Nigar Hüseynqızı: " “Bizə anonim olaraq orta məktəblərin kitabxanalarında şagirdlərə dərslik və bədii ədəbiyyatların pulla satılması ilə bağlı məlumatlar daxil olur" Paytaxt məktəblərində monitorinqlərə start veriləcək. Bu məlumatı Movqe.az-a Azərbaycan Uşaq Fondunun Bakı şəhər şöbəsinin sədr müavini Nigar Hüseynqızı verib. N.Hüseynqızının sözlərinə görə, monitorinqlərin aparılmasında məqsəd orta məktəblərin kitabxanalarından dərslik və bədii ədəbiyyatların şagirdlərə pulla satılmasıdır: "Bizə anonim olaraq orta məktəblərin kitabxanalarında şagirdlərə dərslik və bədii ədəbiyyatların pulla satılması ilə bağlı məlumatlar daxil olur. Həmin məlumatlarda bildirilir ki, şagirdlərə dərsliklər kitabları çıraraq istifadəyə yararsız hala salınması bəhanəsi ilə pulla satılır. Kitabı ilin sonunda salamat təhvil verən şagirdlərdən alınan pul isə geri qaytarılmır. Bu cür şikayətlərin çoxluğunu nəzərə alaraq yaxın günlərdə paytaxtdakı ümumtəhsil müəssisələrində monitorinqlərə başlamağa qərar vermişik. Monitorinqlərə elə şagirdləri cəlb etməyi nəzərdə tutmuşuq. Şagirdlərlə söhbət edib onların dərslikləri və kitabxanadan bədii ədəbiyyatı pulla alıb-almadıqları ilə bağlı sorğu keçirəcəyik. Həmin sorğu audio və video yazı şəklində aparılacağından toplanana faktlar hüquq-mühafizə orqanlarına və Təhsil Nazirliyinə göndəriləcək”. Movqe.az məsələyə aydınlıq gətirmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva ilə əlaqə saxlayıb. A. Tairquliyeva bununla bağlı ünvanladığımız sorğuya cavab verəcəyini bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?