Redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, sabiq millət vəkili, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Almaniyaya gedib. Məlumatı redaksiyamıza sızdıran mənbə bildirir ki, sabiq millət vəkili Almaniyadakı klinikaların birində gözündən əməliyyat olunub. İddiaya görə, sabiq parlamentarinin gözündə son zamanlar problem yaranıb və o, bu üzdən səhhətindəki problemi aradan qalırmaq üçün alman həkilmlərə etibar edib. Məlumatı dəqiqləşdirmək üçün sabiq millət vəkilinə telefon açsaq da, onunla danışa bilmədik. Əhəd Abıyev dəstəyi qaldırmadı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?