GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bayıl sakini: “General Beydullayev ev tikib, ünvanımızı əlimizdən alıb”

Bayıl sakini: “General Beydullayev ev tikib, ünvanımızı əlimizdən alıb”

Tarix: 12-07-2022, 14:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 383



“Evi qanunsuz tikib, aldığı çıxarış da saxtadır”

“Özüylə söhbət eləmişəm, heç vecinə də deyil, deyir, get, nə istəyirsən elə. Deyirəm, özüm bir tərəfə, azyaşlı uşaqlarımı da havada qoymusan, sənə ayıb deyil? Axı sən ordu generalısan…”.

Gundemxeber.az bildirir ki, Bakı sakini Emin Qurbanismayılov Meydan TV-yə danışır ki, 1982-ci ildə Səbail rayonu, Bayıl qəsəbəsi, Yüzbəy Mürsəlov küçəsi dalan 1, ev 14 ünvanında doğulub və orada yaşayır.

Deyir ki, bu evi babası tikib və 1959-cu ildə ev qeydiyyata alınıb. Ancaq ərazi Dövlət Neft Şirkətinin olduğuna görə, bu ərazidə yaşayanlara mülkiyyətçi sənədi verilməyib.

2000-ci illərdə hazırda ehtiyatda olan ordu generalı Məmməd Beydullayev əraziyə yaxın yerdə ev tikib.

2018-ci ildə evə Çıxarış alıb. Çıxarışda mülkiyyətçi olaraq həyat yoldaşı Simnarə Beydullayevanın adı qeyd edilib.

Emin Qurbanismayılov bundan günlərin birində ASAN Xidmətə yaşayış yerindən arayış almaq üçün gedəndə xəbər tutub:

“ASAN Xidmətdə bildim ki, mənim evimə Beydullayeva Simnarə və iki övladı qeydiyyata düşüb. O dəqiqə anladım ki, Məmməd Beydullayevin ailəsidir, çünki illər əvvəl bizdən aralıda torpaq alıb evi tikdiyini və orada yaşadığını bilirdim. Özü qeydiyyata düşməyib. Həmin vaxtdan Beydullayevlə görüşüb məsələni aydınlaşdırmaq istəyirdim ki, bu ilin yanvarında özü bizə gəldi. Dedi, evini girov qoymalıdır, ancaq ünvanlar üst-üstə düşdüyünə görə problem yaranıb. İstədi ki, onunla notariat kontora gedib sənədə qol çəkim, getmədim”.

Emin Qurbanismayılovun sözlərinə görə, o, Məmməd Beydullayevə təklif edib ki, məhkəməyə müraciət edib başqa ünvan alsın. Məmməd Beydullayevin həyat yoldaşı bu ilin mayında məhkəməyə müraciət edib. Ancaq o, bunu başqa ünvan almaq üçün yox, Qurbanismayılovların yaşadıqları ünvandakı qeydiyyatlarının ləğv edilməsi üçün edib:


Beydullayevin evi. Foto: Meydan TV

“Məhkəməyə çağırıldım, işlərimlə əlaqədar gedə bilmədim. İyulun 7-də mənə məhkəmə qərarı gəldi. Baxdım ki, məni də, iki azyaşlı övladlarımı da məhkəmə yarım əsrdən çoxdur yaşadığımız evin qeydiyyatından çıxarıb. İndi biz bu evdə faktiki yaşasaq da, ünvanımız yoxdur. Əlimizdən alıb Beydullayevlərə veriblər”. 

Məhkəmə Qərarı mayın 31-də çıxarılsa da, poçtalyon Qurbanismayılovların evinə iyulun 7-də gəlib, məktubun qəbul edilməsiylə bağlı sənədi imzalatmadan gedib.

Emin Qurbanismayılov deyir, neft əraziləri olduğuna görə, yaxın illərədək burada heç kimə mülkiyyətçi sənədi verilməyib. Heç indi də evlərə Çıxarış almaq mümkün deyil. Yalnız istisna hallarda – şəhid ailələrinə, müharibə əlillərinə verilir:

“Mənim babam da, atam da neft sahəsində işləyib, bu torpağı da o vaxt neftçi ailəsi kimi veriblər atama. Biz illərlə çalışsaq da, Çıxarış ala bilmədik, dedilər, neft torpaqlarıdır. Təkcə biz yox, heç kimə vermədilər. 50 ildən çoxdur ki, işıq, qaz, su qəbzləri adımıza bu ünvana gəlir. Bu küçənin keçmiş adı İkinci Yubiley olub, gedib Beydullayevdən soruşsanız, görəcəksiniz ki, bu küçənin adının nə vaxt dəyişdirilməsindən də xəbəri yoxdur. Burada ev tikməyə icazə yoxdur. Evi qanunsuz tikib, aldığı Çıxarış da saxtadır. Qanunsuz tikiliyə saxta Çıxarış almaq üçün ünvan lazım olub, deyiblər, gəl, kiminsə ünvanına oturdaq tikilini, sonra da Çıxarışla gedərsən məhkəməyə, ünvanda əvvəldən qeydiyyatda olanları çıxdartdırarsan. Bunun da ağlına batıb. Daha düşünməyib ki, ələ keçirdiyi ünvanın ardıcıllığı yarım kilometr aralıdakı evlərə aiddir, məsələn, Yüzbəyov 10, 12 evimin sağında, 16, 18, 20 və sair evimin solunda yerləşir. Necə ola bilər ki, təkcə dalan 1, ev 14 gedib bunun evinin ərazisinə düşsün?”.

Məmməd Beydullayevin həyat yoldaşı Simnarə Beydullayeva isə hesab edir ki, ünvan qanunla onun mülkiyyətçisi olduğu evə düşür. O, məhkəmədə iddia qaldıraraq Emin Məhəmmədoviç Qurbanismayılovun, azyaşlı uşaqları Cəmilə Qurbanismayılova və Mühəmmədin Qurbanismayılovun Y.Mürsəlov küçəsi dalan 1 ev 14 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılmalarını tələb edib. Simnarə Beydullayeva iddiasında göstərib ki, bu adamlar onun mülkiyyətçisi olduğu evdən 200-300 metr aralıda öz mənzillərində yaşasalar da, məlum olmayan səbəbdən onun evinə qeydiyyata düşüblər. Hakim də Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Simnarə Beydullayevaya verilmiş Çıxarışa (sənəddə ünvan Yüzbəy Mürsəlov küçəsi dalan 1 ev 14 qeyd olunub) əsaslanıb və iddianı təmin edib.



Hüquqşünas Namizəd Səfərov deyir, Emin Qurbanismayılov Qərardan apelyasiya şikayəti verməlidir və şikayət ərizəsinə mübahisəli ünvanın onun yaşadığı evə aid olduğunu təsdiqləyən sənədlər (qaz, işıq, su borcuna görə bildirişlər, ödəniş qəbzləri, şəxsiyyət vəsiqələri, evə aid digər sənədlər və sair) əlavə etməlidir:

“Əgər iddia onun ünvandan çıxarılmasıyla bağlı idisə, yaxşı olardı ki, məhkəmədə iştirak edib həmin sənədləri məhkəməyə təqdim edəydi. İndi onun yalnız bir çıxış yolu var, bu da apelyasiya şikayəti verib birinci məhkəmənin qərarını ləğv etdirməkdən ibarətdir. Ancaq o, həm də Çıxarışın ləğvi üçün də elə həmin məhkəmədə qarşılıqlı iddia qaldırmalıdır”, – hüquqşünas deyib.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bayıl sakinləri köçürülür

    Bayıl sakinləri köçürülür ...

    12-01-2015, 21:08

  • 
  • “Əzizbəy KM” MMC vətəndaşa necə "torba tikib"...

    “Əzizbəy KM” MMC vətəndaşa necə "torba ...

    6-02-2019, 14:13

  • 
  • “MİS” müdiri “Kubinka”nı satıb qurtarıb - İddia

    “MİS” müdiri “Kubinka”nı satıb qurtarıb - İddia ...

    14-12-2013, 22:47

  • 
  • Hüquq-mühafizə orqanlarından şikayətçi olan Nicad İbrahim dekabrın 30-da ağzını tikib.

    Hüquq-mühafizə orqanlarından şikayətçi olan Nicad ...

    8-01-2017, 22:37

  • 
  • Sulutəpədə evi sökülən ailə 2 ildir küçədə yaşayır

    Sulutəpədə evi sökülən ailə 2 ildir küçədə yaşayır ...

    13-12-2014, 23:16


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (188)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu