Rusiyalıların bioloji materiallarının toplanması Rusiyaya qarşı mümkün bioloji savaş ssenarisinin hazırlanması ilə əlaqədar ola bilər.
Bu sözləri öz Feysbuk səhifəsində Rusiya Federasiya Şurasının Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Frans Klintseviç yazıb. Onun sözlərinə görə, hazırda Qərb ölkələrində yeni bioloji silah hazırlanır və ondan Rusiyada istifadə edilməsi planlaşdırılır:
“Mən təsdiq etmirəm ki, burada söhbət birbaşa Rusiyaya qarşı bioloji savaşdan gedir. Lakin bunun ssenariləri hazırlanır”.
Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin xarici casusların seçkiyə gələn rusiyalıların bioloji materiallarını topladıqlarını bildirmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?