Bu barədə Bakı Apellyasiya Məhkəməsinin saytında məlumat yerləşdirilib.
Məlumata görə, Nəsimi Rayon Məhkəməsi bir neçə ay əvvəl Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradovu İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə cərimələyib.
Sentyabrın 23-də Bakı Apellyasiya Məhkəməsində həmin iş üzrə apellyasiya şikayətinə baxılıb. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Bakı Apellyasiya Məhkəməsi İ.Muradovun cəriməsinin məbləğini açıqlamayıb.
Sorğu
Yeni dizaynımız necədir?