GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » NƏ BAŞ VERİR: DTX zabitləri rayonlara rəhbər göndərilir - Prezidentin icra başçıları ilə bağlı yeni siyasəti

NƏ BAŞ VERİR: DTX zabitləri rayonlara rəhbər göndərilir - Prezidentin icra başçıları ilə bağlı yeni siyasəti

Tarix: 20-10-2022, 10:53 Bölmə :GündəmXəbər / Manşet Baxış: 308

NƏ BAŞ VERİR: DTX zabitləri rayonlara rəhbər göndərilir

Ölkədə sadə insanların ən çox narazılıq etdiyi qurum icra hakimiyyətləridir. Son illərdə Azərbaycanda həyata keçirilən islahatların bir istiqaməti kimi, rayon icra hakimiyyətlərinin başçılarına qarşı çox sərt cəza tədbirləri həyata keçirilib. Bir çox icra başçıları həbs edilib, xeyli başçı vəzifədən azad olunub və digər formalarda cəzalandırılıb.

Nəzərə çatdıraq ki, rayonlarda icra başçılarının həbsini əsasən Dövlət Təhlükəsizlik Xidməti (DTX) həyata keçirib. Son illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin korrupsiya və rüşvətxorluqla mübarizə prosesində gördüyü işlər vətəndaşların ürəyincə olub. DTX-ya olan etimad o qədər yüksəlib ki, Prezident artıq icra başçıları ilə bağlı yeni siyasətində təhlükəsizlik orqanları əməkdaşlarını daha önə çəkir. Yəni bu qurumun əməkdaşlarını rayonlara təkcə əməliyyat keçirmək, rüşvətxor başçıları qandallamaq üçün yox, həm də icra başçısı olaraq yollayır. Son 5 ayda artıq iki rayona DTX-nın idarə və şöbə rəisləri başçı göndərilib. Prezident İlham Əliyev iyulda Şahin Kərim oğlu Məmmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad etdi və onun yerinə Araz Süleyman oğlu Əhmədovu təyin etdi. A.Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olub. Araz Əhmədov 2019-cu ildə Prezidentin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi ilə təltif edilib. İcra başçısı təyinatına qədər DTX-da idarə rəisi vəzifəsini icra edib.
Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə gün öncə Göyçaya icra başçısı təyin edilən Natiq Nuşravan oğlu Ağayev də DTX əməkdaşıdır. O, son təyinatına qədər Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər idarəsinin rəisi işləyib.
Heç şübhəsiz ki, təhlükəsizlik orqanı əməkdaşı olmaq həm də yüksək idarəçilik qabiliyyətli, bütün neqativ məsələlərdən anında xəbər tutmaq bacarığına malik kadr deməkdir. Onlar rayonlarda əhalinin narazı olduğu məsələləri, məmur özbaşınalıqlarını qısa zamanda aradan qaldırmaqda daha operativ çalışa bilərlər.

Bəs DTX zabitlərinin icra başçısı təyinatı rayonların inkişafında hansı fərqi göstərə bilər?

GUNDEMXEBER.AZ-ın məlumatına görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, idarəetmədə kadr siyasəti həmişə aktual və vacib hesab edilib: “Çünki idarəetmə sistemi nə qədər mükəmməl olursa-olsun, əgər kadrlar yerində deyilsə, bu sistemdən effektiv nəticə əldə etmək mümkün olmur. Bu mənada icra hakimiyyətləri strukturları və oraya təyin edilən rəhbər kadrlar, onların idarəetmə bacarığı xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki , yerli icra hakimiyyəti orqanları dövləti təmsil etməklə yerlərdə dövlətin vətəndaşla ünsiyyəti kimi qəbul edilir. Belə olan halda icra hakimiyyəti orqanları ilə vətəndaşların ünsiyyəti ümumi ictimai rəydə dövlət idarəetməsinin keyfiyyəti haqqında kütləvi rəy formalaşdırır. Nəzərə almaq lazımdır ki, son dövrlərdə həyata keçirilən islahatlar kontekstində icra hakimiyyəti orqanlarında çalışan məmurların bir hissəsinin keyfiyyət göstəriciləri nə vətəndaşlarımızın gözləntiləri, nə də Azərbaycan Prezidentinin tələbləri baxımından özünü doğrulda bilmədi. Ona görə də institusional islahatların keyfiyyətli kadr islahatları ilə tamamlan ması zərurəti yarandı. Hazırda Azərbaycan Prezidenti kadr bazası kimi həm də DTX-nın insan resurslarından istifadə edir. Bu bir qədər qeyri-ənənəvi görünsə də, ilk təcrübələrdən nə qədər səmərəli nəticələr verdiyi aydın olur. Çünki bu kadrlar hər şeydən öncə vətəndaşlarla ünsiyyət qurmaq baxımından peşəkardırlar. İkincisi, kifayət qədər məlumatlı, problemlər haqqında obyektiv informasiyalara sahibdirlər. Üçüncüsü isə son bir neçə il ərzindəki çox mühüm fəaliyyətləri ilə həm Azərbaycan Prezidentinin nəzərində, həm də vətəndaşlarımız arasında yaxşı ictimai etimad qazana biliblər. Etimad faktoru isə idarəetmədə ən əsas amillərdən biridir. Ona görə də ölkəmizdə aparılan dərin islahatlar kontekstində yeni kadr təyinatlarının idarəetmədə tamamilə yeni bir keyfiyyət mərhələsi yarada biləcəyinə inanmaq olar. Bu isə nəticə etibarilə vətəndaş məmnunluğu deməkdir”.
Sabiq təhlükəsizlik xidməti zabiti, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, həmçinin Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev isə bildirdi ki, Azərbaycan rəhbərliyi tərəfindən aparılan iqtisadi, siyasi və digər sahələri əhatə edən islahatlarla yanaşı, ən mühüm islahat da kadr islahatlarıdır: “Kadr islahatlarının ən başlıca məqsədi yerlərdə vətəndaşlarla işləmək bacarığı olan kadrları önə çəkməkdir. Meydana çıxan müəyyən problemlərin peşəkarcasına, vətəndaşı məmnun edəcək səviyyədə həll etmək bacarığı olan kadrların yerli icra hakimiyyətlərinin rəhbərliyinə gətirilməsi vacibdir. Ölkənin rəhbəri məhz bu və digər mühüm amilləri nəzərə alaraq qeyd olunan təyinatları həyata keçirir. DTX əməkdaşlarının yerli icra hakimiyyətlərinə başçı təyinatının bu mənada uğurlu olacağını söyləmək olar”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəmkir, Neftçala və Xətainin icra başçıları vəzifədən uzaqlaşdırılır?

    Şəmkir, Neftçala və Xətainin icra başçıları ...

    8-10-2014, 14:01

  • 
  • Həbs edilən icra başçısı: "Bugünkü durumuma görə çox utanıram" (VİDEO)

    Həbs edilən icra başçısı: "Bugünkü durumuma ...

    1-05-2020, 13:47

  • 
  • İcra başçıları aylıq haqqlarını yığa bilməyəcək

    İcra başçıları aylıq haqqlarını yığa bilməyəcək ...

    11-03-2013, 10:05

  • 
  • Hansı rayon başçıları ilə bağlı qərar verildi

    Hansı rayon başçıları ilə bağlı qərar verildi ...

    18-11-2013, 15:26

  • 
  • İcra başçılarının son payızı – “Əlvida, vəzifə!..”

    İcra başçılarının son payızı – “Əlvida, vəzifə!..” ...

    14-07-2017, 11:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu