GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Auditorlar Palatasının yarım yumurtalıq “Audit aktı”- Sənəd

Auditorlar Palatasının yarım yumurtalıq “Audit aktı”- Sənəd

Tarix: 29-08-2022, 12:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 684

Əfqanıstan Müharibəsi Veteranı, Qarabağ Müharibəsi iştirakçısı, III qrup müharibə əlili, qazi - iş adamı-sahibkar İsmayılov Ağasəf İslam oğlu bildirir ki, təsisçisi olduğu "Magna Trans" MMC-nin 2010-2019-cu illər üzrə fəaliyyəti və maliyyə vəziyyəti ilə bağlı, cavabdehlər - MMC-nin: direktoru (qanuni təmsilçi) Ağayev Mirzahid Mirsahib oğluna, MMC-nin iştirakçıları: Həmidov Bürhan Əhməd oğluna və Hacıyev Namiq Gülosman oğluna qarşı iddiası üzrə hazırda Sumqayıt Kommersiya Məhkəməsində 2-2(119)-41/2022saylı işə baxılır. Cavabdehlərin nümayəndəsi-vəkil Camalov Bəşir Əsgər oğlu Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Musayev Adıgözəl Maqsud oğlunun tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nı sübut kimi məhkəməyə təqdim etmişdir.

İddiaçı - “Magna Trans” MMC-nin təsisçisi Ağasəf İsmayılov Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayevin tərtib etmiş olduğu həmin “Audit aktı”nda Cəmiyyətin maliyyə vəziyyəti ilə bağlı məlumatların bilərəkdən təhrif formada göstərməsini, həmçinin bilərəkdən yalan məlumatları, saxta rəqəmləri, şişirdilmiş göstəriciləri qevd etməklə cavabdeh tərəfin sifarişini yerinə yetirdiyini və  bununla da sahibkarın qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmaqla bərabər, ona xüsusilə külli miqdarda maddi ziyan vurmuş şəxslərə Adıgözəl Musayevin yardımçı olduğunu, öz qulluq mövqeyndən sui-istifadə etməklə özbaşınalıq və vəzifə saxtakarlığı etdiyini, həmin şəxsərin özgənin əmlakını mənimsəmə, külli məbləğdə pul vəsaitinin vergidən gizlətməklə oğurlamalarını tərtib etmiş olduğu audit aktı ilə “ört-basdıq” etməyə cəhd etməsini bildirir.

Gundemxeber.az sozcu.info-ya istinadla bildirir ki, sahibkar Ağasəf İsmayılov öz iddiasını onunla əsaslandırır ki, Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev “Magna Trans” MMC-nin direktor müavini Xəlilov Ramil Mətləb oğlunun sifarişi ilə tərtib etmiş olduğu 06.10.2021-ci il tarixli “Audit aktı”ndan belə nəticəyə gəlinir ki, guya “Magna Trans” MMC-nin 2010-19-cu illər üzrə maliyyə-mühasibat hesabat sənədləri bütünlüklə auditora təqdim olunmuşdur və auditor guya audit yoxlaması keçirmişdir. Və Adıgözəl Musayev guya apardığı audit nəticəsində MMC-nin 2010-2019-cu illər fəaliyyətində heç bir nöqsan açkar etməmişdir.


Məsələ bundadır ki, “Magna Trans” MMC-nin direktoru (qanuni təmsilçi) Mirzahid Ağayev və MMC-nin digər iki iştirakçıarı: Bürhan Həmidovla Namiq Hacıyev Ağasəf İsmayılovun təsisçisi olduğu “Magna Trans” MMC-nin əmlakını ələ keçirib sənədləri saxtalaşdırma yolu ilə satıb, pullarını da mənimsədikləri üçün, 2019-cu ildən başlayaraq, 3 ildən artıq bir müddətdir ki, çoxsaylı qanuni tələblər etmiş olsa da onaheç bir sənəd vermirlər, özləri isə gizlənirlər və nümayəndələri-vəkil Başir Camalovu irəli vermişlər.

Onların hər üçünün bu və digər qeyri-qanuni, özbaşınalıq hərəkətlərinə görə, Ağasəf İsmayılovun iddiasına əsasən, Abşeron rayon Məhkəməsi 2(012)-435/2021 saylı 19.02.2021-ci il tarixli qətnamə ilə, "Magna Trans" MMC-nin bütün dövrlər üzrə təsərrüffat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında İsmayılov Ağasəf İslam oğluna verilməsi vəzifəsi cavabdehlər: "Magna Trans" MMC-nin, "Magna Trans" MMC-nin direktoru (qanuni təmsilçi) Mirzahid Ağayevin, "Magna Trans" MMC-nin iştirakçıları: Bürhan Həmidovun və Namiq Hacıyevin üzərinə qoyulmuşdur.

Hər üç şəxs  Qətnaməni icra etməkdən qəsdən yayınırlar.

Abşeron rayon Məhkəməsinin 2(012)-435/2021 saylı 19.02.2021-ci il tarixli İcra sənədinin icrası ilə bağlı, Nərimanov rayon İcra şöbəsi 29.07.2022-ci il tarixdə Bürhan Həmidovun, Abşeron rayon İcra şöbəsi isə 05.08.2022-ci il tarixdə Mirzahid Ağayevin barəsində axtarış elan etmişdir. Namiq Hacıyevin haqqında isə Göyçay rayon İcra şöbəsində icra sənədi icra edilir.

Sahibkar Ağasəf İsmayılov bildirir ki, belə bir vəziyyət mövcud olduğu halda, sual yaranır ki, doğrudanda, sərbəst auditor Adığzəl Musayevin tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nda “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı auditora təqdim edilməsi göstərilən bütün sənədlər varsa və bu maliyyə-mühasibatlıq sənədləri sərbəst auditor Adıgözəl Musayevə təqdim olunubsa və o, apardığı audit yoxlaması nəticəsində “Magna Trans” MMC-nin fəaliyyətində heç bir çatışmamazlıq aşkar edilməyibsə, bəs onda niyə hər üç cavabdeh şəxs təsisçi Ağasəf İsmayılovun tələb etdiyihesabat sənədlərini verməmək üçün, məhkəmələrqarşısında qalırlar, vəkil tuturlar, müxtəlif qurumlarda-idarələrdə özlərinə himayədar axtarıb-tapıb müdafiə olunmğa cəhd edirlər?

Hələ bu azmış kimi, məhkəmə hakimlərinin qanuni qərarlarından çoxsaylı əsassız və məntiqsiz şikayətlər edirlər, auditorlara, ekspertlərə, digər mütəxəssislərə “adam tapıb” saxta sənədlər sifariş edirlər?

"Magna Trans" MMC-nin: direktoru (qanuni təmsilçi) Mirzahid Ağayev, iştirakçılar Bürhan Həmidovla Namiq Hacıyev “audit yoxlaması” keçirmək üçün, sərbəst auditor Adıgözəl Musayevə guya təqdim etdikləri sənədlər mövcud olsaydı, dərhal heç olmasa həmin sənədlərin kserosurətlərini gətirib Ağasəf İsmayılova verərdilər, ta aylrla-illərlə didərgin düşüb gizlənməzdilər və axtarışa düşməzdilər.

İş adamı Ağasəf İsmayılov bildirir ki, sadə məntiqlə əsaslandırılan bu fikir, külli miqdar məbləğlə ölçülən onun və dövlət büdcəsinə ödənilnməli olan pul vəsaitini talamış hər üç şəxs cinayət məsuliyyətindən qurtulmaq üçün, dövlət və digər aidiyyəti qurumlarda özlərinə “arxa” axtarırlar, onlarla sövdələşib cinayət əlaqəsinə girirlər, özlərinin bir sıra çirkin niyyətlərini həyata keçirməyə cəhd edirlər.


Daha sonra iddiaçı Ağasəf İsmayılov ki, Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərtib etmiş olduğu 06.10.2021-ci il tarixli “Audit aktı”onun saxtakarlıq etməsi bir çox sənədlərlə, ən başlıcası isə, aşağıda göstərdiyi beş sənədlə sübuta yetirildiyini bildirir:

1-2). Təsisçi Ağasəf İsmayılovun 29.06.2012-ci il tarixdə 71000 ABŞ dolları məbləğin və 06.07.2012-ci il tarixdə 381436 ABŞ dolları məbləğin “Magna Trans” MMC-nin bank hesabına ödəməsini təsdiqləyən “PAŞA Bank” ASC-nin 13.09.2020-ci il tarixli “Hesabından çıxarış” sənədinin (İBAN: AZ 12 PAHA 0000 0000 0000 1001 3906) mənkəmə  işində olması,


3). Dəyəri 2.600500,00 manat olan ”Magna Trans” MMC-nin 21 ədəd avtobusunu 2014-15-ci illərdə sənədləri saxtalaşdırmaqla satılmasına dair 21 ədəd alqı-satqı müqaviləsinin, 21 ədəd nəqliyyatın qeydiyyatı şəhadətnamələrnin ləğv edilməsinə dair Sabunçu rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli 2(008)-2435/2021 saylı Qətnaməsinin olması;

4). “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı: direktoru Mirzahid Ağayevin, iştirakçıları Bürhan Həmidovla Namiq Hacıyevin əməllərində cinayət əlamətlərinin aşkara çıxarılması barədə Sabunçu rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(008)-2435/2021 saylı Xüsusi Qərardadı Baş Prokurorluğa göndərməsi;

5). “Magna Trans” MMC-də bir qrup şəxsin talançılıq, mənimsəmə, pul vəsaitini hesabatdan gizləyib-oğurlama və sairə cinayət əməlləri barədə şikayəti üzrə hazırda Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2. maddəsi ilə, 210050957 saylı cinayət işinin istintaq edildiyini və MMC-nin direktor müavini Ramil Xəlilovun təqsirkar şəxs qismində istintaqa cəlb edilməsi faktları olduğu halda, sərbəst auditor Adıgözəl Musayevin “Magna Trans” MMC-nin 2010-2019-cu illər üzrə fəaliyyəti barədə “audit yoxlaması” keçirməsi və tərəfindən heç bir çatışmamazlığı “aşkar etməməsi” barədə tərtib edib imzaladığı 06.10.2021-ci il tarixli sənəd heç bir halda “Magna Trans” MMC-nin 2010-2019-cu illər üzrə maliyyə vəziyyətinin həqiqiliyini əks etdirə bilməz.“Magna Trans” MMC-nin 2010-2019-cu illər üzrə maliyyə vəziyyətinə dair, sərbəst auditor Musayev Adıgözəl Maqsud oğlunun tərtib etmiş olduğu 06.10.2021-ci il tarixli “Audit aktı”nda saxtakarlıq etməsi barədə, sahibkar Ağasəf İsmayılov 25 may 2022-ci il tarixdə Auditor Palatasının sədri Vahid Novruzova müraciət etmişdi.


İki aydan artıq müddət keçdikdən sonra, Auditorlar Palatasının idarə rəisi Elnur İbrahimovun imzaladığı, 29.07.2022-ci il tarixli məktubda ona cavab verilmişdir ki, “... yoxlama aparılan zaman auditor Beynəlxalq Audit Standartlarına müvafiq olaraq “Magna Trans” 2010-19-cu illər üzrə gəlirlərinin, xərclərinin, bölüşdürülməmiş mənfəətinin və elan edilmiş dividentlərin müəyyən edilməsinin auditini aparmışdır. Audit zamanı, auditor Beynəlxalq Audit Standartlarının tələblərinə tam əməl etmədiyinə baxmayaraq auditin keyfiyyəti baxımından o əhəmiyyətli hesab edilmir.” 2 aydan sonra yazılmış cümlədən yaranan fikirdən, məsələyə Palatanın münasibətinin səviyyəsi özünü biruzə verir.

Məktubda göstərilən “auditor Beynəlxalq Audit Standartlarının tələblərinə tam əməl etməməsi”nə aydınlıq gətirməklə geniş izahat verilməsi üçün, 12.08.2022-ci il tarixdə yenidən Auditorlar Palatasına tərəfimdən müraciət etmişdir. Lakin, təəssüflər olsun ki, həmin idarə rəisi bildirir ki, Palata sədri məzuniyyətdə olduğu üçün, cavab məktubunu imzalayan yoxdur, gözləyirik ki, sədr məzuniyyətdən qayıtsın. Əslində isə bu bir bəhanədir. Çünki, Auditorlar Palatası sərbəstauditorunun saxtakarlığına don geyindirməyə çətinlik çəkirlər.

Ona görə ki, Auditorlar Palatasının sərbəst auditoru Musayev Adıgözəl Maqsud oğlunun tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nın (səh.15) nəticə hissəsində, “Magna Trans” MMC-nin - “2010-19-cu illər üzrə yekun bölüşdürülməmiş mənfəət – 85179,41 manat” göstərməsi onun vəzifə saxtakarlığı etməsinəbirbaşa sübutdur.

Bir daha qeyd olunur ki, Kommersiya Məhkəməsinin 2-2(119)-41/2022 saylı iş materiallarının 1-ci cildinin 124-136-cı səhifələrində “Magna Trans” MMC-nin “PAŞA Bank” ASC-dən verilmiş 13.09.2021-ci il tarixli Bank Hesabından Çıxarışdan açıq-aydın görünür ki, təsisçi Ağasəf İsmayılov tərəfindən 29.06.2012-ci il tarixdə 71000 ABŞ dolları məbləğində, 06.07.2012-ci il tarixdə isə 381436 ABŞ dolları məbləğində pul “Magna Trans” MMC-nin “PAŞA Bank” ASC-də olan hesabına (İBAN: AZ 12 PAHA 0000 0000 0000 1001 3906)ödənilmişdir.

Bu “mütəxəssis” Adıgözəl Musayevin tərtib etmiş olduqğu “audit aktından” belə nəticəyə gəlinmişdir ki, sitat: “..."Magna Trans" MMC-nin 2010-2019-cu illər üzrə bütün növ maliyyə təsərrüfatı və mülki dövriyyəsi nəticəsində əldə edilmiş (qazanılmış) xalis mənfəətdən Cəmiyyətin üç iştirakçısının (təsisçisinin) payına uyğun dividend aşağıda göstərildiyi kimi təşkil edir: ...bölüşdürülməmiş mənfəət cəmi - 85179,41 manat”

Təsisçi Ağasəf İsmayılov icə bildirir ki, yəni, 10 il üçün hər üç təsisçinin hər birinə ödəniləcək dividend – 28393,14 manat?

10 il müddətdə, ildə 365 gün 16-18 saat durmadan sərnişindaşıyan 79 ədəd avtobusun hər biri bir gün ərzində cəmi 29 – İYİRMİ DOQQUZ qəpik gəlir vermişdir?Yən hər bir təsisçiyə gündə 9 - DOQQUZ qəpik?

Bir toyuq yumurtasının yarı qiymətində?

Musayev Adıgözəl Maqsud oğlunun tərtib etmiş olduğu 06.10.2021-ci i tarixli “Audit aktı”na əsasən, dəyəri 185.000,00 ABŞ dolları olan Bakı-Astara-Bakı avtobusu 2010-2019-cu illər boyu hər bir sutka ərzində 0,29 manat gəlir vermişdir.

Başda Auditorlar Palatasının sədri Vahid Novruzov olmaqla, Palatanın neçə əməkdaşı bu “NƏTİCƏ”yəinanır? Yaxud inanırmı? İnanmış olsaydılar, 4 ay ərzində vətəndaşın müraciətinə cavab verərdilər.

İş adamı Ağasəf İsmayılov isə bildirir ki, təsisçisi mən olduğum, özüm qurub-yaratdığım Cəmiyyətin maliyyə-mühasibatlıq hesabat sənədlərini mənə verməmək üçün, 2019-cu ildən indiyə kimi məndən gizlənənlər, hazlrda isə yaşayış yerləri üzrə İcra şöbələri tərəfindən axtarışları elan edilənlər: direktor Mirzahid Ağayevlə həmtəsisçi Bürhan Həmidov, və digər həmtəsisçi Naniq Hacıyev, həmçinin tələb etdiyim sənədləri mənə təqdim etməmək üçün, onların nümayəndəsi-vəkil Bəşir Camalovun, əsaslı və qanuni iddiama-tələbimə qarşı 3 il müddətdə çoxsaylı məhkəmələrdə məntiqsiz və əsassız etirazlar yazdığı halda və xüsusən də Cəmiyyət yaranandan, yəni 11 il ərzində 1-cə dəfə də olsun belə audit yoxlaması keçirmədikləri halda, necə olur ki, bu şəxslər, qəflətənvə gizlin “audit yoxlamsı” sifariş edirlər və Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayevin həmin 06.10.2021-ci il tarixli “audit aktını” məhkəməyə təqdim edib özlərinə bəraət almağa cəhd edirlər.

Belə çıxır ki, istənilən şəxs, özgənin əmlakını ələ keçirib, talan etdikdən sonra gizlindən “audit aktı” sifariş edib “təmizlik kağızı” təsdiqlətdirib  cinayət məsuliyyətindən yaxasını qurtara bilər?

Təsisçisi olduğum “Magna Trans” MMC-ni talayıb külli miqdarda əmlakını mənimsəməklə, vergidən yayınmaqla dövlət büdcəsinə də milyonlarla manat məbləğdə zərər vurmuş şəxslərin, Auditorlar Palatasında sərbəst auditor Adıgözəl Musayevin şəxsində özlərinə “arxa-dayaq” taparaq, istədikləri saxta sənədi sifariş etməklə, cinayət məsuliyyətindən yayınmağa cəhd etmələri korrupsiyalaşmış, dayanaqlı bir dəstə üzvünün Auditor Palatası kimi  mötəbər qurumda lövbər saldığının əlaməti deyilmi?Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nda qəsdən yalan məlumatları göstərərərk saxtakarlıq etməklə qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmaqla bərabər, ona xüsusilə külli miqdarda maddi ziyan vurmuş şəxslərin sifarişlərini yerinə yetirərək, öz qulluq mövqelərəindən sui-istifadə etməklə vəzifə vəzifə saxtakarlığı, özbaşınalıq və digər cinayətləri törətmişdir.

Auditorlar Palatasının rəhbərliyi susqunluq mövqesini dayandırıb, sərbəst auditor Musayev Adıgözəl Maqsud oğlunun tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nı nəzarət qaydasında yoxlamasını təşkil etməklə qara ləkəni Palatanın üzərindən götürməlidir.

Onu da əlavə edəki ki, sahibkar Ağasəf İsmayılov faktla bağlı Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı   Mübarizə Baş İdarəsinə müraciət etmişdir. 


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Magna Trans" qalmaqalı kulimanisya həddində... - TƏFƏRRÜAT

    "Magna Trans" qalmaqalı kulimanisya ...

    29-06-2022, 15:53

  • 
  • Auditorlar Palatasının mənfəəti 7 dəfə azalıb

    Auditorlar Palatasının mənfəəti 7 dəfə azalıb ...

    4-06-2020, 13:44

  • 
  • “Magna Trans” MMC-dəki fırıldaq əməllərinin finalı? - TƏFƏRRÜAT

    “Magna Trans” MMC-dəki fırıldaq əməllərinin ...

    11-08-2022, 15:29

  • 
  • Əli Həsənovun oğluna məxsus televiziya bağlandı – RƏSMİ

    Əli Həsənovun oğluna məxsus televiziya bağlandı – ...

    24-05-2021, 17:18

  • 
  • Fazil Məmmədovun audit maxinasiyası

    Fazil Məmmədovun audit maxinasiyası ...

    11-03-2013, 10:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu