GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Dərman mafiyası Azərbaycanda MEYDAN SULAYIR - İLGİNC FAKTLAR

Dərman mafiyası Azərbaycanda MEYDAN SULAYIR - İLGİNC FAKTLAR

Tarix: 11-10-2022, 16:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 378

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bu günlərdə Böyük Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində bəzi dərman və siropların uşaq orqanizminə çox mənfi təsirlərindən bəhs edib. Onun deməsinə görə, belə hallar Afrikanın Qambiya bölgəsində 66 uşağın ölümü ilə nəticələnib. Azərbaycana da dünyanın bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdən dərman gəlir. Rəsmilərin onların keyfiyyətli olmasına dair iddialarına baxmayaraq, bəzi ekspertlər hesab edirlər ki, Azərbaycana da bir çox keyfiyyətsiz dərmanlar gətirilir.

Gundemxeber.az “Azadlıq Radiosu”na istinadla xəbər verir ki, adını çəkmək istəməyən bir şikayətçi, yüksək qan təzyiqinə qarşı olan dərmanlardan birinin Azərbaycanda baha satıldığını, lakin effektinin az olduğunu bildirib:
“Azərbaycanda bu dərmanın qiyməti 27 manatdır. Gündə bir ədədini içməli olsam da, hərdən ikisini içməliyəm ki, effekti olsun. Türkiyədən mənə gətirilən eyniadlı dərman isə daha yaxşı təsir göstərir. Həm də bu dərman orda beş dəfə ucuzdur”.
“Dərman vasitələri haqqında” Qanunun 1.0.14 maddəsinə əsasən, dərman vasitələrinin keyfiyyəti onların dövlət standartlarının tələblərinə uyğunluğu deməkdir. Həmin qanunun 3-cü maddəsinə əsasən isə, dövlətin əsas vəzifələrindən biri əhalinin keyfiyyətli dərman vasitələri almaq hüququna təminat verilməsi, keyfiyyətli, effektiv və təhlükəsiz dərman vasitələrinin müəyyən edilməsi üçün elmi tədqiqatların aparılmasıdır.
Qanunda həmçinin yazılıb ki, dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmadığına dair əsaslandırılmış faktlar müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanı onların dövlət qeydiyyatına alınmasını və Azərbaycanda tətbiqini qadağan edir.
“Azərbaycan Həkimləri” İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev bildirib ki, bu sahədə Azərbaycanda vəziyyət bərbaddır:
“Çünki bizdə dərman monopoliyası var. Üstəgəl, Azərbaycana gətirilən dərman preparatlarının tam dəqiq yoxlanmasında ciddi problemlər var. Misal üçün, monopoliya olduğuna görə ölkəyə dərman gətiriləndə deyirlər ki, bu, filankəsin adamıdır, onu dərindən yoxlamayın”.
Həkimin sözlərinə görə, ölkədə fəaliyyət göstərən xarici apteklər şəbəkəsində satılan dərmanların təsiri ölkədəki digər apteklərdə satılan dərmanların təsirindən daha çoxdur:
“Bu, heç kimə sirr deyil. Eşitdiyimə görə, xaricdən dərman idxal edən bizimkilər ucuz başa gəlsin deyə, istehsalçılara deyiblər ki, dərman preparatının tərkibində təsiredici maddəni az qoysun”.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən isə “Turan”a bildirilib ki, Azərbaycana idxal edilən dərman vasitələrinin keyfiyyəti Mərkəzin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinin yoxlanılması laboratoriyasında yoxlanılır.
Qurumdan tənqidlərə cavab olaraq əlavə edilib ki, Analitik Ekspertiza Mərkəzinə keyfiyyətsiz dərmanla bağlı müraciət qeydə alınmayıb:
“Heç bir etibarlı istehsalçı dərman vasitəsinin tərkibinə dəyişiklik etməz. Çünki etdiyi təqdirdə bu məlumat dünyada rezonansa səbəb olar, bu da, öz növbəsində, istehsalçının adına ziyan olar. Əsassız iddialardır. Kimdəsə hər hansı əsaslı fakt olarsa, Mərkəzə müraciət etmələri tövsiyə olunur”.
Vurğulanıb ki, dərman vasitələrinin keyfiyyətinə təsir edən amillər daşınma, saxlanma, istehsal şəraiti, insan faktoru və digər səbəblər ola bilər.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycana yararsız dərmanlar bu ölkələrdən gətirilir - (Siyahı)

    Azərbaycana yararsız dərmanlar bu ölkələrdən ...

    25-10-2014, 12:24

  • 
  • Oqtay Şirəliyevdən “dərman mafiyası”na müdhiş hücum

    Oqtay Şirəliyevdən “dərman mafiyası”na müdhiş ...

    29-10-2014, 11:49

  • 
  • Azərbaycanda dərmanlar bahalaşır

    Azərbaycanda dərmanlar bahalaşır ...

    5-02-2014, 10:49

  • 
  • ÜST rəhbəri Çini təbrik edib

    ÜST rəhbəri Çini təbrik edib ...

    30-06-2021, 09:19

  • 
  • Nazirlikdən qadağan olunan dərmanlar barədə AÇIQLAMA

    Nazirlikdən qadağan olunan dərmanlar barədə ...

    5-01-2016, 13:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu