GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rəşid Rzayev məhkəmə qərarlarının icrasına qadağa qoymağa sədrlik edir?

Rəşid Rzayev məhkəmə qərarlarının icrasına qadağa qoymağa sədrlik edir?

Tarix: 17-08-2022, 10:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 589


Məhkəmə sədri borclularla qeyri-prosessual ilişgidə Konstitusiyaya tüpürməklə məşğuldur


Məhkəmə qərarlarının dövlətin adından çıxarılmasını , icrasının məcburi olmasını, icra olunmamanın qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olduğunu , kim bilməsə də, məhkəmə hakimlərinin bilməməsi mümkün deyil. Bu müddəa ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan və məhkəmənin ən birinci tətbiq etməyə borclu olduğu  qanunun – Konstitusiyanın 129-cu maddəsi ilə doğrulanıb. “Məhkəmə və hakimlər haqqında” qanunun 5-ci maddəsi də məhkəmə qərarları barədədir və qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikasının ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən MÜTLƏQ, VAXTINDA VƏ DƏQİQ İCRA OLUNMALIDIR. Bəs niyə məhkəmədə işin təşkilinə, əmək və İCRA İNTİZAMINA nəzarət etməyə görəvləndirilən məhkəmə sədrləri onlarla illərdir nəinki məhkəmə qərarlarının icrasını təmin edir, əksinə, icraya qadağa qoyurlar? 

Rəşid Rzayevin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri postundan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində eyni görəvə gətirilməsi ilə məhkəməyə girişə polis postu ilə qadağa qoymasını məhkəməyə işi düşənlər yaxşı bilir. Bu başabəla sədrin məhkəmə qərarlarının icrasına qadağa qoymasını isə hamı bilmir, “başına gələnlərdən başmaqçı olanlar” bilir. Təsəvvür edin, Bakı İnzibati Məhkəməsinin (hakim Şərafət Məmmədova ) 20.06.2016 tarixli 2-1 (81)-1095/2016 saylı qərarını  borclu ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidməti  (hazırda ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi ) 7-ci ildir qərəzlə icra etməkdən imtina edir, məhkəmə isə İnzibati Prosessual Məcəllənin  (İPM) 116 -120 maddələrinin tələblərinə uyğun olaraq nəinki məcburi icra tədbirləri həyata keçirir, heç tələbkar Qarabağ əlilinin ərizələrinə belə baxmır. Halbuki İPM-in 120.1 maddəsinə görə , inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə proses iştirakçısının ərizəsinə əsasən və ya XİDMƏTİ VƏZİFƏSİNƏ GÖRƏ icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Məhkəmənin xidməti vəzifəsini icra etməkdən imtina etməsi bir yana, tələbkarın çoxillik ərizələrinə belə baxmaqdan imtinası məhkəmə sədrinin də, Məhkəmə Hüquq Şurasının da, Ombudsmanın da yerində olmadığının göstəricisidir. Ombudsmanın adını hallandırmağımız “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili  (ombudsman) haqqında” Konstitusiya Qanununun 1.9 maddəsindən qaynaqlanır. Sözügedən maddədə ombudsmanın məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar İNSAN HÜQUQLARININ POZULMASINA DAİR ŞİKAYƏTLƏRƏ BAXMAQ HÜQUQU doğrulanıb. Ombudsman isə illərdir nə rüşvətlə itirilən sənədləri tapa bilir, nə də məhkəmə qərarının icrasını təmin etdirir. Bəs məhkəmə sədrləri niyə Konstitusiya ilə, qanunla üzərlərinə qoyulan vətəndaşların ərizə və şikayətlərinə baxılmasını həyata keçirmirlər? Rəşid Rzayev bəyəm məhkəmə qərarlarının icrasına qadağa qoymağa sədrlik edir? 

Nə yazıq, bu  sədr Xətai məhkəməsində eyni görəvdə də icraya qadağa qoymaq prinsipini sürdürür. Xətai məhkəməsinin 26.05.2009 tarixli, 2 (011)-451/09 saylı və 21.06.2011 tarixli, 2 (011)-855/11 saylı iki qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ əlilinə sahibkarlıqla məşğul olmaq üçün verilən Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı  otaqları borclular Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ) və Nizami RİH saxta şəhadətnamə ilə ələ keçirib satmalarına hüquqi qiymət verilməsi bir yana, indiyədək -13 ildə bir dəfə də olsun icra hərəkəti aparılmayıb. Əksinə, Ədliyyə Nazirliyinin  Xətai və Nizami icra şöbələri borclularla qeyri-prosessual ilişgidə tələbkara qarşı cinayət şantajı ilə məşğuldurlar. Bu şantajda Xətai məhkəməsinin sədri Rəşid Rzayevin də özəl xidməti var. Məhkəmə sədri məhkəmə qərarının icrasını təmin etmək əvəzinə, icra məmurlarının sifarişi ilə icra sənədinin qətnamənin nəticə hissəsinə uyğun olmadığını tələbkar Qarabağ əlilinin boynuna qoymaq absurdluğuna  ,saxtalığına imza atıb. Son 3 ayda tələbkarın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 222.1-ci maddəsinə və Ali Məhkəmə Plenumunun 24.11.2005 tarixli 4 nömrəli qərarının 6.8-ci bəndinə əsasən , qətnamənin nəticə hissəsində əmlakın yerləşdiyi ünvanın göstərilməsi, qətnamənin tələbə uyğun imperativ formada tərtib edilməsi , qətnaməyə izah verilməsinə dair ərizələrinə baxılmır. Niyə? Çox şübhəlidir, Rəşid Rzayev Bakı İnzibati Məhkəməsində də, Xətai məhkəməsində də eyni tələbkarın ərizələrinə qadağa qoyub. Bu təsadüf ola bilər? Məhkəmə Hüquq Şurası bu barədə nə fikirləşir? Ümumiyyətlə, fikirləşirmi? Deyəsən, hərə öz qeyri – prosessual ilişgisi ilə özbaşınalığa , Konstitusiyaya tüpürməyə töhfə verir. Konstitusiyadan üstün olan məmur kimdir : Prezidentin köməkçisi, keçmiş ƏMDK sədri Kərəm Həsənov, onun müavini, hazırda Cəlilabad RİH-ə başçı təyin etdirdiyi Rafiq Cəlilov, Nizami RİH-in keçmiş, Dövlət Statistika Komitəsinin hazırkı sədri Tahir Budaqov, onun bacanağı, Nizami “JEK”-inin keçmiş, 1 saylı icra nümayəndəliyinin hazırkı müdiri Həsən Sadıxov , yoxsa elə baş prokuror özü, yoxsa elə ədliyyə naziri, MHŞ sədri özü? 

Belə hüquq, belə hüquq dövləti , belə məhkəmə, belə məhkəmə təminatı, belə, belə. ..olar? 


Məğrur Bədəlsoy


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ƏƏSMN -in “məhkəmə - hüquq “ siyasəti Heybət İmanovun Konstitusiyadan üstün olmasının şok səbəbi

    ƏƏSMN -in “məhkəmə - hüquq “ siyasəti Heybət ...

    14-11-2020, 00:04

  • 
  • Bakı İnzibati Məhkəməsi 5 ildir qəbul etdiyi qərarın icrasını təmin etməkdən imtina edir

    Bakı İnzibati Məhkəməsi 5 ildir qəbul etdiyi ...

    19-08-2020, 10:35

  • 
  • Konstitusiya Məhkəməsinə şikayətlərə qadağa - NARAZILIQ!

    Konstitusiya Məhkəməsinə şikayətlərə qadağa - ...

    21-01-2021, 19:29

  • 
  • Məhkəmə Dövlət Komitəsinin sədr müavinini cərimələyib

    Məhkəmə Dövlət Komitəsinin sədr müavinini ...

    6-12-2013, 14:04

  • 
  • Konstitusiya Məhkəməsi Qarabağ qazisinə QARŞI - NARAZILIQ!

    Konstitusiya Məhkəməsi Qarabağ qazisinə QARŞI - ...

    25-05-2021, 16:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu