GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ““Azərmaş“ın arxasında duran mafioz qüvvələr hakimə təzyiq göstərir” – MƏHKƏMƏ HÜQUQ ŞURASININ SƏDRİNƏ MÜRACİƏT

““Azərmaş“ın arxasında duran mafioz qüvvələr hakimə təzyiq göstərir” – MƏHKƏMƏ HÜQUQ ŞURASININ SƏDRİNƏ MÜRACİƏT

Tarix: 5-10-2022, 15:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 427

Gundemxeber.Az bildirr ki, Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41-də yaşayan Abdullayev Emil Böyükağa oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:


“Hörmətli Fikrət müəllim!

Bildirirəm ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb xanım Axundova tərəfindən tərtib və təsdiq edilmiş 02 sentyabr 2022-ci il tarixli, İŞ N0-2-2(113)-5039/2022 saylı məhkəmə bildirişini, (04.10.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmək üçün) 20.09.2022-ci il tarixdə poçt vasıtəsilə almışam.

Məhkəmə bildirişində iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlərin göndərilməsi qeyd edilsə də, həmin sənədlər mənə göndərilməmişdir. Buna baxmayaraq, Bakı Kommersiya Məhkəməsinin hakimi Z.Axundovaya - (012) 525-20-74 nömrəli telefona zəng vurmuşam və 30.09.2022-ci il tarixdə poçt vasitəsilə rəsmi müraciət etmişəm. Bildirmişəm ki, nə məhkəmə, nə də iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mənə göndərilməmişdir. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin mənə verilməsini və yaxud da göndərilməsini məhkəmənin hakimi Zeynəb xanım Axundovadan və iddiaçı tərəfdən xahiş və tələb etmişəm.

Çox-çox təəssüflər olsun ki, 04.10.2022-ci il tarixə kimi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nə göndərilməmişdir, nə də şəxsən təqdim edilməmişdir.

Hörmətli Fikrət müəllim!

Buna baxmayaraq, 04.10.2022-ci il tarixdə məhkəmə iclasında iştirak etdim. Məhkəmənin hakimi Z.Axundovaya rəsmi ərizə təqdim etdim və bir daha bildirdim ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər mənə göndərilməmişdir. Bu səbəbdən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mənə təqdim edilənə, yaxud da göndərilənə  kimi, məhkəmə iclasının təxirə salmasını xahiş etdim.

Mənim çıxışımdan sonra, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin surətini mənə təqdim etdi. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətini hakimin gözü qarşısında tələb etsəm də, iddiaçının nümayəndəsi bundan açıq-aşkar imtina etdi.

Bütün bunlara baxmayaraq, hakim iddia ərizəsinə əlavə edilmiş sənədlərin mənə təqdim edilməsini təmin etməmiş və mənim qanunla müəyyən edilmiş hüquqlarımı kobudcasına pozmuşdur.  Bununla hakim Z.Axundova məni qanunla nəzərdə tutulmuş müddət ərzində özümü müdafiə etmək hüququmdan məhrum etmiş və məhkəmə iclasını keçirmiş, növbəti prosesi 20.10.2022-ci il tarixinə təyin etmişdir.

Hörmətli Fikrət müəllim!

İstər məhkəmə, istər də iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin mənə (cavabdehə) təqdim edilməməsinin arxasında xüsusi maraqların olduğunu düşünürəm. Ən əsas və başlıca səbəblərdən biri odur ki, hakimin bu işdə maddi marağı var və iddiaçı tərəflə əlbirdir.  

İkincisi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata götürülməsi üçün  əsaslar yoxdur.

Bircə fakti qeyd etmək istəyirəm. İddiaçı iddia ərizəsinə əlavə etdiyi poçt qəbzləri ilə əsaslandırır ki, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri cavabdehə göndərmişdir.

Sual yaranır, əgər göndərmişdirsə, necə ola bilər ki, məhkəmənin göndərdiyi  bildiriş vərəqəsi cavabdehə çatır, cavabdeh məhkəmə bildirişini alır, lakin iddiaçı tərəfin göndərdiyi sənədlər cavabdehə çatmamışdır?!

Bu kimi faktlar təsdiq edir ki, ya hakimin bu işdə maddi maraqları iddiaçı tərəfindən təmin edilmişdir, ya da hakimə qarşı dələduzluq fəaliyyəti ilə məşğul olan, fiziki və hüquqi şəxslərin, yaxud da cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla, küli miqdarda vergiləri və məcburi sosial sığorta haqqlarını ödəməkdən yayınmaqla məşğul olan “Azərmaş“ MMC-nin rəhbərliyi və onun arxasında duran mafioz birləşmələr hakimə təzyiq göstərmişlər. Hakim Zeynəb xanım Axundova ancaq bu səbəblərə görə gözünü yumaraq məlum iddianı icraata qəbul etmişdir.

Demək, hakimin gələcəkdə qəbul edəcəyi qərarın ədalətsiz və qeyri-obyektiv olması bu başdan mənə məlum olduğu kimi, Sizlərə də   məlumdur.

Hörmətli Fikrət müəllim!

Yuxarıda qeyd etdiklərimdən də aydın olur ki, hakim şəxsi maraqları və mənafeyi naminə mənim qanunla qorunan, haqlı hüquqlarımı kobudcasına pozmaqda davam edir. Odur ki, Sizdən Məhkəmə Hüquq Şurasının sədri olaraq xahiş edirəm ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb xanım Axundovanın müstəqilliyini  təmin edin, hakimi mafioz qüvvələrlə əlbir olmaqdan çəkindirin və ona edilən kənar təzyiqlərin və təkliflərin qarşısının alınması üçün tədbir görün.

İkincisi, Bakı Kommersiya Məhkəməsinin hakimi Z.Axundovanın və  “Azərmaş“ MMC-nin rəhbər şəxslərinin əyri yola getmələri barədə cənab Prezidentə məlumat verməkdə mənə köməklik göstərin.

Üçüncüsü, iddiaçı - “Azərmaş” MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, ya hakim, ya da iddiaçı tərəfindən mənə göndərilməsi, yaxud təqdim edilməsi müvafiq qurumla göstəriş verin”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə sədrinə töhmət verildi

    Məhkəmə sədrinə töhmət verildi ...

    24-09-2020, 16:25

  • 
  • Nazir iclas çağırdı - 3 məhkəmə hakimi cəzalandırıldı - Siyahı

    Nazir iclas çağırdı - 3 məhkəmə hakimi ...

    3-09-2015, 23:06

  • 
  • Ali Məhkəmənin qərarını kimlər və necə saxtalaşdırıb... - GİLEY

    Ali Məhkəmənin qərarını kimlər və necə ...

    8-02-2019, 16:55

  • 
  • Məhkəmə hakimi qardaşı arvadını döydü

    Məhkəmə hakimi qardaşı arvadını döydü ...

    2-09-2014, 16:28

  • 
  • Fikrət Məmmədov ata-anasız qalan gənclərin taleyinə niyə biganədir? - GİLEY

    Fikrət Məmmədov ata-anasız qalan gənclərin ...

    6-04-2022, 17:07


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu