GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "KAPİTAL BANKOMAT"DA BİR GÖZ QIRPIMINDA OĞURLUQ, VƏ YA... - Daxili İşlər naziri Vilayət Eyvazova MÜRACİƏT

"KAPİTAL BANKOMAT"DA BİR GÖZ QIRPIMINDA OĞURLUQ, VƏ YA... - Daxili İşlər naziri Vilayət Eyvazova MÜRACİƏT

Tarix: 2-08-2022, 22:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 519

Maraqlıdır bu kameralar kiminsə klipini çəkir, yoxsa ərazini nəzarət altında saxlayır?

Hörmətli cənab nazir !


Bu gün (02.08.2022) səhər saatlarında üzləşdiyim problem həm bir vətəndaş, həm də jurnalist olaraq məndə haqlı suallar və narahatlıqlar yaratdı. Hər bir insanın üzləşə biləcəyi sıradan bir problemin bu qədər qəlizləşdirilməsi və həll olunmaması ölkənin bank sektorunun xidmət və təhlükəsizlik sistemində ciddi qüsurların olmasını göstərir. Odur ki, bu məsələni şəxsən diqqətə götürmənizi və gələcəkdə belə halların baş verməməsi üçün yol verilən nöqsanların aradan qaldırılmasına yardımçı olmanızı xahiş edirəm.
02.08.2022-ci il səhər saat 11-43-də İnşaatçılar metro stansiyasının yaxınlığında "Kapital Bank"ın qarşısında olan bankomatdan həmin banka məxsus olan kartdan 1100 manat pul çıxarmaq məqsədilə əməliyyat aparmışam. Sadəcə olaraq fikirli olduğum üçün kodu və məbləği daxil etmiş, amma əməliyyat başa çatdıqdan sonra kartı götürsəm də pulu götürmədən bankomatdan uzaqlaşmışam. Bir neçə dəqiqədən sonra pulu götürmədiyimi başa düşərək geri qayıtsam da artıq bankomatda pul yox idi. Kartı təkrar bankomata daxil etdikdə məbləğin balansdan çıxdığını göstərdi. Eyni zamanda kartın balansından 1100 manat məbləğin çıxarılması barədə bildiriş də SMS vasitəsilə müvafiq telefon nömrəsinə göndərilib.
Pulun bankomatda olmamasından sonra ortada iki versiya qalır- ya kimsə məndən sonra pulu oradan götürüb, ya da təyin olunan vaxt bitdikdən sonra əskinaslar yenidən bankomata qaytarılıb.
Dərhal yaranan problem barəsində 102 çağrı mərkəzinə, banka müraciət etmişəm. Məsələnin maraqlı tərəfi odur ki, bankomatla əməliyyat bilavasitə "Kapital Bank"ın İnşaatçılar filialının qarşısında baş tutub və artıq gün bitməsinə baxmayaraq problemi həll etmək mümkün olmayıb. 29-cu polis bölməsinin əməkdaşları 2 saatdan artıq bankda əməliyyat aparsalar da saatı, dəqiqəsi məlum olan bir hadisənin sonunu müəyyən etmək mümkün olmayıb. Bizdə olan məlumata görə, ilkin olaraq hətta "Kapital Bank"ın təhlükəsizlik əməkdaşları və hal-hazırda həmin filialın müdir əvəzi vəzifəsini icra edən Anar adlı şəxs belə əməliyyatçı polislərin xidmətinə mane olmuşdur.
Daima ölkənin bank sektorunda liderliyi ilə öyünən Kapital Bank saat 11-43-də baş vermiş bir əməliyyat barəsində son informasiyanı hələ də təqdim edə bilmir. Məlum deyil ki, pul başqası tərəfindən götürülüb, yoxsa yenidən bankomata qayıdıb. Maraqlıdır ki, hər tərəfdə, həmçinin bankomatın özündə də təhlükəsizlik kameraları olduğu halda hələ də pulun kiminsə tərəfindən götürüldüyü, yoxsa bankomata geri qayıtması müəyyən edilməyib. Konkret vaxt məlum olduğu halda bankomatın qarşısından düz-əməlli görüntü əldə etmək mümkün deyil. Maraqlıdır bu kameralar kiminsə klipini çəkir, yoxsa ərazini nəzarət altında saxlayır? 2 saat ərzində 29-cu Polis bölməsinin əməkdaşları bankda təhqiqat aparsalar da problemi aydınlaşdıracaq görüntülər əldə etmək mümkün olmayıb.

Necə olur ki, şəhərin mərkəzində, ölkənin ən böyük banklarından birinin binası qarşısında təhlükəsizlik kameraları düz-əməlli görüntülər çəkə bilmir. Bu bank sistemində ciddi təhlükəsizlik zəifiyyətinin hökm sürdüyünün göstəricisidir. Məntiqlə belə çıxır ki, sabah bankomatın özünü də oradan aparsalar heç kimin xəbəri olmayacaq və ətrafdakı kameralar hadisədən başqa hər şeyi çəkəcək ! bu hadisə istənilən vətəndaşın başına gələ bilər. Deməli bizim pullarımız heç də etibarlı şəkildə mühafizə olunmur və banklar, xüsusilə "Kapital Bank" təhlükəsizlik kameraları ilə kino çəkməklə məşğuldur.(Xatırladım ki, bu gün elə milli kino günümüzdür). Bəs təhlükəsiz şəhər sistemi necə işləyir ki, adi bir hadisənin görüntülərini əldə etmək mümkün deyil.

Hörmətli cənab nazir !

Bir daha baş verənlərdən sonra istər paytaxtın, istərsə də bank sektorunun ciddi təhlükəsizlik nöqsanlarının olması qənaətinə gəlmişəm. İnanıram ki, sizin xüsusi diqqətinizdən sonra hamımız üçün əhəmiyyətli olan bu problem həll olunacaq, bank sektorunda təhlükəsizlik kameralarının, eləcə də təhlükəsiz şəhər sisteminin normal fəaliyyəti tənzimlənəcək !


Nicat Mahmudov

GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Kapital Bank" ancaq narazılıq yaratmaqdadır... - GİLEY

    "Kapital Bank" ancaq narazılıq ...

    11-12-2020, 11:11

  • 
  •  "Kapital Bank" müştərisinə necə əngəl olur - GİLEY

     "Kapital Bank" müştərisinə necə əngəl ...

    4-12-2020, 12:43

  • 
  • “Kapital Bank”açıqlama verdi

    “Kapital Bank”açıqlama verdi ...

    19-08-2015, 15:28

  • 
  • ""Kapital Bank" pensiyaçıları tələyə salıb hərifləyir" - Tanınmış iqtisadçıdan İTTİHAM

    ""Kapital Bank" pensiyaçıları ...

    13-01-2022, 11:44

  • 
  • "Kapital Bank" Şəhid ailəsini incidir... - GİLEY

    "Kapital Bank" Şəhid ailəsini ...

    8-02-2021, 16:24


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu