GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şəhid qardaşını KİMLƏR DİVARA QISNADI? - ETİRAZ

Şəhid qardaşını KİMLƏR DİVARA QISNADI? - ETİRAZ

Tarix: 16-09-2022, 13:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 279

"Etiraf edim ki, şəhid Səbuhinin (ruhu qarşısında baş əyirəm!) qardaşının dünənki "təkzib" videosu məndə ağır bir çöküntü yaradıb. Neçə saatdır özümə gələ bilmirəm. Sonuncu dəfə belə sarsıntını 2018-də Bakıda Tərtər qətliamının iki qurbanı ilə danışandan sonra yaşamışdım. Eşitdiklərimə inana bilmirdim".

Gundemxeber.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu şəhid qardaşının ondan "komando" kursu üçün 6 min manat rüşvət istənilməsi ilə bağlı daha əvvəl səsləndirdiyi iddiaları təkzib etməsinə münasibət bildirərkən deyib. Ə. Oruclu kimlərinsə şəhid qardaşını "təkzib videosu" çəkməyə məcbur etdiyini deyib:
"İndi də görüklərimə inana bilmirəm: iki gün əvvəl şəhid qardaşının xidmətə necə qəbul edildiyini deyən onsuz da qəlbi qırıq gənc tək ümidi olan qardaşını itirdikdən sonra ikinci dəfə sındırıldı. Kimsə həmin dəhşətli mənzərəni bizi xalq olaraq alçaltmaq, kimsə təhqir etmək, kimsə də mənəvi-psixoloji məhv etmək sayır.
Hamısı ilə razılaşmaq olar, amma məni dərindən düşündürən baş verən hadisənin ayrı bir aspektidir. Anladığım bu oldu ki, heç bir mənəvi çərçivəsi, məhdudiyyət anlayışı olmayan məxluqlarla üz-üzəyik və bu, təkcə alçaldılmaq, təhqir olunmaq imkanı deyil. Bu, fəlakətli bir təhlükə ilə üz-üzə qalmaqdır. Bəli, məhz təhlükə ilə.
Ona görə ki, insanları çirkin əməllərdən çəkindirən təkcə qanundan, qaydadan, qınaqdan qorxu yox, daha çox öz daxili çərçivələridir. Məsələn, birisi satqınlıq etmir, çünki bunu alçaq əməl sayır, ikincisi haram yeməyi günah sayır, üçüncüsü adam öldürməyi qorxulu əməl bildiyindən bunu etmir.
Dördüncüsü isə bunların hamısını edir, çünki onun heç bir mənəvi çərçivəsi yoxdur. Belələri də təkcə insana yox, insanlığa qarşı təhlükə mənbəyidir. Təsəvvür edin, körpə yaşından valideyn qayğısından məhrum olmuş və bütün ümidini yeganə qardaşına bağlamış bir gənc onu da itirir. Bu, artıq bir fəlakətdir.
Yaranmış ağır durumda açıb həqiqəti deyir. Həqiqət isə budur ki, həyatdakı yeganə güvən yeri olan qardaşı bir qədər artıq maaş almaq üçün borca girib rüşvət verərək xidmətə gedir və şəhid olur. Bu da azmış kimi, şəhid qardaşının qanı qurumamış onu belə bir "təkzib" videosu yaymağa sövq edirlər.
Sövq, vadar və ya məcbur edirlər, bunun heç bir fərqi yoxdur, son nəticədə ona bunu etdirirlər. Halbuki onun birinci videoda dediyi rüşvət faktını aylarla "araşdırmaq" və sonda demək olardı ki, Səbuhi şəhid olduğundan kimə rüşvət verdiyini müəyyən etmək mümkün olmadı. Belə etmək olardımı? Əlbəttə olardı, amma etmədilər.
Mümkün olan ən pis variantı seçdilər və bununla xalq olaraq bizi həm alçaltmağa, həm təhqir etməyə, həm də ən həssas dəyərlərimizi açıq həqarətə məruz qoymağa çalışdılar. Amma bu da baş verən hadisənin ən pis tərəfi deyil. Ən pis tərəfi odur ki, heç bir mənəvi çərçivələrinin olmadığını açıq şəkildə nümayiş etdirdilər.
Bu isə dediyim kimi, təkcə təhqir, aşağılama və s. deyil. Bunun adı təhdiddir, çünki bununla demək istədilər və dedilər ki, baxın, heç bir çərçivəmiz yoxdur və nə istəsək onu edərik. Edərik və edirik də. Bu isə hansı böyük bir təhlükə ilə üz-üzə olduğumuzun, başımıza nələrin gələ biləcəyinin açıq anonsudur.
Xüsusilə də həmin anonsu verənlər və həmin təhlükənin mənbəyi olanlar geniş səlahiyyətlər, böyük imkanlar və qeyri-məhdud hakimiyyət ələ keçirmiş şəxslərdirsə. Bu isə artıq təhqir olunmaq, aşağılanmaq deyil, istənilən anda heç bir səbəb və ya əsas olmadan ən qəddar şəkildə həyatından məhrum edilə bilmək deməkdir.
Anlayıram ki, bir çox insan alçaldılmaqdansa, təhqir olunmaqdansa bəlkə də ölümü seçərdi. Bəs həmin təhlükə doğmalarımızın, əzizlərimizin və ya elə övladlarımızın başı üzərinə çöksə necə?
Bax, bu haqda da düşünməyə dəyər məncə. Özü də yaxşı-yaxşı düşünməyə..."

Qeyd edək ki, Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov əvvəlcə, qardaşından “komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunduğunu iddi edib. Daha sonra is o, qardaşının bankdan kredit kimi götürdüyü sözügedən 6 min manatı ailədaxili məsələlərə xərclədiyini bildirib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yevlax Rayon İcra Hakimiyyəti Qarabağ əlili və şəhid ailələrinə iylənmiş qurban əti paylayıb. - ŞİKAYƏT VIDEOSU

    Yevlax Rayon İcra Hakimiyyəti Qarabağ əlili və ...

    23-08-2018, 19:44

  • 
  • Türkiyədə daha iki təhlükəsizlik nümayəndəsi şəhid olub

    Türkiyədə daha iki təhlükəsizlik nümayəndəsi ...

    18-02-2016, 20:07

  • 
  • Şəhid anası şəhid oldu

    Şəhid anası şəhid oldu ...

    1-07-2020, 21:36

  • 
  • Ordumuzun zabiti şəhid oldu

    Ordumuzun zabiti şəhid oldu ...

    27-01-2014, 14:27

  • 
  • "Şəhid ailələrinə verilən pul dəfn üçün verilən vəsait olub" - Arif Hacılı

    "Şəhid ailələrinə verilən pul dəfn üçün ...

    24-10-2018, 20:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu