GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağstafa İcra Hakimiyyəti İsa Muğannanın ev muzeyini yaratmağa İCAZƏ VERMƏDİ - Yazıçının qızından ŞİKAYƏT

Ağstafa İcra Hakimiyyəti İsa Muğannanın ev muzeyini yaratmağa İCAZƏ VERMƏDİ - Yazıçının qızından ŞİKAYƏT

Tarix: 15-07-2022, 12:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 275


“İki ay öncə atam İsa Muğannanın Ağstafada ev muzeyinin yaradılması ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinə yazılı şəkildə müraciət etdim. Onlar isə müraciətimlə maraqlanmadan, sadəcə bunun “mümkün olmadığını” bildirən cavab məktubu göndərdilər”. Gundemxeber.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada Xalq Yazıçısı İsa Muğannanın yeganə övladı Sevinc Muğanna səsləndirib.

Sevinc Muğannanın sözlərinə görə Ağstafa Rayon İcra Hakimiyyətindən bir nəfər belə olsun mərhumun qızının müraciəti ilə maraqlanmadan, müraciətə yazılı sürətdə rədd cavabı verməklə kifayətləniblər.
“Hətta cavab məktubunda konsitutsiyadan və qanunlardan sitatlar gətirərək, bunun mümkünsüzlüyünü izah etməyə çalışıblar. Bu mənə ona görə təəccüblü göründü ki, mən onlardan mümkünsüz heç nə istəməmişəm. Həm ev, həm də ora yığılacaq kitab və eksponatlar hazır şəkildədir ki, bunu reallaşdırmaq Ağstafa Rayon İcra Hakimiyyətindən elə də böyük maddi vəsait və qüvvə tələb etmir. Mən ki, onlardan atamın adına xiyaban və park salınmasını deyil, sadəcə yaradıcı materiallarını qorumaq üçün ev muzeyinin yaradılmasını istəmişəm”.
Açıqlaması zamanı Sevinc Muğanna bildirib ki, mərhum yazıçının doğma kəndindəki ev muzeyinin yaradılması İsa Muğannanın özünün də arzsu olub:
“Bu ev atam üçün ona görə dəyərli idi ki, onu məhz filmlərdən aldığı qonorarla almışdı və sanki o evin divarlarına sənətkarın yaradıcı ruhu hopmuşdu. İsa Muğannanı tanıyanlar onun gəncliyində necə keşməkeşli həyat yaşadığını bilirlər. Atası vəfat etdikdən sonra anası onun doğma kəndi Muğanlıdan çıxır və yalnız uzun illər sonra İsa Muğanna bu evi alandan sonra anası bu kəndə qayıdır. Muğanlı kəndini atam öz imzasında həmişə yaşatmağa çalışıb. Atam təqaüdə çıxdıqdan sonra isə ömrünün böyük bir hissəsini məhz bu evdə yaşamışdı. İsa Muğanna sağlığında mənə məhz o evdə əlyazmalarının və kitablarının qorunub saxlanmasını vəsiyyət etmişdi. Atam vəfat etdiyi zaman mən ona Muğanlıdakı ev muzeyində əlyazmalarını qoruyacağımla bağlı söz verdim. Amma görürəm ki, indi tək başına bunu bacarmayacağam”.
Merhum yazıçının qızı həmçinin böyük yazıçı İsa Muğannanın ev muzeyinin yaradılmasına haqqı çatan sənətkarlardan olduğunu bildirərək, aidiyyatı qurumları sənətkarın xatirəsinin əbədiləşdirilməsində ona kömək etməyə çağırıb:
“İsa Muğanna Azərbaycan ədəbiyyatının ölməz “Məhşər”-i və “İdealı”-dır. Müasir ədəbiyyatımızın simalarından biri olan ədibin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr danılmazdır. Mübaliğəsiz deyə bilərəm ki, onun ədəbi əsərləri və senariləri əsasında ekranlaşdırılan Azərbaycan Sovet Kinosunun bu gün də sevərək izlənilən “Nəsimi”, “Nizami”, “Tütək Səsi” kimi filmləri Azərbaycan xalqının maddi-mənəvi sərvətləri sırasındadır.
Bunları nəzərə alaraq başda hörmətli prezidentimiz İlham Əliyev cənabları olmaqla, Mədəniyyət Nazirliyi və Ağstafa Rayon İcra Hakimiyyətinə görkəmli yazıçının Muğanlıda ev muzeyinin yaradılması ilə bağlı müraciət edirəm.
Xüsusilə də, 2023-cü ildə görkəmli yazıçımız İsa Muğannanın 95 illik yubileyi tamam olur. Cənab prezidentimiz İlham Əliyev İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdı. Düşünürəm ki, ədibin 95 illik yubileyinin keçirilməsi ilə də bağlı dövlətimiz öz dəstəyini əsirgəməyəcək. İsa Muğanna sağlığında dövlət tərəfindən bütün mükafatlara haqlı olaraq layiq görülmüşdü. Vəfat etdikdən sonra Xalq Yazıçısının xatirəsinin əbədiləşdirilməsi baxımından ev muzeyinin yaradılması İsa Muğanna yaradıcılığına verilən ən böyük qiymət olardı”. 


GUNDEMXEBER.AZ



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsa Hüseynovun qızı: "Atam ürəkdən getmədi"

    İsa Hüseynovun qızı: "Atam ürəkdən ...

    1-04-2014, 10:46

  • 
  • Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev Tatlı və Köhnəqışlaq kəndlərində oldu

    Ağstafa rayon İcra hakimiyyətinin başçısı ...

    17-04-2019, 14:44

  • 
  • Ağstafa icra hakimiyyətindən iki oğlu əsgərdə olan anaya həqarət - "Dedi:"150 manat sənin bəsindir, get Allahına şükür elə"

    Ağstafa icra hakimiyyətindən iki oğlu əsgərdə ...

    25-12-2020, 13:24

  • 
  • Ağstafa rayonunda torpaq “davası” - Bir kənddən 27 torpaq mülkiyyətçisi şikayətçidir

    Ağstafa rayonunda torpaq “davası” - Bir kənddən ...

    31-05-2018, 13:00

  • 
  • Ağstafa icra başçısının nümayəndəsi HƏBS EDİLDİ

    Ağstafa icra başçısının nümayəndəsi HƏBS EDİLDİ ...

    3-05-2021, 17:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (119)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu