Gundemxeber.az » GündəmXəbər » Astaranın icra başçısının başı dərddə - İLGİNC İDDİA
Neçə müddətdir ki, Astaranın icra başçısı Qəzənfər Ağayevlə bağlı müxtəlif informasiyalar yayılsa da, qarşı tərəf heç bir reaksiyası ilə diqqətə gəlməməklə yanaşı, eyni zamanda barəsində deyilənlərin əksini sübutlamaq üçün hər hansı cəhddə də bulunmayıb ki, bu da fərqli anlamlarda haqlı yozumlara nədən olmaqdadır.
Məsələn, mətbuatda yazılanlara görə, Qəzənfər Ağayev beynəlxalq narkotik şəbəkəsinin üzvlərindən biridir. Xatırladaq ki, bu barədə zamanında hazırda Daşkəsənə başçılıq edən Əhəd Abıyev də ittiham səsləndirmişdi. Əhəd Abıyev o zaman millət vəkili idi və ittiham da Milli Məclisin tribunlaraından səslənirdi, hansısa saytın və yaxud da qəzetin materialında yox. Gundemxeber.az dia.az-a istinadla bildirir ki, buna rəğmən Qəzənfər Ağayev o zaman nəinki cəzalanmadı, əksinə, Astaraya başçı göndərildi. Xatırladaq ki, həmin hadisə vaxtı Əhəd Abıyev Masallının deputatı, Qəzənfər Ağayev isə icra başçısı idi.
Bütün bunları xatırladaq mötəbər mənbə iddia edir ki, belə bir şübhəli kimliyə malik olmasına rəğmən Qəzənfər Ağayev barəsində də sərt qərarlar verilə bilər: "Bu gözləniləndir və konkret olaraq, yaxın günlərdə bununla bağlı müəyyən addımlara şahidlik edə bilərik".
Mənbə iddia edir ki, artıq Qəzənfər Ağayevlə bağlı "yuxarılarda" net qərar verilib: "Onun həbsi məsələsi də müzakirə olunur. Çünki barəsində ağır ittihamlar var..."
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...
Gundemxeber.az
3-08-2018, 17:18
7-05-2020, 17:22
9-07-2013, 16:16
14-12-2021, 10:28
1-05-2015, 11:36
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?