GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “MİS” müdiri “Kubinka”nı satıb qurtarıb - İddia

“MİS” müdiri “Kubinka”nı satıb qurtarıb - İddia

Tarix: 14-12-2013, 22:47 Bölmə :Ölkə Baxış: 655
“MİS” müdiri “Kubinka”nı satıb qurtarıb - İddia
Köhnə “Kubinka” adlanan küçələrdəki evləri hər kəs görüb yəqin. Alçaq, uzun illər qabaq tikilmiş bu evlərin darvazalar küçəyə açılır. Burada yastı-yapalaq əski Bakıyla yeni göydələnli Bakını bir-birindən bircə addım ayırır.


Bu cənub şəhərinin köhnə evlərində yaşayanlar buralara çox alışdıqlarını deyirlər. Elə 30 ildir ki, Balababa Məcidov 73 ünvanında ev tikib yaşayan Telli Babayeva da nə qonşularından, nə də evindən ayrılmaq istəyir. Amma iddia edir ki, 41 saylı MİS əməkdaşları onu buna məcbur edirlər.

Evimi boşaldıb, qapısına qıfıl vurublar

“Üzüm-gözüm bu divarlara çox öyrəşib. 30 ildir bu evdə yaşayıram. İndi evimi boşaldıb, qapısına da qıfıl vurublar. İnsan xəyalına hər şeyi gətirir, amma kiminsə gəlib sənin evini əlindən alacağını heç vaxt xəyalından belə keçirə bilmir”.

Telli Babayeva deyir ki, 30 il sonra Sevil Seyidzadə adlı şəxs onu məhkəməyə verib və məhkəmə qərarı əsasında yaşadığı evdən çıxarılıb. Özü də evdə olmayanda, MİS əməkdaşları onun bütün əşyalarını küçəyə töküb. Evə qayıdanda əşyalarını küçədə, qapını da qıfıllı görüb. İndi hara gedəcəyini də bilmir:

“Soyuq adamı buz kimi kəsir, ilin–günün bu vaxtında hara gedim, bilmirəm. Elə dövrdür ki, kimsənin qapısını döyməyə də ürək etmirsən. 60 yaşım var, qoca adamam, mənim küçədə qalan vaxtım deyil axı”.

Elə küçənin ortasında toz-torpağa bulaşmış əşyalarını yerbəyer edə-edə danışırıq.

“Evimdən ayrıla bilmirəm, 30 ildən sonra evindən ayrılmaq asan deyil”, – deyir.

Qoca vaxtında hara gedəcəyini özü də bilmir

Sonanın qardaşı Həsən Məsimov söhbətə qoşulur:

“Bacım illər sonra evsiz qalmasını heç ağlına da gətirməzdi. Qoca vaxtında hara gedəcəyini heç özü də bilmir. Yaxşı ki, mən gəlmişəm. Burda yaşamırdım, Rusiyadaydım. 30 il əvvəl bu evi tikəndə bura zibillik idi. O vaxtı MİS müdiri ilə razılaşıb, bu evi tikdik. 30 ildə beşdən çox MİS müdiri dəyişib. Bu evin sənədi yoxdur, amma işıq–qaz pulunun hamısını ödəyir. Bacımı küçəyə atmalarının səbəbi məhkəmənin çıxardığı saxta qərar olub. Sevil Seyidzadə adlı şəxs indi gəlib deyir ki, 1949–cu ildə babası burda yaşayırmış. Məhkəmə də qərar çıxardıb ki, o bu mülkü ala bilər. Amma onun sənədinin saxta olmasına əminəm”.

71-73 labirinti

Telli Babayevanın qarlı qış günündə küçədə qalması bizi də narahat etdiyi üçün məsələni araşdırmaq qərarına gəldik. Bakı şəhər 41 saylı MİS-ə getdik.

MİS müdiri Fazil Qurbanovun dediyinə görə, Telli Babayeva mənzilini məhkəmənin sərəncamı əsasında boşaldılan ərazidə qeyri-qanuni yolla tikib. MİS müdiri, Balababa Məcidov 71 ünvanının MİS də heç bir sənədi olmadığını, ümumiyyətlə bu ərazi haqqında məlumatsız olduqlarını bildirdi:

“Əvvəllər MİS olmadığı üçün bütün ərazi bir qurumun tərkibində olub. O vaxtı şəxsi mülklərin sənədləri isə mülk sahibinin özündə qalıb. Sonradan ərazilər bölündüyü və hər ərazinin özünün MİS –i olduğu üçün 71 ünvanının sənədləri də bizdə yoxdur. Ona görə də bu ərazinin Sevil Seyidzadəyə, yaxud Telli Babayevaya məxsus olması haqqında heç bir söz deyə bilmərəm. Təkcə onu bilirəm ki, Sevil Seyidzadənin 71 ünvanındakı sahənin onun babasına aid olması haqqında iddiası 1949–cu ildə məhkəmənin verdiyi çıxarış əsasında olub.
Telli Babayeva isə bu ünvanın qonşuluğunda, yəni 71-də yox, Balababa Məcidov 73-də qeydiyyatdadır, yaşadığı ev də rəsmən ona aiddir. 71 ünvanındakı mənzili isə o, qeyri-qanuni tikib və kirayəyə veribmiş”.

Onun bu mülkə sahiblənmək hüququ var

Vəkil Ceyhun Cəfərlinin sözlərinə görə, Telli Babayevanın bu məsələdə hüquqlarını qorumaq olar və əgər vətəndaş daimi olaraq 15 il bir mülkdə yaşayırsa, onun bu mülkə sahiblənmək hüququ var.

Vəkil Xalid Bağırovun fikrincə isə, bu, Telli Babayevaya heç bir hüquq vermir ki, o bu ərazini mənimsəsin:
“Qeyri-qanuni mənimsənilən mülkdə tikilən evi sənəd əsasında geri qaytarmaq olar. Həmin şəxsin illərdən bəri o mülkdə yaşaması bu ünvanın ona məxsus olması anlamına gəlmir”.

Telli Babayeva razılaşmır

Telli Babayeva MİS müdirinin dedikləri ilə razılaşmır:

“MİS” müdiri “Kubinka”nı saxta sənədlər əsasında satıb qurtarıb. Mən 83-cü ildə bura gəlin gəlmişəm, onlar deyir ki, 71 ünvanının sənədləri yoxdur MİS-də. Amma saxta sənəd düzəldib, Sevil Seyidzadəyə veriblər. O da bu iddia əsasında gəlib evi alıb. Bu sənəd saxtadır. 73 nömrəli mənzilin qapısı da 71 ünvanındakı həyətə açılır. Ona görə də mən indi evimə girə bilmirəm. Ancaq pəncərəni sındırıb ordan girə bilərəm. Amma mən niyə axı evimə pəncərədən girməliyəm? Həm “71”, həm “73” mənim haqqımdır”.

Mövzunu diqqətdə saxlayacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sulutəpədə evi sökülən ailə 2 ildir küçədə yaşayır

    Sulutəpədə evi sökülən ailə 2 ildir küçədə yaşayır ...

    13-12-2014, 23:16

  • 
  • Qışın soyuğunda çöllərdə qaldı...

    Qışın soyuğunda çöllərdə qaldı... ...

    9-01-2014, 16:05

  • 
  • 78 yaşlı kişini döyərək pulunu apardılar

    78 yaşlı kişini döyərək pulunu apardılar ...

    19-10-2015, 19:03

  • 
  • Azərbaycana qonaq gələn 15 yaşlı qız yoxa çıxdı

    Azərbaycana qonaq gələn 15 yaşlı qız yoxa çıxdı ...

    27-01-2016, 13:38

  • 
  • Köhnə «Sovetski»ni Şeyxin adamları satın almaq istəyir ETİRAZ VAR

    Köhnə «Sovetski»ni Şeyxin adamları satın almaq ...

    23-01-2014, 16:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (277)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu