Türkiyədə Jandarm korpus komandiri ilə diviziya komandiri və bir qrup əsgərin olduğu helikopter PKK terrorçularının açdığı atəşə məquz qalıb. Bu barədə məlumatı Türkiyə Baş Qərargah İdarəsi yayıb. Güllələrdən biri helikopterin içinə girərək nəzarət qutusuna dəysə də, hücum nəticəsində xəsarət alan olmayıb. Qeyd edək ki, helikopter sürətli bir manevr edərək atəş xəttindən uzaqlaşıb.
“20 iyun 2013-cü il cüməaxşamı günü 18.40 radələrində Jandarm Korpus komandiri ilə 3-cü diviziya komandirinin olduğu hərbi heyəti aparan helikopterə (S-70) terrorçular tərəfindən Hakkari vilayəti, Yüksekova rayonu, İkiyaka dağından 4 dəfə atəş açılıb. Helikopter sürətli manevrlə atəş xəttindən uzaqlaşıb və təhlükəsiz şəkildə Hakkari Dağ və Desant briqada hissəsinə enib. Baxış keçirərkən bir güllə ön şüşədən içəri girərək helikopterin əsas nəzarət mərkəzinə ziyan vurub və nəzarət qutusunun kənarında qaldığı müəyyənləşib”, – deyə Baş Qərargah İdarəsinin açıqlamasında bildirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?