Gundemxeber.az » GündəmXəbər » Elnur Allahverdiyev XARAB MAL SATIR... - ÇİLƏSİNİ DƏ VƏTƏNDAŞ ÇƏKİR...
"Şikayətim "Kontakt Home"dandir. 05.08.2022 tarixində Neftçilər filialından a33 model telefon götürdüm telefonda fabrik problemi çıxdı..." GundemXeber.Az dia.-a istinadla bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Əli Nağı adlı istifadəçi giley edir.
Müəyyən səbəbləri nəzərə alaraq, şikayətçinin qeydlərini oldduğu kimi, redaktə etmədən təqdim edirik:
"Telefon qizirdi ve ekran donurdu. 18.08.2022 tarixinde Zaqatala filialina video subutlarla tehvil verdim lakin emekdaslar butun Samsung telefonlarinda eyni problem oldugunu ve s. dediler, cox gumanki vaxt itkisi olacagini ve servise gondermemeyimi meslehet bildiler. Neyse qisaca telefonu 5 goturub 11 i tarixinden istifade olunur gun erzinde fasilelerle maksimum 6 saat istifade olunub, oyun ve s. Yuklenmeyib qetiyyen subutlarin hamisini rey bolmesine daxil edecem.
#Kontakt home ve emekdaslari eyni hali siz yasasaz ne ederdiz?) Samsungdu donur qizir ve s deyib istifadeye davam edecekdiz ? Zehmet olmasa edaletle ve insafla gorun isinizi".
Qeyd edək ki, "Kontakt Home"dan bu şikayətlə bağlı açıqlama verilib:
"Salam, Nağı bəy. Daxil olmuş müraciətiniz əsasında məsələ artıq araşdırılıb. Qeyd edək ki, donma halları hər zaman telefonda nasazlıq olduğunu göstərmir. Sadəcə olaraq telefonu təyinatına uyğun bir şəkildə istifadə etməməklə əlaqədar ola bilər, Ola bilsin ki, ekspertlər məhsula baxış keçirdikdən sonra nasazlıq aşkar etmədiyi üçün ilkin məlumatı olaraq, bu halın normal olduğunu sizə bildiriliblər.
Yenidən müraciət etdiyiniz zaman, yəni, 19.08.2022 tarixində mobil cihazınız artıq əməkdaşlarımız tərəfindən mağazada təhvil alınaraq, 20.08.2022 tarixində diaqnostika üçün servis mərkəzinə yönləndirilib. Diaqnostika 14 iş günü ərzində həyata keçirilir. Sizdən bu müddət ərzində gözləməyinizi xahiş edirik".
Yaəni anlaşılanı odur ki, "Kontakt Home" XARAB MAL SATACAQ... bədəlini isə müştərilər ödəməli olacaq... Hər halda Əli Nağı telefonu almışdı ki istifadə etsin, təmirdə yatırtmağa almamışdı və inanırıq ki, gərəkən qurumlar müştəri hüquqlarını SONA QƏDƏR MÜDAFİƏ EDƏCƏK...
Qarşısında kimin dayanmağından azılı olmayaraq. Hər halda deputat Elnur Allahverdiyev cənabları da anlamamış deyil ki, onun müştəriləri Azərbaycan vətəndaşlarıdır və bu ölkədə vətəndaş hüquqları qorunur...
Məsələ ilə bağlı bütün maraqlı ərəfləri dinləməyə hazırıq...
GundemXeber.Az
10-06-2021, 13:02
14-03-2022, 11:28
12-06-2019, 15:30
12-04-2018, 22:29
28-05-2018, 17:55
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?