GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təhsil Nazirliyi "işgəncə"yə niyə göz yumur - "Qanun cəngəlliyi"...

Təhsil Nazirliyi "işgəncə"yə niyə göz yumur - "Qanun cəngəlliyi"...

Tarix: 16-07-2022, 13:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 166


Fiziki məhdudiyyətli uşaqların təhsillə və məktəb qeydiyyatı ilə bağlı problemləri davam edir. Sentyabr ayında məktəbə başlamalı olan bu uşaqlar və onların valideynləri indidən məktəblər arasında get-gələ düşüblər.


Fiziki məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulmuş 3, 11 və 268 nömrəli məktəblərdən valideynə bildirilib ki, Təhsil haqqında yeni qanuna görə, artıq məhdudiyyəti olan uşaqlarla sağlamlıq vəziyyəti normal olan uşaqlar bir məktəbdə təhsil alacaqlar, buna görə də uşağı həmin məktəbin qeydiyyatına ala bilməzlər. Problem burasındadır ki, elə normal məktəblər də həmin uşağı qəbul etmir və deyir ki, O, fiziki məhdudiyyətlidir və bu təyinatda olan məktəbdə təhsil almalıdır. Təhsil Nazirliyinin “başını buraxdığı” və Bakı Təhsil İdarəsinə həvalə etdiyi bu təhsil ocaqları indi valideynləri get-gələ salır,
Gundemxeber.az bizimyol.info-ya istinadla bildirir ki, yuxarıda qeyd etdiyimiz fiziki məhdudiyyəti olan uşaqlarçün nəzərdə tutulmuş məktəblərdə təhsil müddəti 9-10 il təşkil edir və bu müəsisələri bitirən şagirdlər birbaşa universitetə sənəd verə bilməzlər. Onlar gərək ilk növbədə texnikum səviyyəsində təhsil alsınlar, ondan sonra universitetə imtahan verə bilsinlər. Burada isə məqsəd aydındır: bu uşaqlar oxuma-yazma və bir qədər də rəqəm tanısınlar, vəssalam...
Öncələri məhdudiyyətli uşaqlara təhsil vermiş, bu sahədə kifayət qədər məzunu olan 219 nömrəli evdə təhsil tam orta məktəbi isə bağlanılır. Bu haqda Təhsil Nazirliyinə göndərdiyimiz sorğu ordan da birbaşa Bakı Təhsil İdarəsinə yönləndirilib və İdarədən redaksiyamıza bu cavab gəlib:
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən, 219 nömrəli evdə təhsil tam orta məktəbin təlim-tərbiyə prosesinin təşkilinin, tədris, pedaqoji və metodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyi tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilib. Monitorinq zamanı 219 nömrəli evdə təhsil tam orta məktəbin fəaliyyətində tədris-pedaqoji sənədlərin mövcud qanunvericiliyin tələblərinə və evdə təhsilin təşkilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş ”Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydaları”na uyğun aparılmadığı müəyyən olunub. Bunları nəzərə alaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun təhsilalanların hüquq və vəzifələrinin həyata keçirilməsi baxımından evdə təhsilə cəlb olunacaq yeni şagirdləri 219 nömrəli evdə təhsil tam orta məktəbinə yönləndirməməsi, 219 nömrəli evdə təhsil tam orta məktəbində təhsil alan şagirdlərin müvafiq məktəblərdə evdə təhsillərinin davam etdirmələri məsələsinə PTPK tərəfindən baxılaraq qərar verilməsi və 219 nömrəli evdə təhsil tam orta məktəbinin pedaqoji heyətinin digər məktəblərdə işlə təmin edilməsi ilə bağlı müvafiq işlərin görülməsinə başlanılıb”.
3, 11 və 268 nömrəli fiziki məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulmuş məktəb şagirdlərinin nə üçün birbaşa universitetə imtahan verə bilmədikləri barədə sorğumuz isə Bakı Təhsil İdarəsi tərəfindən görməzdən gəlinib və necə deyərlər, adamlar “nala-mıxa” vurublar. Həmin sorğuda yer alan sualı və qurum tərəfindən o suala verilən cavabı oxucularımıza təqdim edirik.
Bizim sorğu: “…Həm özünün, həm də övladının əlilliyi olan vətəndaş tərəfindən redaksiyamıza verilən məlumata görə, fiziki məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulan 3, 11 və 268 nömrəli məktəblərdə təhsil müddəti 9-10 ildir və bu məktəbləri bitirən fiziki məhdudiyyətli şagirdlər birbaşa universitet səviyyəsində təhsil ala bilməzlər. Onlar ilk öncə texnikum səviyyəsində təhsil almalıdırlar. Texnikumu bitirdikdən sonra universitetə imtahan verə bilərlər. Qeyd olunan məktəblərdə belə bir prosedur mövcuddurmu? Həqiqətənmi, həmin şagirdlər texnikum bitirməmiş universitetə qəbul ola bilməzlər? Belə bir daxili qayda varsa, bu, hansı əsaslara dayanır?"
Bakı Təsil İdarəsindən verilən cavab: “3, 11, 268 nömrəli məktəblər xüsusi təhsil məktəbləridir, əqli məhdudiyyətli sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulub. Tədris şagirdin sağlamlıq vəziyyətindən asılı olaraq Psixoloji-tibbi-pedaqoji komissiyanın (PTPK) qərarı əsasında həm məktəbdə, həm də evdə təşkil oluna bilər”.
Göründüyü kimi, verilən cavabla sual arasında heç bir bağlantı yoxdur, necə deyərlər, mən dağdan danışıram, o arandan. Təhsil Nazirliyinin cavablamaqdan boyun qaçırdığı və Bakı Təhsil İdarəsinə yönləndirdiyi suallarımıza baş-ayaq cavab verilməsi, “Tarixi-Nadir” cümlələrinin qurulması, qeyd olunan problem barədə ciddi çatışmazlıqların, qanun pozuntularının olmasından xəbər verir. Bakı Təhsil İdarəsinin mətbuatın sorğusuna göndərdiyi cavabı şərh etmək üçün gərək pul verib, bir vəkil, ya da dilçi alim tutasan. Ölkədə qanunlardan ibarət elə bir cəngəllik düzəldilib ki, kimin haqqı kimin cibindədir - ayırd etmək olmur... 


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xəstə uşaqların 20 manatına göz dikən kimdir?

    Xəstə uşaqların 20 manatına göz dikən kimdir? ...

    20-12-2013, 14:54

  • 
  • Təhsil Nazirliyi ilə bağlı qərar

    Təhsil Nazirliyi ilə bağlı qərar ...

    13-07-2014, 11:41

  • 
  • Azərbaycanda yeni növ təhsil müəssisələri yaradılacaq

    Azərbaycanda yeni növ təhsil müəssisələri ...

    15-04-2017, 00:39

  • 
  • Sabah dərs başlayır, direktor 10 şagirdi məktəbə buraxmır: Nazirlik isə “gözləsin” deyir - Sumqayıtdan GİLEY

    Sabah dərs başlayır, direktor 10 şagirdi məktəbə ...

    14-09-2020, 20:01

  • 
  • Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı

    Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı ...

    20-06-2013, 11:09


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (416)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu