ancaq o, kimsəni rüşvət verməyə təhrik etmədiyini, əməlindən də çox peşman olduğunu deyir.

Alınan pullar geri qaytarılıb

İş üçün pul verən şəxslər zərərçəkmiş yox, şahid kimi tanınıb, çünki verilən pullar rüşvət kimi dəyərləndirilib. Onlar məhkəmədə ifadə verərkən deyiblər ki, David Aydəmirov aldığı pulları geri qaytarıb, ona görə şikayətçi deyillər.

David Aydəmirov bundan öncə – 2017-2020-ci illərdə Bakı Hərbi Məhkəməsinin, Quba və Qusar rayon məhkəmələrinin hökmüylə üç dəfə məhkum edilib. Dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə suçlandığından ona iki dəfə cərimə cəzası kəsilib. Sonuncu dəfə azadlığı 2 il 6 ay məhdudlaşdırılıb. Son cəzası tam ödənilməyib.

Bu dəfə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan David Aydəmirovun çəkilməmiş cəzası da nəzərə alınmaqla, ona 6 il həbs cəzası kəsilib.

Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov 2014-cü ildə ehtiyata buraxılıb.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Korpus komandirinin olduğu helikopter atəşə tutuldu

    Korpus komandirinin olduğu helikopter atəşə ...

    21-06-2013, 18:27

  • 
  • Vilayət Eyvazov generalın oğluna yüksək vəzifə verdi

    Vilayət Eyvazov generalın oğluna yüksək vəzifə ...

    21-05-2020, 12:04

  • 
  • Generalın tutdurduğu adamlara hökm oxundu

    Generalın tutdurduğu adamlara hökm oxundu ...

    18-08-2015, 18:12

  • 
  • General polkovniki işdən çıxardı – Səbəb

    General polkovniki işdən çıxardı – Səbəb ...

    29-09-2018, 19:03

  • 
  • Deputatın qardaşı oğlu azadlığa buraxılıb

    Deputatın qardaşı oğlu azadlığa buraxılıb ...

    17-03-2017, 21:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu