GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qazi intiharlarına niyə hüquqi qiymət verilmir?

Qazi intiharlarına niyə hüquqi qiymət verilmir?

Tarix: 13-07-2022, 13:39 Bölmə :GündəmXəbər / Manşet Baxış: 557

Daha bir Qarabağ qazisi “dövlət təhqiri”nə , içdən sındırılmaya dözmədi, özünə qıydı. Tanrı bu ölümü şəhidliyə yazar, yəqin. Nədən bu ölüm düşmənə əsir düşməməkdən yana başına güllə sıxmaq,  özünü qumbara ilə partlatmaqla şəhidlik zirvəsinə ucalmaqdır. Qazi Elvin Zakir oğlu da ölümü  təhqirə - sındırılmağa əsir – girov düşməkdən üstün tutdu, şəhid oldu! 

Dövlət(mi?) məmurları qutsal QAZİ adı daşıyan şəxsin  özünə qıymasını psixi problemlərlə bağlayıb. Nə qədər abırsız olasan ki, Vətən yolunda, millət yolunda “DƏLİ” olan qazini “psix” elan edəsən? !  Məmməd İsmayıl demiş,  boğazı ucundan baş yozan icra başçısı,  ELVİN ZAKİR OĞLU CƏFƏROV sənin, mənim , Vətənin uğrunda DƏLİ OLUB! Hələ də bunu anlamırsansa, özün kürsünü yandır!  Qazinin canı sənin kürsündən niyə aşağı olsun ki? !

O biri məmur da öləndən sonra şəhidin şişirdilmiş gəlirini sayır! Qazinin belə psixi problemi vardısa, niyə ona ən aşağı dərəcə əlillik təyin olunub? Üç gün qabaq – 7 iyulda ala bilmədiyi  maddi yardım formasında  (?) aylıq 356 manat sosial ödənişlə təmin olunma , ailə üzvlərinin məşğulluq pulu, 120 manatlıq müavinət, 300 manatlıq Prezident təqaüdü QAZİNİN böyük ailəsinin problemini çözür? İndi şəhid olandan sonra aylıq 958 manat ŞƏHİD QAZİNİN ailəsinə təyin olunacaqmı? Saxta qayğı, şişirdilmiş rəqəmlərlə yaşayış olmur axı! Bir ölkədə ki, Sosial Xidmətlər Agentliyi 1-ci dərəcəli Qarabağ qazisinə xidmətdən imtina edə və hüquq mühafizə orqanları  , məhkəmələr, Ombudsman bu imtinaya haqq qazandıra, QAZİ özünü öldürməsin də, bəs neyləsin? Məmurlar onda da ölən qazinin proqnozlaşdırılan gəlirini sayacaqlar ki, öz pulu özünə xidmətə çatır? 

Ayrıca əlil, şəhid ailəsi,  veteran dövlət komitəsinin yaradılması da elə o komitə adına alverdən o yana keçməyəcək. Ondansa ölən qazilərin dövlət dəfn komissiyasının yaradılması daha məqsədəuyğundur. 

Qazilərin özlərini öldürmələrinin getdikcə artması ölüm faktına hüquqi qiymət verilməməsindən qaynaqlanır. 9 il qabaq Qarabağ qazisi  Zaur Həsənov Konstitusiya Məhkəməsinin qonşuluğundakı AHİK-in binası qarşısında özünü yandırdı, hələ də bu ölümə hüquqi qiymət verilməyib. Verilsəydi, məmurlar yeni özbaşınalıqlarla qaziləri intihara sürükləməzdi. Uzağa getməyək, Qarabağ qəzasını qazanan 50 – yə yaxın qazinin özünü öldürmə çabasının sonucu olaraq 35 nəfər dünyasını dəyişib. Niyə bu hallara hüquqi qiymət verilməsi təmin olunmur? Əksinə, qaziləri “psixi” problemlərin intihara sürükləməsi legitimləşdirilir. Hətta qazilərə dəstək olanlar, intihardan çəkindirənlər məhkəməyə çəkilir. 

Bakı Birlik Təşkilatının sədri, tanınmış jurnalist Abid Qafarovun qaziləri müti olmamağa, intihardan çəkinməyə  çağırması hakimiyyətin “şərəf və ləyaqətini” ləkələyib . Ona görə də, jurnalistə qarşı xüsusi ittiham qaydasında cinayət sifarişi verilib. Halbuki, şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal – təsərrüfat , xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və ya ayrı-ayrı şəxslər arasında VƏTƏNDAŞ BARƏSİNDƏ mənfi rəy yaradan məlumatlar başa düşülür.  (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası , səhifə 344) Abid Qafarovun müti olmamağa, intihardan çəkinməyə çağırması hansı VƏTƏNDAŞ BARƏSİNDƏ mənfi rəy yarada bilər? Saxta rəylə də məhkəmə həbsi əsaslandıra bilməz. Nədən LƏKƏLƏYİCİ MƏLUMATLAR KONKRET FAKTLARLA BAĞLI OLMALIDIR. Belə məlumatlar ÜMUMİ XARAKTERLİ İFADƏLƏRDƏN  ( məsələn, “O MƏNFƏƏTPƏRƏST ADAMDIR”, “XƏSİS İNSANDIR”, “İNSANLIQDAN UZAQ ADAMDIR” və s. ) ibarət olmamalıdır. (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası, səhifə 344) “Və s.” hissəsinə “QAZİ(LƏR)  MÜTİ OLMAMALIDIR”, AĞZINI TİKMƏMƏLİDİR, İNTİHAR ETMƏMƏLİDİR” məlumatlarını da biz əlavə edək. Konkret ad çəkilməməsi bir yana, heç ümumi xarakterli ifadələr də LƏKƏLƏYİCİ məlumatlar sayılmır axı! Bu Konstitusiya,  bu Qanun, bu  da kitab! 

Bəlkə elə qazilərin intiharını da jurnalistin, Abid Qafarovun boynuna qoyaq? Hakimiyyətin heç bir suçunun olmamasını icra hakimiyyəti özü qazilərin psixi problemləri ilə bağlayır. Görəsən, konkret qaziyə - şəhidə ünvanlanan “psix” ləkələməsinə, aşağılamasına hüquq qiyməti veriləcək ? Ritorik sual deyil. ..


Məğrur Bədəlsoy





  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məmur özbaşınalığı Qazini intihar həddinə çatdırdı - Ağcabədidə NARAZILIQ

    Məmur özbaşınalığı Qazini intihar həddinə ...

    24-06-2021, 12:57

  • 
  • Şəhid Elvin İslamov: "Şəhid olmağa gedirəm, qardaş!"

    Şəhid Elvin İslamov: "Şəhid olmağa gedirəm, ...

    8-12-2020, 08:49

  • 
  • Cavid Qurbanovun adamı o qədər harınlayıb ki... - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

    Cavid Qurbanovun adamı o qədər harınlayıb ki... - ...

    15-05-2021, 11:33

  • 
  • Qazimizin son sözləri bu olub - Video

    Qazimizin son sözləri bu olub - Video ...

    12-07-2022, 13:57

  • 
  • Masallıda Novruz bayramı münasibətilə şəhid və qazi ailələri ziyarət edildi - FOTOLAR

    Masallıda Novruz bayramı münasibətilə şəhid və ...

    18-03-2021, 22:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu