GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İşgəncə görmüş məhkum: “Sənan Mirzəyevin ölüm işini də gətirmişdilər ki, fürsət düşmüşkən…”

İşgəncə görmüş məhkum: “Sənan Mirzəyevin ölüm işini də gətirmişdilər ki, fürsət düşmüşkən…”

Tarix: 13-07-2022, 11:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 304

Tərtərin Səhləbad kənd sakini Səxavət Orucov deyir ki, 5 il yarımdır ona heç bir aidiyyəti olmayan cinayətləri üzərinə qoyub, zülm verirlər. O, bugünlərdə Ali Məhkəmədə işinə baxan hakimlərə bu haqda ətraflı danışmaq istəyirdi. Ancaq hakim Ələsgər Novruzov imkan vermədi: “Sizin başınıza gələnlər bizə maraqlı deyil…”.

Gundemxeber.az Azadlıq radiosuna istinadla bildirir ki, 38-yaşlı Orucov həmkəndlisi Şaiq Həsənovla birlikdə mühakimə olunub. Onlar 2016-cı ilin sentyabrında 33-yaşlı Səxavət Musayevi qətlə yetirməkdə suçlanır.

Məhkəmə bəraət verib, sonra…

Orucova, bundan əlavə, 2014-cü ildə baş vermiş və üstü açılmamış başqa bir işə – Sənan Mirzəyevin ölümünə görə də ittiham verilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi hər iki ölüm işi üzrə həm Orucova, həm də Həsənova bəraət verib. Hakimlər belə nəticəyə gəlib ki, bu adamların həmin ölüm işlərində əli olmayıb.

Prokurorluq protest verib, apellyasiya məhkəməsi bəraət hökmünü ləğv edib. Üzərində iki ölüm işi olduğuna görə Səxavət Orucova 20, Şaiq Həsənova isə 17 il həbs cəzası kəsilib. Hər ikisinin vəkilləri hökmün ləğvi üçün Ali Məhkəməyə üz tutub. Eyni zamanda, prokurorluq da kassasiya protesti verib ki, cəzalar yüngüldür. Ali Məhkəmə prokurorluğun istəyi ilə hökmü ləğv edib, işi təkrar araşdırma üçün apellyasiya instansiyasına qaytarıb. Gəncə Apellyasiya Məhkəməsi Orucovun 20 illik cəzasını dəyişmədən saxlasa da, Həsənovun həbs müddətini 19 ilə qədər artırıb. Vəkillər bundan sonra bir daha Ali Məhkəməyə şikayət veriblər. İyulun 8-də Ali Məhkəmədə növbəti dəfə onların şikayətinə baxılıb.

Şaiq Həsənovun vəkili Zabil Qəhrəmanov deyir ki, bu adamların hər ikisinin təqsirsiz olduğunu təsdiqləyən xeyli sübut var. Məsələn, Səxavət Musayev öldürüləndə təqsirləndirilən Orucov və Həsənovun hadisə yerində yox, fərqli anten dairələrində olması haqda mobil operatordan alınmış sənəd iş materialları arasındadır.

“Ekspert rəyində bir bıçaq zərbəsindən söhbət gedir, amma ittihamda iki bıçaq zərbəsi ilə öldürüldüyü yazılıb”, – vəkil Qəhrəmanov bildirib.

Təqsirləndirilən Orucovun vəkili Səadət Seyidli başqa ziddiyyətləri Ali Məhkəmənin hakimlərinin nəzərinə çatdırıb. Daxili İşlər Nazirliyi 2016-cı il dekabrın 22-də rəsmi açıqlamada Səxavət Orucovun tutulması xəbərini yayıb. Onun bir gün öncə – dekabrın 21-də saxlandığı göstərilib. Bu məlumat bir çox xəbər saytlarında da yayımlanıb. Amma cinayət işinin materiallarında onun dekabrın 27-də tutulduğu yazılıb.

“Elə işgəncə vermişdilər ki, hər şeyə razı idim”

Orucov deyir ki, onu dekabrın 21-də saxlayıb Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər. Bu idarədə altı gün heç bir rəsmiləşdirmə aparmadan saxlayıb, həmin müddətdə ona dözülməz işgəncələr veriblər.

Onun sözlərinə görə, işgəncələrə dözməyib, Səxavət Musayevin qətliylə bağlı etiraf ifadəsinə imza atmağa razılaşıb: “Tərtərin ovaxtkı prokuroru Azər Hətəmov və müstəntiq Rəşid Bayramov da “mütəşəkkil”ə gəldi. Gələndə 2014-cü ildə Sənan Mirzəyevin ölümünə aid işi də gətirmişdilər ki, fürsət düşmüşkən onu da boynuma qoysunlar. Elə işgəncə vermişdilər ki, hər şeyə razı idim. Mənə heç bir aidiyyəti olmayan hər iki ölümü üstümə qoydular, ondan sonra məni Tərtərə apardılar ki, rəsmiləşdirsinlər…”.

Məhkəmədə də təqsirsizliyinin sübut olunduğunu deyən Orucov vurğulayıb ki, onun qətl hadisəsi baş verəndə orada olmadığını təsdiqləyən azı 15 şahid var.

Vəkillərin narazılığı

Vəkillər gileylənib ki, apellyasiya məhkəməsi işgəncə altında alındığı bildirilən ifadələri əsas götürür, amma orada yazılanların əksini sübut edən başqa dəlilləri nəzərə almır: “Adamlar işgəncədən şikayət edirlər. Bu məsələni araşdırmaq elə onların işinin istintaqını aparan müstəntiqə həvalə olunur. O müstəntiq obyektiv olsaydı, o ifadələr əsasında bu adamlara ittiham verilməzdi ki…”.

Ali Məhkəmənin hakimləri təxminən iki-üç dəqiqəlik müşavirədən sonra həm Orucov, həm də Həsənov haqqındakı hökmün dəyişmədiyini elan ediblər.

Vəkil Səadət Seyidli AzadlıqRadiosuna bildirib ki, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusundan Avropa Məhkəməsinə şikayət göndərəcək.

Səxavət Orucovun yaxınları onun saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində incidildiyini, işgəncəyə məruz qaldığını deyirlər: “Bu yaxınlarda rəis müavini onu çox pis döyüb. Bununla da kifayətlənməyiblər, “kars”a salıblar. Onsuz da bu adamı bədbəxt eləyiblər, əlavə işgəncəyə nə ehtiyac var? Bir adamın ömründən 20 il oğurlamaq dəhşətdir. Ya bu adamın haqqında saxta töhmətləri üst-üstə toplayıb Qobustan həbsxanasına göndərmək istəyirlər, ya da canından bezdirməyə çalışırlar”.

Penitensiar Xidmət isə Orucovun cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalması haqda iddiaları təkzib edib.

“Kimliyindən asılı olmayaraq, bütün məhkumların qanunvericilikdə nəzərdə tutulmuş hüquqları təmin olunur. Kiməsə qarşı işgəncədən söhbət gedə bilməz”, – Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna belə deyib.

Azərbaycanda məhkumlarla pis rəftarla bağlı bundan öncə də məlumatlar yayılıb, ancaq hər dəfə Penitensiar Xidmət bu iddiaları təkzib edib.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əziz Orucova hökm oxundu - 6 il

    Əziz Orucova hökm oxundu - 6 il ...

    15-12-2017, 17:53

  • 
  • Əli İnsanovun işinə yenidən baxılacaq

    Əli İnsanovun işinə yenidən baxılacaq ...

    7-01-2014, 13:43

  • 
  • Qubada  müəmmalı ölüm

    Qubada müəmmalı ölüm ...

    5-06-2013, 02:07

  • 
  • Sabah Nəsimi Rayon İcra başçısının oğlunun məhkəməsidir

    Sabah Nəsimi Rayon İcra başçısının oğlunun ...

    23-05-2016, 13:19

  • 
  • Prokurorluq generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən qadınla bağlı protest verib

    Prokurorluq generalın anasının evindən oğurluq ...

    25-02-2019, 12:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu