GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Fazil Məmmədovun audit maxinasiyası

Fazil Məmmədovun audit maxinasiyası

Tarix: 11-03-2013, 10:24 Bölmə :İqtisadiyyat Baxış: 1 153
Fazil Məmmədovun audit maxinasiyası

Məcburi olmayan icbari audit

Üç ildir hökumət icbari müstəqil auditdən yayınan kommersiya təşkilatlarının aşkarlanması mexanizminin tətbiqi məsələsində qərara gələ bilmir. Eyni zamanda, auditorlara müraciət səviyyəsi azalır.
2011-ci ilin fevralında parlament bu tip inzibati qanunpozmalarda vəzifəli şəxslərə (300-600 manat) və hüquqi şəxslərə (1500-2500 manat) cəza tədbiri müəyyən edib, dövlət başçısı isə həmin ilin aprelində Nazirlər Kabinetinə tapşırıb ki, 2 aya bu cəriməni tətbiq edəcək orqanı göstərsin. Amma Nazirlər Kabineti mürgüləyir.
Bu məsələnin həlli üzrə təklifi Auditorlar Palatası bir neçə dəfə hazırlayaraq hökumətə təklif edib. AP-da hesab edirlər ki, müstəqil auditdən yayınmaya görə inzibati məsuliyyəti Auditorlar Palatasının təqdimatı üzrə şəhər (rayon) məhkəmələri müəyyən etməlidir. Vergilər Nazirliyi AP ilə birgə hər ilin sonu üçün müstəqil audit keçirilməli təşkilatların siyahısını hazırlamalı, növbəti mərhələdə Palata auditdən yayınan kommersiya təşkilatlarını aşkarlamalıdır.
Hökumətin ləngliyi olunla nəticələnib ki, ölkədə müstəqil auditdən keçmə səviyyəsi azalıb. 2011-ci ildə müstəqil auditorlara 34 65 subyekt müraciət edib. Bu, 2010-cu ildəkindən 1,8% azdır, deyə AP-da Turan-a bildiriblər. Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli №97 «Kommersiya təşkilatlarının illik maliyyə hesabatları və birləşdirilmiş maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması haqqında» qərarına əsasən, illik maliyyə hesabatları təsisçilərin təsdiqi üçün 30 aprelə kimi təqdim edilməlidir. Konsolidə edilmiş maliyyə hesabatı hazırlayan təşkilatlar onları 30 iyuna kimi təsdiq etməlidir. Bu təşkilatlar illik maliyyə hesabatlarını audit rəyi ilə birgə mətbuatda dərc etdirməlidirlər. Heç kim cərimə etmədiyi üçün şirkətlər qorxmadan müstəqil audit və maliyyə hesabatının dərc edilməsindən yayınırlar. Maraqlıdır ki, konsolidə edilmiş maliyyə hesabatı hazırlamayan bir çox təşkilatlar səhmdarların (təsisçilərin) ümumi yığıncağını ikinci, üçüncü, bəzən isə dördüncü rübdə keçirirlər. Qanunvericilik isə maliyyə hesabatlarının təsdiqi müddətini dəqiq göstərib – 30 aprel. Bir qayda olaraq, qiymətli kağız emitentlərinin fəaliyyətinə nəzarət edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və illik maliyyə hesabatının icra və dərc edilməsinə nəzarət edən Maliyyə Nazirliyi bunları “görmür”.
Xatırladaq ki, bank və sığorta şirkətləri, səhmdar cəmiyyətləri, MMC-lər, holdinqlər, maliyyə-sənaye qrupları, təbii inhisar subyektləri, fondlar, QHT-lər, bələdiyyələr və s. təşkilatlar müstəqil auditdən keçməlidir. Müstəqil auditdən keçməkdən yayınma ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr 13 aprel 2011-ci ildə qüvvəyə minib. Amma bu tələbi pozan heç bir subyekt məsuliyyətə cəlb edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədovun Bakı merinə qarşı müdhiş planı

    Fazil Məmmədovun Bakı merinə qarşı müdhiş planı ...

    28-11-2013, 20:16

  • 
  • Qanunsuz qeysəriyyə əməliyyatları ilə bağlı cərimələr artdı

    Qanunsuz qeysəriyyə əməliyyatları ilə bağlı ...

    28-06-2013, 19:34

  • 
  • Prezidenti İlham Əliyevdən yeni təyinat

    Prezidenti İlham Əliyevdən yeni təyinat ...

    27-10-2015, 20:08

  • 
  • Bu sürücüləri şok cəza gözləyir - 4 MİN MANAT CƏRİMƏ, 3 AY HƏBS - VİDEO

    Bu sürücüləri şok cəza gözləyir - 4 MİN MANAT ...

    16-10-2015, 23:11

  • 
  • Vergilər Nazirliyində borc maxinasiyası

    Vergilər Nazirliyində borc maxinasiyası ...

    3-02-2013, 11:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu