Gundemxeber.az » GündəmXəbər » “Fikrət Məmmədov və Ramiz Rzayev istefa verməlidirlər!” - ÇAĞIRIŞ
Tanınmış vəkil Bəhruz Bayramov özünün “Facebook” səhifəsində Ali Məhkəmənin sədri Ramiz Rzayev və Ədliyyə naziri Fikrət Məmmədovun istefası tələbi ilə çıxış edib.
GUNDEMXEBER.AZ Hurriyyet.az-a istinadla xəbər verir ki, vəkil yazır: “Hal-hazırda mülki iş aparıram. Artıq bu işin müddəti 6-7 ildir ki, davam edir. Ramiz Rzayevin ve Fikrət Məmmədovun başçılıq elədiyi məhkəmə sisteminin günahı ucbatından bu iş 6 ildir davam edir. Təsəvvür edin ki, bütün işləri udmuşuq. İş üzrə 27 məhkəmə qərarı və 81 məhkəmə prosesi keçib. Bütün prosesleride uğurla keçmişik. Sadəcə müdafiə elədiyim şəxs ləyaqətli bir insandır. Ona görə təmənnasız müdafiə etmişəm. Heç bir vəkil 6-7 il müddətində təmənnasız müdafi etməz.
Deməli, qarşı tərəf aprel ayında Ali məhkəməyə kassasiya şikayəti verib. Mulki prosessual məcəllənin 474-cü maddəsinə görə, işə 3 ay müddətinə baxılmalıdır. Amma qarşı tərəfin şikayətinə baxmayaraq 6 aya qədər uzatdılar. Ramiz Rzayev və Fikrət Məmmədovun rəhbərlik elədiyi bu məhkəmə sistemi biabrçılıqdır. Bir proses üçün biz niyə 6 ay gözləməliyik?
Mulki iş üzrə 2013-cü ildə şəxsin bir milyon dollar pulu mənimsənilib. Çünki ilk vaxtlarda obyektinə şərik edib, alqı-satqı olub qanuni olaraq və növbəti prosesdə şəxs bu fikirdən imtina edib. Mən bu işə 2015-ci ilin dekabr ayında çıxmışam və hələ də bu proses davam edir. Bu məhkəmə sisteminin zəifliyini göstərir. Fikrət Məmmədov və Ramiz Rzayev istefa verməlidir!”
Gundemxeber.az
31-07-2013, 17:40
22-08-2013, 11:35
5-06-2017, 15:35
2-04-2016, 01:41
13-09-2013, 11:24
Sorğu
Yeni dizaynımız necədir?