GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bəkir Orucov işgəncələri özbaşına təşkil etməyib - NƏCMƏDDİN SADIKOV İZİ...

Bəkir Orucov işgəncələri özbaşına təşkil etməyib - NƏCMƏDDİN SADIKOV İZİ...

Tarix: 8-09-2022, 11:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 361


Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun ittiham olunduğu maddələr məlum olub.

Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Bəkir Şirin oğlu Orucov və Ramil Bəşir oğlu Əhmədov Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, general-mayor Bəkir Orucovun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia olunur. Bəkir Orucov ötən ilin sentyabr ayının 27-də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsindən azad edilib, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilib. O, hərbi liseyin rəisi olarkən, orada rüşvət faktları ilə bağlı narazılıqlar olub və bu barədə mediada məlumatlar dərc edilib.

Xatırladaq ki, “Tərtər işi” ilə bağlı yenilənən cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən Rəşid Ağaşərif oğlu Niftəliyev, Ruslan Məhəmmədəli oğlu Mikayılov, Sənan Səxavət oğlu Maşıyev, Cabir Babaxan oğlu Qəhrəmanov, Polad Seyfəddin oğlu Əzizov, Elçin Kalam oğlu Əliyev və İntiqam Şərif oğlu Məmmədov Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs-qətimkan tədbiri seçilib.

Uzun müddətdir Azərbaycanın ictimaiyyətində bu işlə bağlı müzakirə aparılır. Qeyd edilir ki, bu işdə Müdafiə Nazirliyinin sabiq Qərargah rəisi Nəcməddin Sadıkovun da əli var. Artıq bu işlə bağlı yüksək rütbəli bir general həbs edilibsə, izlərin həqiqətən də Nəcməddin Sadıkova aparıldığı qənaətinə gəlmək olarmı? Onun ölkədən qaçışı nə dərəcədə realdır? Gundemxeber.az-ın məlumatına görə, hərbi ekspert Telman Əbilov “Yeni Müsavat”a deyib ki, Tərtər hadisələri əslində Beyləqan korpusundan başlayıb: “İlk dəfə hələ 2008-ci ildə Beyləqan korpusunda oxşar hadisələr olmuşdu. Orada 2-3 nəfərə qarşı belə işgəncələri sınaqdan çıxarıblar. Nəcməddin Sadıkov başda olmaqla bu işi sonradan, 2017-ci ildə daha kütləvi şəkildə Beyləqanda, 2-ci korpus üzrə etdilər. İlk ölüm hadisəsi də orada oldu. Bəkir Orucov həmin vaxt 2-ci korpusun qərargah rəisi olub. O, orada işgəncə məkanı qurub. İşgəncə verənləri ora gətiriblər. 90-a yaxın hərbçimizə orada işgəncə veriblər. Orada işgəncələrlə hərbçilərimizidən izahatlar alıblar. Ona görə də "Tərtər işi"ndə işgəncəyə məruz qalan hərbçilərimiz Bəkir Orucovun, hüquqşünas Rahib Məmmədovun adını çəkirlər. Bir də bir təhqiqatçının adı çəkilib. Onları da həbs ediblər. Aydın məsələdir ki, Bəkir Orucov işgəncələri özbaşına təşkil etməyib. Ona korpus komandiri və ya o zaman Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov göstəriş verə bilərdi. O, bu iki nəfərdən birinin əmrini yerinə yetirib. Bu gün istintaq lazımı səviyyədə aparılmır. Bu işlərin başında Nəcməddin Sadıkov dayanır, onu həbs etmədən obyektiv araşdırma aparmaq mümkün deyil".

Telman Əbilov deyir ki, “Tərtər işi”ndə zərərçəkənlərin böyük əksəriyyətini üzə çıxmasında müstəsna xidmətləri olan ictimai şəxslərin həbsi də yolverilməzdir: “İlham Aslanoğlunun, partiya rəhbəri Əli Əliyevin həbsləri də ”Tərtər işi"nin nə dərəcədə obyektiv aparılmasının göstəricisidir. Bu adamlar ortaya mövqe qoyub işin obyektiv aparılmasını tələb edirdilər. Beyləqan korpusundan 2-3 nəfərin həbsi ilə kifayətlənmək olmaz. “Tərtər işi” Beyləqan korpusundan başlayıb. Bunu hamı bilsin. Nəcməddin Sadıkovun rəhbərliyi altında bu işlər baş tutub. Ən son xəbər budur ki, Tərtərdə məlum hadisələrlə bağlı ilk iclas Prezident Administrasiyasında Ramiz Mehdiyevin rəhbərliyi altında keçirilib. Həmin iclasda bu işin başlanmasına göstəriş verib. İclasda Ramiz Mehdiyevin göstərişi ilə 4 nazirliyin rəhbərləri iştirak ediblər. Sonradan həmin nazirliklərin birgə bəyanat verməsi də Mehdiyevin təşəbbüsü ilə olub. Bu gün bu məsələlər açıqlanmır. Deyilmir ki, Tərtər hadisələri bizim Milli Ordumuzun qüdrətini sarsıtmaq, aprel döyüşlərində göstərilən döyüş ruhunu qırmaq, İkinci Qarabağ müharibəsində Azərbaycanının məğlubiyyətini təmin etməyə hesablanmışdı. Açıq-aşkar Azərbaycanın müdafiə qüdrətini məhv etməyə hesablanan addımlar idi. Allaha şükür ki, buna nail olmadılar. Göydə Allah, yerdə ordumuz və qardaş Türkiyə dövlətinin dəstəyi bu planları alt-üst etdi. Bizə düşmən kəsilən Rusiya bunları hesablaya bilməmişdi, səhvə yol vermişdi. Bizə verdikləri badalaqdan yıxılmadıq, torpaqlarımızı geri ala bildik. Rusiyanın istəyi vardı ki, Azərbaycandakı vassalları vasitəsilə Ukaynadan əvvəl ölkəmizi daha dərin işğala məruz qoysun. Planları vardı ki, Gəncə dəhlizini bağlasınlar. Tovuz hadisələri də bu planın tərkib hissəsi idi. Azərbaycanın qərbə çıxışını bağlamaq niyyətində idilər. Bu işi Rusiyanın iki vassalı - Azərbaycanda yüksək vəzifələrdə olan Ramiz Mehdiyevlə Nəcməddin Sadıkovun vasitəsilə həyata keçirməyə cəhdlər etdilər. Məqsəd Azərbaycanın müstəqilliyinə son qoymaq idi. Tərtər məsələsinin xeyir-duasını Ramiz Mehdiyev vermişdi. Hər iki şəxs Azərbaycana xəyanətə görə həbsə alınmalı, Azərbaycan məhkəməsi qarşısında cavab verməlidir".


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Tərtər işi" ilə bağlı hərbçilərə işgəncə verən şəxslər həbs edilib - RƏSMİ

    "Tərtər işi" ilə bağlı hərbçilərə ...

    9-02-2022, 13:50

  • 
  • Generalın “Tərtər işi” ilə bağlı həbs olunduğu TƏSDİQLƏNDİ - RƏSMİ

    Generalın “Tərtər işi” ilə bağlı həbs olunduğu ...

    5-09-2022, 11:34

  • 
  • “Tərtər işi”: Həbs edilənlərdən biri hərbi hissə komandiri olub

    “Tərtər işi”: Həbs edilənlərdən biri hərbi hissə ...

    20-04-2022, 11:00

  • 
  • "Tərtər işi"ndə öldürülən hərbçilərdən biri bəraət aldı - Rəsmi, Yenilənib

    "Tərtər işi"ndə öldürülən hərbçilərdən ...

    19-04-2022, 18:14

  • 
  • Hamilə qadına işgəncə verən gəncə ağır cəza

    Hamilə qadına işgəncə verən gəncə ağır cəza ...

    16-06-2016, 21:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu