GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İcra başçısının oğlunu qətlə yetirən Vüqar Əliyev həbsxanada “kral həyatı” yaşayır – MİRSALEH SEYİDOV ONU NİYƏ HİMAYƏ EDİR?

İcra başçısının oğlunu qətlə yetirən Vüqar Əliyev həbsxanada “kral həyatı” yaşayır – MİRSALEH SEYİDOV ONU NİYƏ HİMAYƏ EDİR?

Tarix: 31-10-2022, 18:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 352

“Vüqar Əliyev ona yaradılmış lüks şəraitdən istifadə edərək, mənə, qohumlarıma, rayon sakinlərinə, hətta Rusiyada yaşayan kəndçilərimizə hədə-qorxu gələrək pul tələb edir…”

Azərbaycanın cəzaçəkmə müəssisələrində hələ də orta əslərin “soyuq rüzgarı” əsir. Əksər məhkumlar öz törətdikləri cinayət əməllərinin cəzasını çəkmədən əlavə, həm də “yoxsul” olmanın acısını yaşayırlar. Çünki bu gün, xüsusən də Ədliyyə Nazirliyinin Penitensiar Xidmət Baş İdarəsinə tabe olan türmələrdə elə bir şərait yaradılıb ki, törətdiyi cinayətin ağır və yüngül olmasına baxmayaraq, istənilən imkanlı şəxs (məhkum) cəzaçəkmə müəssisəsində “krallar kimi” yaşaya bilər. Bunun üçün həbsxana rəhbərliyini vaxtlı-vaxtında “görmək” yetərlidir. Maddi imkanı olmayanların isə vəzifəli qohum-əqrəbası, dost-tanışı, yaxud bu və ya digər səbəbdən onları himayə edən bir məmurun olması mütləqdir. Əks halda, yuxarıda qeyd etdiyimiz kimi, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri orta əsrlərin işgəncə zindanlarından fərqlənməyəcək. Belə vəziyyətdə isə, şübhəsiz, heç bir məhkumun islah olunmasından söhbət gedə bilməz…
Əlbəttə, bu qeyd etdiyimiz fikirlərin hər birinin arxasında təkzibolunmaz faktlar dayanır. Üstəlik, dəyərli oxucularımız təkcə son bir-iki ay ərzində həbsxanalardan Qafqaz.media-nın redaksiyasına göndərilən məktublar əsasında da içəridə nələrin baş verdiyini çox yaxşı bilirlər. Hansı ki, saytımızda dərc olunan bu məktubların bir çoxu cəmiyyətdə ciddi rezonansa səbəb olub, sosial şəbəkələrdə günlərlə müzakirə edilib. Görünür, məhz bu səbəbdən də Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində baş verən daha bir qanunsuzluqla bağlı redaksiyamıza növbəti şikayət məktubu daxil olub. Bu dəfə məktub müəllifi məhkum olmasa da, o, bayırda daha böyük “cəza çəkdiyini” yazır.
Gundemxeber.Az aktualxeber.az-a istinadla bildirir ki , adının anonim saxlanılmasını xahiş edən Şəmkir rayon sakini Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumdan şikayətçidir. Söhbət Azərbaycan oxucusuna yaxşı tanış olan, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilərək ömürlük həbs cəzasına məhkum edilən, daha sonra cəzası 25 ilə endirilən Vüqar Əliyevdən gedir. Şikayətçi yazır ki, V.Əliyev Penitensiar Xidmətin rəhbər şəxslərindən birinin onun üçün yaratdığı imkandan istifadə edərək, hədə-qorxu ilə insanlardan pul toplayır: “2003-cü ildə Şəmkirin icra başçısının günahsız oğlunu qətlə yetirən Əliyev Vüqar hazırda 8 saylı cəzaçəkmə müəssisəsində ona yaradılmış lüks şəraitdən istifadə edərək, mənə, qohumlarıma, rayon sakinlərinə, hətta Rusiyada yaşayan kəndçilərimizə hədə-qorxu gələrək pul, ya da bloklarla siqaret tələb edir. Biz də qorxumuzdan məcbur qalıb Vüqarın qardaşı, yaxud da qardaşı oğlu vasitəsilə istədiklərini göndəririk”.

İcra başçısının oğlunu qətlə yetirən Vüqar Əliyev həbsxanada “kral həyatı” yaşayır
Vüqar Əliyev

Məktub müəllifi iddia edir ki, Vüqar Əliyev “rayonda çoxlarına bəlli olan səbəblərdən” Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi, ədliyyə polkovniki Mirsaleh Seyidov tərəfindən himayə edilir: “Bütün rayon sakinləri bilir ki, Penitensiar Xidmətdə böyük vəzifə sahibi olan Mirsaleh Seyidov çoxlarına bəlli olan səbəbdən Vüqar Əliyevi himayə edir və ona hələ türmələrin tarixində görünməmiş bir şərait yaradıb. Belə ki, Vüqara 8 saylı müəssisənin 3-cü mərtəbəsində (kaptyorka adı altında) tam təmirli xüsusi otaq ayrılıb. Otağın içərisində kondisioner, böyük smart televizor, mini kompüter, şəxsi wifi, “lapatka” boyda smart telefon (Hansı ki, dəfələrlə mənimlə öyünə-öyünə danışaraq, otağının lüks şəraitini göstərib), əlavə də çox kiçik ölçülü mobil telefon və s. mövcuddur. Vüqar bunların vasitəsilə internetə çıxış əldə edir, bir neçə watsap yükləyib, pultdakı mikrofondan da istifadə edərək dünyanın istənilən yeri ilə nəzarətisiz rabitə əlaqəsi yaradır. Mənim bildiklərim bunlardır. Sizcə, bu nə deməkdir?”
Şəmkir sakini deyir ki, Mirsaleh Seyidovun xüsusi qayğısı nəticəsində 8 saylı qapalı tipli cəzaçəkmə müəssisəsinin rəisi Azər Hacıyev də Vüqar Əliyevin qanunsuz əməllərinə göz yumur: “Orada bizim digər rayon sakinləri də cəza çəkir. Mənə deyirlər ki, nəinki dustaqlar, işçilər, hətta rəis də Vüqardan çəkinir. Şəxsən özüm də 8 saylı CÇM-nin rəisi Azər müəllimlə bu barədə danışdım. O dedi ki, Vüqara telefonları mən verməmişəm ki, mən də alım”.
Şikayətçi yazır ki, rəis Azər Hacıyevlə danışığı nəticəsiz başa çatdığı üçün, özünü və qohumlarını Vüqar Əliyevin təhdidlərindən xilas etmək məqsədilə Prezident İlham Əliyevə müraciət etməyə məcbur olub:
“Cənab Prezident!
Məcbur qalıb Sizə müraciət edirəm. Təbii ki, Sizin bundan xəbəriniz olmaz. Hətta ədliyyə naziri Fikrət Məmmədovun da xəbəri olmaz. Lakin Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun bundan mütləq xəbəri var. 8 saylı CÇM-də Əliyev Vüqara yaradılan lüks şəraitə birbaşa şahid olmaq üçün gözləniləmədən peşəkar əməkdaşları onun otağına göndərmək lazımdır. O zaman hər şey aydınlığa qovuşacaq.
Sizdən xahiş edirəm ki, bizi Əlyev Vüqarın hədə-qorxularından xilas etmək üçün onun smart televizor və telefonlarının əlindən alınması və tam nəzarətdə saxlanılması üçün müvafiq orqanlara göstəriş verəsiniz”.
Qeyd edək ki, Əliyev Vüqar İbrahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 2021-ci il mart ayının 18-də Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə cəzası 25 ilə endirilib.
Xatırladaq ki, Şəmkirin sabiq icra başçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunun qətlində iki nəfər – Vüqar Əliyev və Lamiyə Quliyeva təqsirləndirilərək həbs olunublar. L.Quliyevə 2015-ci ildə Bakı Apelyasiya Məhkəməsindən azadlığa buraxılıb.Qafqaz.media

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. 


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 16 saylı cəzaçəkmə müəssisəsində insident

    16 saylı cəzaçəkmə müəssisəsində insident ...

    7-06-2013, 18:30

  • 
  • Bakıda həbsxanada qanlı olay - Məhbusun başını əzdilər

    Bakıda həbsxanada qanlı olay - Məhbusun başını ...

    6-06-2016, 12:28

  • 
  • Cəzaçəkmə müəssisəsində insident yaranıb - RƏSMİ

    Cəzaçəkmə müəssisəsində insident yaranıb - RƏSMİ ...

    22-12-2014, 21:32

  • 
  • 10-a yaxın məhkum vərəmdən ölüb

    10-a yaxın məhkum vərəmdən ölüb ...

    6-11-2018, 14:19

  • 
  • Adı işgəncələrdə hallanan həbsxana rəisi işdən çıxarıldı

    Adı işgəncələrdə hallanan həbsxana rəisi işdən ...

    29-12-2013, 13:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
cassino online brasil
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu