Qəhrəman Azov polkunun komandiri Denis Prokopenkonun və digər döyüşçülərin sağ-salamat qalması və Rusiya əsarətindən qurtulması o qədər möhtəşəm xəbərdir ki!
Rusların Azov polkunun əsir düşmüş döyüşçülərinə nifrəti o qədər böyükdür ki, onları geri qaytarmağın hüququ yolunu bağlamaq üçün hətta Dövlət Dumasında qanun qəbul edib terrorçu elan etmişdilər.
Amma Türkiyəmiz bunu bacardı!
Dünəndən bəri Rusiya sosial şəbəkələrində hətta rus faşistləri Putini söyür, "Zelenski səndən min dəfə kişi adamdır, dediyini etdi", "Sən Ərdoğanın dırnağı da deyilsən" yazırlar. Ruslar arasında demoralizasiyanın artmasında bu olayın önəmi danılmazdır.
Denis Prokopenkonu və dostlarını azad etmək üçün Türkiyə Rusiyaya onları savaş bitənədək öz ərazisində saxlayacağına söz verib.
Hazırda Ukrayna qəhrəmanları Antalyanın 5 ulduzlu otellərindən birində dincəlirlər. Layiqdirlər!
Canım Türkiyəm!
44 günlük Qarabağ savaşında Türkiyə Nəcməddin Sadıqovu da Istanbula aparıb savaş bitənədək lüks otellərdə ağırlamışdı...
Bu olmasaydı, biz bu gün Ağdama, Füzuliyə... qovuşmazdıq...Gerisini özünüz düşünün.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?