GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ali Məhkəmənin qərarını kimlər və necə saxtalaşdırıb... - GİLEY

Ali Məhkəmənin qərarını kimlər və necə saxtalaşdırıb... - GİLEY

Tarix: 8-02-2019, 16:55 Bölmə :Cəmiyyət Baxış: 488
Ali Məhkəmənin qərarını kimlər və necə saxtalaşdırıb... - GİLEY


Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, mənzil 75-də yaşayan Bayramov Yasin Ziyədəli oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə və Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Kərimliyə müraciət edən şikayətçi yazır:

“Sizi məlum edirəm ki, mənim haqqımda olan 2(103)-587/2019 saylı saxta mülki iş Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab İlham Kərimlinin icraatındadır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 08.01.2019-cu il və 29.01.2019-cu il tarixlərində hakimlər cənab İlham Kərimlinin sədrliyi və məruzəsi ilə cənab Xəlilov İsmayıl və xanım Cəmilova Xəyalədən ibarət tərkibdə mənim apellyasiya şikayətimə əsasən saxta mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdilər.

İddiaçı hesab olunanlar Mehdiyeva Elmira Süleyman qızı, Bayramov Ziyədəli Yasin oğlu və Bayramov Ruzigar Yasin oğlu guya mənə qarşı saxta iddia tələbi ilə məhkəməyə müraciət edərək, mənə qarşı Bakı şəhəri, Q.Qarayev küçəsi, 108 saylı evin, 112 saylı mənzilimdə yaşayış sahəsindən istifadə hüququmun itirilməsinə dair qətnamə çıxarılmasını Bakı şəhəri, Nizami Rayon Məhkəməsindən xahiş etmişlər.

Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin sabiq hakimi A.A.Abdullayeva 19 aprel 2006-cı il tarixli, 2-501/2006 saylı gizli qətnaməsi ilə saxta iddia təmin edilərək, mənim Bakı şəhəri, Q.Qarayev küçəsi, 108 saylı evin, 112 saylı sahibi olduğum mənzilimdə yaşayış sahəsindən istifadə hüququmun itirilməsi qət edilmişdir.

Əvvəlcədən sövdələşdirilmiş cinayətkar qrupun üzvləri 08.01.2019-cu ildə MK-nın iclasına heç bir üzrlü səbəb olmadan gəlmədilər. R.Y.Bayramov məhkəməyə gəlməməyinin səbəbini guya məndən ehtiyat etməsi olmuşdur. 29.01.2019-cu il tarixində isə iddiaçı hesab olunanların 3 (üçü də) MK-nın iclasına gəlmişdilər. Hətta iddiaçı hesab olunan Z.Y.Bayramov da MK-nın iclasına gəlmişdi. Baxmayaraq ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti 06.12.2018-ci il 33/5010 saylı məktubunda bildirir ki, Z.Y.Bayramovun 01.01.2006-cı il tarixdən 31.12.2006-cı il tarixədək dövlət sərhədindən hərəkəti barədə aşağıdakı, məlumatlar qeydə alınmışdır. Onun ölkədən çıxışı 22.02.2006-cı il tarixində olmuşdur. Z.Y.Bayramov nəinki bir il, bir neçə il xarici ölkədə yaşamışdır. Belə olan halda o, MK-da çıxış etdi və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin sabiq hakimi A.A.Abdullayevanın gizli çıxarılmış məlum qətnaməsinin dəyişdirmədən saxlanmasını təklif etdi. Halbuki Z.Y.Bayramovun MK-nın iclasında iştirak etməsi və təklif verməsi səlahiyyəti yoxdur.

29.01.2019-cu il tarixində MK-nın iclasında iddiaçı hesab olunan R.Y.Bayramov sübut etdi ki, Bayramov Orxan İsmayıl oğlu 19.04.2006-cı il tarixində Bakı şəhəri, Nizami Rayon Məhkəməsində olmamışdır. Burdan da belə görünür ki, iddiaçı hesab olunan Z.Y.Bayramovun şahid hesab olunmuş O.İ.Bayramovun adından hakim A.A.Abdullayeva gizli çıxardığı qətnaməsinə və məhkəmə iclasının saxta protokoluna saxta izahatlar yazdırmışdır. Eyni zamanda O.İ.Bayramovun adından hakim A.A.Abdullayeva tərəfindən saxta şəkildə iltizam tərtib olunması MK-nın iclasında sübut olundu.

Hakimlər MK-nın iclasına sədrlik edən cənab İlham Kərimli, cənab İsmayıl Xəlilov və xanım Xəyalə Cəmilovadan ibarət tərkib vəzifələrini nümunəvi yerinə yetirdilər. Yəni, heç gözlənilmədən MK-nın iclası qurtarmaq ərəfəsində hakim cənab İlham Kərimli iddiaçı hesab olunan R.Y.Bayramovdan Bakı şəhəri, Nizami Rayon Məhkəməsində O.İ.Bayramovun olub-olmamasını öyrənərkən öz peşəkarlığını sübut etdi. Əlavə olaraq, R.Y.Bayramov onu da bildirdi ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsində o, yalnız anası ilə (E.S.Mehdiyeva) birlikdə olmasını MK-nın iclasında bildirdi.

MK-nın digər hakimləri cənab İsmayıl Xəlilov və xanım Xəyalə Cəmilova işin hərtərəfli, obyektiv təhqiq olunmasını təmin edilməsi üçün lazımi tədbir görürdülər. Baxmayaraq ki, yuxarıda qeyd edilən iş hakim cənab İlham Kərimlinin icraatındadır. MK-nın iclasında mənə məlum oldu ki, hakimlər cənab İsmayıl Xəlilov və xanım Xəyalə Cəmilova MK-nın iclasını diqqətlə izləyirdilər.

Bakı Apellyasiya Məhkəməsinin 31.01.2018-ci il və 21.02.2018-ci il tarixlərində keçirilən MK-nın iclasında və yaxud 11.10.2018-ci il tarixlərində Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın iclasında yalnız saxta iş kimi icraatındaydı, həmin hakimin səsini eşitmişəm.

Hakim A.A.Abdullayeva “Məhkəmələr və hakimlər haqqında” qanunun 95-ci maddəsinə əsasən hakimlərin haqqında qanun 95-ci maddəsinə əsasən hakimlərin andını unutmuşdu. O, Ali Məhkəmənin Plenumunun iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içmişdir.

“Ədalət mühakiməsinə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içmişdi”.

Bir il dörd aydı hakim A.Abdullayevanın qanunsuz hərəkətlərindən aidiyyatı orqanlara müraciət edirəm. Çünki, onu müxtəlif hakimlər və katiblər qanunsuz olaraq müdafiə edirlər. Məhkəmə katiblərinin iki nəfəri məhkəmə iclasının protokollarını saxtalaşdırdıqdan sonra yüksək vəzifəyə irəli çəkiliblər. Hətta katiblərdən 1 (bir) nəfəri hal-hazırda şəhər məhkəməsinin hakimi vəzifəsinə yüksəlib. Onun adını çəkməməyimin səbəbi ondan ibarətdir ki, mənim siyahımda olan hakimlərin, katiblərin və məhkəmə köməkçilərinin ardıcıllığının pozulmamasıdır.

Bakı şəhəri 16 saylı hüquq məsləhətxanasının vəkili Abbasov Zaur Vaqif oğlu və 3-cü şəxs Mansurov Elşad Qəzənfər oğlu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 23.04.2018-ci il tarixində ünvanladıqları kassasiya şikayətində mənə böhtan ataraq bildirirlər ki, guya mən 2000-ci ilin əvvəllərində Rusiya Federasiyasına getmişəm.

MK-nın iclasında vəsatətlə MK-nın sədri cənab İlham Kərimliyə müraciət etdim ki, vəkil Z.V.Abbasov və üçüncü şəxs E.Q.Mansurov mənə böhtan atdıqları üçün onların haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən cinayət işi başlanmasını xahiş etdim. MK-nın iclasında 29.01.2019-cu il tarixində vəkil Z.B.Abbasov mənə sual verərək bildirdi ki, mən məhkəməyə bildirim ki, 2000-ci ilin sonunda RF-na getməyimi 2001-ci ilin əvvəli saymaq olarmı? MK-nın məhkəmə iclasına sədrlik edən hakim cənab İlham Kərimliyə bildirdim ki, yuxarıda qeyd edilən vaxtda mən RF-na getməmişəm. Hakim vəkillə iad tutduki, belə sual verməyin nə mənası var. Vəkil isə hakimə bildirdi ki, mən ondan şikayət etmişəm. Mənim müraciətim böhtanla nəticələndi.

Vəkil Z.V.Abbasov mənə yalan olduğunu bilə-bilə böhtan atırsa mənim də şikayətimin səbəbi ondan ibarətdir.

Mən məcbur oldum ki, MK-nın iclasına sədrlik edən, hakim cənab İlham Kərimliyə bildirirəm ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti 19.02.2018-ci il K/98/33/B-181 saylı məktubuna əsasən mənim 07.12.2001-ci ildə ölkədən çıxışım Qazaxıstan Respublikasına olmuşdu. Yəni vəkil və üçüncü şəxs kassasiya şikayətlərində mənim RF-N getməyimi göstərsələr də bu məsələ sübut olunmadı? Eyni zamanda, mənim Qazaxıstan Respublikasına çıxışımı hesabladıqda isə 1 il 11 ay fərq edir. 31.01.2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin MK-nın iclasında ailə üzvlərim bildirdilər ki, mənim onlarla əlaqəm olub və daimi onlara RF-dan pul göndərmişəm. Böhtançı vəkil Z.V.Abbasov və 3-cü şəxs E.Q.Mansurov məhkəmədə olan tamamilə saxta iş materiallarında hansı hüquqi sənədə əsasən bildirirlər ki, guya mən bir daha vətənə qayıtmayacağımı bildirmişəm? Elə bir sübut yoxdur.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri cənab Anar Bağırova vəkil Z.V.Abbasovun qanunsuz hərəkətləri barədə müraciət etmişdim. Azərbaycan Respublikasının qanun 10-cu maddəsinə əsasən mənim müraciət etmək haqqım var. Vəkil Z.V.Abbasov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədrinin müavini cənab Pərviz Ələkbərovu aldadaraq ona aşağıdakı kimi izahat vermişdir. İş materiallarında olan iddia ərizəsini, sənədləri birinci instansiya məhkəməsinin qətnaməsini əsas tutduğunu və məni təhqir və tənqid etmədiyini bildirmişdir. Yuxarıda sübut etdiklərim böhtan və təhqir deyilmi? Yəni, ərizəmin 4-cü səhifəsinin 2-ci abzasında göstərdiyim faktları nəzərdə tuturam.

Kassasiya şikayətində böhtançılar vəkil Z.V.Abbasov və E.Q.Mansurov bildirirlər ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19.04.2006-cı il tarixli 2-501/2006 saylı qətnaməsi ilə iddiaçıların iddia tələblərinin təmin edilməsi qət edilmişdir. İddiaçıların iddia tələbləri təmin edilərkən, məhkəmə təqdim edilmiş sübutlara lazımi qiymət vermişdir.

29.01.2019-cu il tarixində böhtançıların iştirakı ilə keçirilən MK-nın iclasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sabiq hakimi A.Abdullayeva qanunsuz yolla əldə etdiyi saxta sənədləri bir daha saxtalaşdırmasını ardıcıllıqla sübut etdim. Həmin saxta sənədlərə əsasən hakim A.Abdullayeva 19.04.2006-cı il 2-501/2006 saylı gizli qətnamə çıxarmışdır. MK-nın iclasında sübut etdim ki, gizli çıxarılmış qətnaməni məhkəmədə olan saxta iş materialları təsdiq etmir. MK-nın iclasında vəkil Z.V.Abbasov işin mahiyyətinə əsasən suallar vermir? Yəni o, formal mülahizələrinə görə suallar verir? Yuxarıda qeyd edilən saxta işdə iddiaçıların olmamasını müəyyən edə bilmir. Və yaxud da bilir özünü bilməməzliyə vurur?

Kassasiya şikayətində böhtançılar vəkil Z.V.Abbasov və 3-cü şəxs E.Q.Mansurov qeyd edirlər ki,apellyasiya məhkəməsi hazırkı işə baxarkən mülki prosessual qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur ki, bu da Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1049/2018 saylı 21.02.2018-ci il tarixli qətnaməsinin ləğv olunması üçün əsasdır.

Əgər vəkil Z.V.Abbasovun və 3-cü şəxsin saxta kassasiya şikayətinə inansaq, bəs nə üçün Ali Məhkəmənin MK-sı Azərbaycan Respublikasının MPM-nin 394.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin MK-nın hakimləri haqqında xüsusi qərardad çıxarmadı? Ona görə ki, Ali Məhkəmənin MK-nın hakimləri T.Qoldman, Ə.Mirzəliyev və K.Quliyevin 11.10.2018-ci il 2(102)-6005/2018 saylı qərarının qanunsuz olmasını müəyyən etmək üçün hüquqşünas olmağa ehtiyac yoxdur. Son 2 ayda Ali Məhkəmənin 4 (dörd) qərarını Konstitusiya Məhkəməsi ləğv edib. Bu fakt Ali Məhkəmənin hakimlərinin bəzilərinin peşəkar olmamasını sübut edir. Bu günə kimi mən rəsmi müraciət etsəm də, Ali Məhkəmənin MK-nın protokolu ilə tanış olmamışam. Ali Məhkəmənin qərarını oxuyanda mənə məlum oldu ki, protokol saxtalaşdırılıb. Elə ona görə də Ali Məhkəmənin qərarı da saxtalaşdırılıb.
(Ardı var)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakim Məmməd Məmmədovdan Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə şok şikayət

    Hakim Məmməd Məmmədovdan Bakı Apellyasiya ...

    29-09-2017, 10:00

  • 
  • Hakimlər korrupsiyaya görə cəzalandırıldılar

    Hakimlər korrupsiyaya görə cəzalandırıldılar ...

    10-02-2017, 12:15

  • 
  • Sabah Əvəz Zeynallının məhkəməsi var

    Sabah Əvəz Zeynallının məhkəməsi var ...

    12-08-2013, 11:37

  • 
  • Bloger Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

    Bloger Mehman Hüseynovun apellyasiya şikayəti ...

    15-12-2017, 17:40

  • 
  • Fikrət Fərəməzoğlu Avropa Məhkəməsinə müraciət edəcək

    Fikrət Fərəməzoğlu Avropa Məhkəməsinə müraciət ...

    14-09-2016, 16:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (20)
Avqust 2025 (571)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu