Gundemxeber.az » GündəmXəbər » Orta məktəblərimiz üçün `POZ QAZAN` TƏHLÜKƏSİ... - "Azərlotoreya" ÖZBAŞINA QALIB...
“Rusların bir məsəli var: “Hansı məsələ pulla həll olunmursa, böyük pulla həll olunur”. Lotereya satanlara “qumarbaz”dan başqa nə deyə bilərəm? Sivil ölkələrdə qumar oyunu var, amma bu oyunun qaydalarını elə çərçivədə tənzimləyirlər ki, heç kimə ziyan vermir. Bu qumarbazlar ki var, onlar böyük pullarla məktəbin içinə də daxil ola, lap elə müəllimləri də qumara sövq edə bilərlər. Bunların əllərində hər cür imkan var. Qanun olmayan yerdə hər şeyi edə bilərlər. Əlbəttə, məktəblərin yaxınlığında “Poz, qazan” kimi lotereyaların satılması tamamilə anti-pedaqoji hərəkətdir. Cəmiyyətin tərbiyəsinə mənfi təsir edən haldır. Aydın məsələdir ki, uşaqların çoxu dərsdən yayınıb gedib orada qumar oynayacaqlar. Bu, birmənalıdır, başqa tərəfi yoxdur”.
Gundemxeber.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Nabatəli Qulamoğlu deyib.
Ekspert bildirib ki, orta ümumtəhsil məktəblərində valideyn kollektivi məktəblərin yaxınlığında lotereyaların satışına etiraz etməlidir: “Məktəblərdə valideyn kollektivi toplaşmalı, bu cür lotereya satılan köşkləri məktəblərin ətrafından rədd etməlidir. Məsələn, bizim həyətimizdə uşaqlar üçün oyun maşınları var idi. Gördük ki, balaca uşaqlar ordan əl çəkmirlər, hətta çoxu məktəbdən yayınır, qaçıb ora gedirlər. Hay-küy qaldırıb, oranı bağlatdırdıq. Gedib elə bir yerdə açsınlar ki, məktəblilərə yaxın olmasın. Məktəb tərbiyə anklavıdır. İnsanlar hamısı məktəbdən nümunə götürür. Nümunə götürülən yerdə gedib lotereya satarlar, qumar oynayarlar? Belə şey olarmı? Lotereya qumardır, bunun başqa adı yoxdur ki. Başqa ölkələrdə deyə bilmərəm, xüsusən Azərbaycanda lotereya qumardır. Çünki başqa ölkələrdə bunun mexanizmini yaradırlar. Təəssüflənməkdən başqa deyəcək sözüm yoxdur. Elm və Təhsil Nazirliyi də bununla bağlı mütləq addım atmalıdır. Təhsil siyasətini aparan kimdir? Nazirlikdir də. Nazirlik təhsil siyasətini aparır ki, birinci növbədə vətəndaş yetişdirsin. Əgər Nazirlik qumarbaz vətəndaş yetişdirəcəksə, onda nə Təhsil Nazirliyidir? Təhsil naziri təcili məktub hazırlamalı, ölkənin hüquq-mühafizə orqanlarına bu barədə məlumat verməli, təcili tədbir görülməsini tələb etməlidir”.
N.Qulamoğlu şəhərin mərkəzi yerlərində kitab satışının icazə verilməməsinə də münasibət bildirib: “Müsahibəmin ilk cümləsi burda öz təsdiqini tapır. Məsələ burasındadır ki, lotereya satışını həyata keçirənlər Bakı Şəhər İcra Hakimiyyətinə böyük pullar verirlər. Kitabdan axı o qədər qazanc da yoxdur, kimə pul versinlər? Məsələ yalnız korrupsiyadadır. Başqa bir yolu yoxdur. Ölkənin bütün tərbiyə sistemini pozan, məhv edən korrupsiyadır”.
GUNDEMXEBER.AZ
11-05-2022, 10:12
10-01-2014, 14:28
29-09-2022, 12:37
10-02-2014, 00:12
30-08-2022, 10:56
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?