İmişli rayon sakini Həmidxan Abbasov həyat yoldaşı Xətayə Abbasovanın Lerik Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslı tərəfindən döyüldüyünü iddia edir.
Avropa.info-ya video müraciət edən Həmidxan Abbasov ögey qardaşı, Lerik Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının onlara 1996-cı ildən dövlət tərəfindən ayrılmış 4 hektar ,62 sot torpaqlarını mənimsədiyini bildirib.
Həmidxan Abbasovun dediyinə görə, torpağın onlara məxsus olması barədə məhkəmə qərarlarına baxmayaraq, məhkəmə hakimi olan qardaşı qanunları saya saymayaraq mülkiyyətini əlindən alıb. İmişli sakininin bildirdiyinə görə, torpaqlarını tələb etdiklərinə görə, qardaşı , Lerik Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslı onun həyat yoldaşı Xətayə Abbasovanı icra nümayəndəsinin gözü qarşısında döyüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?