GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » GÖMRÜKDƏ 95 MİNLİK MAL NECƏ “YOXA ÇIXIB”?...

GÖMRÜKDƏ 95 MİNLİK MAL NECƏ “YOXA ÇIXIB”?...

Tarix: 3-11-2022, 16:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 295


GÖMRÜKDƏ 95 MİNLİK MAL NECƏ “YOXA ÇIXIB”?...

Azərbaycanda əhalinin, iş adamlarının, hətta xarici ölkə vətəndaşlarının narazı olduğu dövlət qurumlarının arasında Dövlət Gömrük Komitəsi ilk yerlərdən birində dayanır desək, yəqin səhv etmərik. Ötən illər ərzində Gömrük Komitəsinin rəhbərliyində bir neçə dəfə dəyişiklik olsa da gömrükdə baş verən qanunsuzluqlar, iş adamlarının, vətəndaşların incidilməsi halları azalmır.

Təsadüfü deyil ki, son bir neçə ayda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Gömrük Komitəsində həyata keçirilən silsilə əməliyyatlar çərçivəsində bir sıra yüksək vəzifəli gömrük generalları vəzifələrindən azad edilib və həbs olunublar.

Komitənin sədri dəyişdirilib, çoxsaylı kadr dəyişiklikləri aparılıb. Ancaq gömrüklə bağlı narazılıqlar, şikayətlər azalmır. Hətta keçmişdə baş verən qanunsuzluqların daha ifrat şəkildə davam etdirildiyini söyləməyə əsas verir.
Rusiya Federasiyasının vətəndaşı Cantemirova Mərcan Usmanovna tərəfindən Ölkə Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanan, surəti hüquq-mühafizə orqanlarını rəhbərlərinə, Gömrük Komitəsinin sədrinə və saytımıza da göndərilən şikayət məktubu da qurumun fəaliyyətində ciddi problemlərin qaldığını təsdiqləyir.
Mərcan Cantemirovanın etibarnamə üzrə nümayəndəsi Həmidova Sefiyat Həmidullayevna tərəfində redaksiyamıza təqdim olunan məktubda deyilir: “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları və məhkəmə icraçılarının mənə qarşı qanunsuz əməlləri barədə Sizə məlumat verirəm.

Belə ki, 23 il ərzində mən ticarətlə məşqul olmuşam və Azərbaycana tranzit yolu ilə satış üçün mal gətirmişəm. 2014-cü ilin sentyabr ayında ümumi dəyəri 95.000 ABŞ dolları olan malları (təbii xəzdən istehsal olunmuş xəz palto) Azərbaycana gətirərək Dövlət Gömrük Komitəsinin saxlanc yerinə təhvil vermişəm (Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun saxlanc yeri).

Gundemxeber.az azpolitika.info-ya istinadla bildirir ki, naməlum şəraitdə həmin mallar gömrük komitəsinin saxlanc yerindən oğurlanmış, hüquq mühafizə orqanlarına və Dövlət Gömrük Komitəsinə çoxsaylı müraciətlərim heç bir nəticə verməmişdir. Bununla bağlı məhkəmə orqanlarına müraciət etmişəm və Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2020-ci il tarixli qərarı ilə iddia tələbim tam təmin edilərək, oğurlanan malların, həmin mallar olmadıqda onların dəyəri olan 95.000 ABŞ dolları pulun Dövlət Gömrük Komitəsindən alınaraq mənə verilməsi qət edilmişdir. Ali Məhkəmənin qərarı qüvvəyə minmiş və icra vərəqəsi icra edilməsi Yasamal rayon Məhkəmə İcraçılarına göndərilmiş və hal hazırda məhkəmə icraçısı Bəxtiyar Babayevin icraatındadır” .
Şikayət məktubunad daha sonra qeyd edilir ki, Bəxtiyar Babayevə və Dövlət Gömrük Komitəsinə çoxsaylı müraciətləri heç bir nəticə verməyib, Ali Məhkəmənin qərarı bu günə kimi icra edilməyib: “Gömrük Komitəsinin əməkdaşları və məhkəmə icraçısı Bəxtiyar Babayev məhkəmə qərarının icra edilməməsini onunla əsaslandırmışlar ki, mənə ödənilməli olan məbləğ Gömrük Komitəsinin 2022-ci il üçün ayrılan büdcəsində nəzərdə tutulmayıb.
Dövlət Gömrük Komitəsinə və Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinə rəsmi müraciətlərim və həmin təşkilatların rəhbərlərinin qəbuluna yazılmaq üçün müraciətlərim də heç bir nəticə verməyib.
Ona görə də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə müraciətim əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə rəsmi nota göndərilib.
Yuxarıda adı çəkilən təşkilatların əməkdaşlarının qanunsuz və etinasız yanaşması nəticəsində mən müflis olmuşam, yeganə yaşayış yerim olan evimi sataraq gohumlarımın və tanışlarımın evində müvəqqəti yaşamaq məcburiyyətində qalmışam.
Artıq bu haqsızlığa dözməyə gücüm qalmayıb, Sizlərdən xahiş edirəm mənə kömək edəsiniz və pozulmuş hüquqlarımın bərpasında mənə köməklik göstərəsiniz”
Qeyd edək ki, saytımıza təqdim olunan sənədlərdən məlum olur ki, bürün məhkəmə instansiyalarında Mərcan Usmanovnanın iddiasının haqlı olduğu vurğulanıb, Dövlət Gömrük Komitəsinin (DGK) üzərinə ona dəymiş ziyanın ödənilməsi tələbi qoyulub.
Ancaq Gömrük Komitəsinin rəhbərliyi bu tələbi yerinə yetirməmək üçün işi Ali Məhkəməyə qədər daşıyıb, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2019-cu il tarixdə Mərcan Cantemirovanın xeyrinə çıxardığı qətnaməsindən kasasiya şikayəti verib.
Ali Məhkəmənin Mülki kollegiyası isə 2020-ci ilin iyun ayının 29-da çıxardığı qərarda BakıApellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsi qüvvədə saxlanılıb, DGK-nin üzərinə Mərcan Cantemirovaya 95 min ödənilməsi öhdəliyi qoyulub.
Qeyd edək ki, Ali Məhkəmənin Mülki kollegiyasının qərarında Mərcan Cantemirovanın 95000 dollar dəyərində olan mallarının necə yoxa çıxdığı da aydın təsvir edilib: “Cantemirova Mərcan (Marjan) Usmanovna (bundan sonra – iddiaçı) içərisində qadın xəz şubaları olan üç ədəd çanta ilə 23 sentyabr 2014-cü il tarixdə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postuna daxil olmuş, həmin bağlamalar Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postuna müvəqqəti saxlanca verilmişdir. Qeyd edilən malların müvəqqəti saxlanca verilməsi ilə əlaqədar Samur gömrük postunun əməkdaşları tərəfindən 23 sentyabr 2014-cü il tarixli 216 saylı protokol tərtib edilməklə imzalanmışdır.
İddiaçı 29 iyun 2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə ünvanladığı ərizəsində kommersiya fəaliyyəti ilə məşğul olduğundan, Çindən xəz şubaları gətirərək Azərbaycandan tranzit yolu ilə Dağıstana apardığını qeyd etmişdir. Gətirilən şubalardan 52 ədədi qüsurlu olduğundan həmin malların Çinə qaytarılması üçün Samur gömrük postunda saxlanca verildiyini, sonradan həmin malların qaytarılmadığını qeyd edərək, həmin malların qaytarılmasında köməklik olunmasını xahiş etmişdir...”

Ancaq məhkəmə raşdırması ilə də müəyyən edilir ki, həmin mallar məhz gömrükçülərin günahı üzündən yoxa çıxıb. Buna görə də Ali Məhkəmə DGK-nin üzərinə Mərcan Cantemirovaya 95 min ödənilməsi öhdəliyi qoyub.
Belə bir şəraitdə DGK-nin iki ildən artıqdır ki, müxtəlif bəhanələrlə məhkəmə qərarını yerinə yetirməkdən qaçması ən azı qanunlara hörmətsizlik, Azərbaycan dövlətinin imicinə zərbədir. Hər halda gömrük əməkdaşlarının məsuliyyətsizliyi, səhlənkarlığı və ya acgözlüyü üzündən baş vermiş bir hadisəni Rusiya səfirliyinin Azərbaycan XİN-ə nota verəcək səviyyə qədər davam etdirilməsini başqa cür izah etmək mümkün deyil.
Belə görünür ki, hətta bu nota belə DGK rəhbərliyini Ali Məhkəmənin Azərbaycan dövlətinin adından çıxardığı qərarı, qurunun üzərinə qoyduğu öhdəliyi yerinə yetirməyə vadar etməyib. Buna görə də Mərcan Cantemirova son ümid yeri kimi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək könmək istəyir.
Qeyd edək ki, Mərcan Cantemirovanın etibarnamə üzrə nümayəndəsi Sefiyat Həmidova bildirir ki, artıq onların nə gözləməyə səbrləri, nə də imkanları qalıb. Hətta intihar etməyi belə düşünüblər.
“Ancaq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə problemin tezliklə həll ediləcəyinə, Gömrük Komitəsinə nəhayət ki, məhkəmənin qərarını yerinə yetirəcəyinə ümid edirik” –deyə, Sefiyat Həmidova bildirib.
Gömrük Komitəsinin Ali Məhkəmənin qəratrını niyə yetirmədiyini öyrənməyə çalışsaq da, zəngələrimizi cavab ala bilmədik. Ancaq DGK-nin də mövqeyini dərc etməyə çalışacağıq.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı sərəncam imzaladı

    Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı ...

    17-11-2018, 17:11

  • 
  • Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə verdi – Eksklüziv

    Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə ...

    7-12-2018, 13:38

  • 
  • Yeni sədr rəislərin yerini dəyişdi

    Yeni sədr rəislərin yerini dəyişdi ...

    4-05-2018, 16:21

  • 
  • Gömrük Komitəsinin vəzifəli şəxsi rüşvət alarkən yaxalanıb

    Gömrük Komitəsinin vəzifəli şəxsi rüşvət alarkən ...

    12-09-2018, 16:44

  • 
  • Gömrükdə narkotik keçirən Rusiya vətəndaşı saxlanıldı

    Gömrükdə narkotik keçirən Rusiya vətəndaşı ...

    31-10-2018, 12:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (61)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu