1993-cü ildə Kəlbəcərdə cəhənnəmə aparan 2 helikopter haqqında:
Kilsəli və ya Günəşli kəndində baş Kəlbəcərin mərkəzinə enən iki helikopter Gəncədən gəldiyini bildirmişdi. Kişilər qadınlarını, qızlarını tez bu helikopterə mindirməyə can atırdı... Qadınları təhlükəsiz əraziyə çıxarmaq cəhdi o qədər güclü idi ki, sağollaşamağa macal qalmırdı. Pilotlar helikopterə minmək istəyən yaşlıları qadınlı-kişili kənara itələyir, “Sən gözlə, əvvəlcə cavan qadınlar! Onları düşmən əlinə düşməkdən qorumaq lazımdır!” deyirdi...
Helikopterlər səmaya qalxandan sonra kəlbəcərlilər erməni hiyləsinə aldandıqlarını başa düşsələr də, artıq gec idi. Hər iki helikopter Azərbaycanın dövlət sərhədini keçib, Ermənistana tərəf uçurdu...
Burada hətta “mən qızlarımı əlimlə ermənilərə əsir verdim” deyərək ov tüfəngi ilə özünü güllələyənlər də oldu...
İllər keçəcəkdi, amma həmən iki helikopter qadının taleyindən heç bir xəbər çıxmayacaqdı..."
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?