GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Jurnalistlərə qarşı aparılan təhqir və təhdid kampaniyasının pərdəarxası - Vasif Talıbov niyə susur?

Jurnalistlərə qarşı aparılan təhqir və təhdid kampaniyasının pərdəarxası - Vasif Talıbov niyə susur?

Tarix: 16-11-2022, 14:31 Bölmə :GündəmXəbər / Manşet Baxış: 211

İran illərdir ki, Azərbaycan əleyhinə siyasət aparır, Ermənistanı dəstəkləyərək ona havadarlıq edir.

İranın bu siyasəti Azərbaycan xalqını ciddi narahat etsə də, nə vaxtsa düzələr ehtimalı ilə qonşu ölkədən narazılığımızı açıq şəkildə büruzə verməmişik. Bizim dost, qardaş hesab etdiyimiz dövlət Ermənistana qucaq açıb, onun yaşamasına “nəfəslik” olub, torpaqlarımızın işğaldan azad edilməsi üçün heç bir əməli addım atmayıb, hətta erməni vandallarının Azərbaycanın işğal edilmiş ərazilərində dini abidələrimizi, məscidlərimizi təhqir etməsinə belə göz yumub. Torpaqlarımız işğaldan azad edildikdən sonra məscidlərimizin təhqir olunduğunu bütün dünyaya nümayiş etdirdik. Təəssüf ki, İranın yüksək səviyyəli dini liderləri bundan sonra da məscidlərin təhqir olunmasına öz münasibətini bildirmədi.

Ötən dövr ərzində İran Ermənistanla bütün sahələrdə əlaqələrini genişləndirib, onun düşdüyü çətin vəziyyətdən çıxa bilməsi üçün əlindən gələni əsirgəməyib. 44 günlük Vətən müharibəsinin ilk günlərində İranın tutduğu mövqeyi, onun vasitəsi ilə Ermənistana göstərilən köməyi Azərbaycan xalqı unutmayıb və heç vaxt da unutmayacaq.

Ancaq biz yenə də İranın bu siyasətini onun daxili işi kimi qiymətləndirdik, qonşu ölkə ilə münasibətlərin gərginləşdirilməsində maraqlı olmadıq. Ta ki bu ildən başlayaraq İran siyasi, ideoloji və digər istiqamətlərdə bizə açıq hücuma keçənə qədər. İranın Ermənistana verdiyi dəstəyi günbəgün artırması, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirərək güc nümayiş etdirməsi, Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışması, ölkəmizdə təxribatlar törətmək məqsədilə casus şəbəkəsi yaratması xalqımızın səbr kasasını doldurdu. Bir neçə aydır ki, dövlət rəsmiləri, millət vəkilləri, siyasətçilər, ictimaiyyət nümayəndələri İranın Azərbaycan əleyhinə apardığı kampaniyanı sərt tənqid edir. Azərbaycan Dövlət Televiziyasında İranın bu əməlləri ifşa edilib, silsilə tənqidi materiallar efirə verilib. İş o yerə gəlib çatıb ki, hətta Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Allahşükür Paşazadə də İranın Azərbaycan əleyhinə apardığı siyasətə dözə bilməyib, kəskin mövqeyini ortaya qoyub: “Mən indiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəcəklər. Amma bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı. Milyonlarla şiənin burada ümidi qırıldı”.

Qonşu ölkədən narazılığımız dövlətimizin ən ali səviyyəsində də ifadə edilib. Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev İran İslam Respublikasını nəzərdə tutaraq deyib: “Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik. Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz… Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır”.

Dövlətimizin başçısının bu çıxışı həm qonşu ölkənin özünü yığışdırması, həm də İranın Azərbaycan əleyhinə apardığı siyasətə ölkəmizin daxilində kəskin mövqe bildirilməsi üçün bir siqnal idi. Cəmiyyətimiz Prezidentin bu mesajını qəbul etdi, bundan sonra İranla bağlı daha kəskin mövqe ortaya qoyuldu. Amma dövlət başçısının bu mesajını anlamayan, yaxud anlamaq istəməyən adamlar da oldu. Siyasi partiya liderləri, ictimaiyyət nümayəndələri ilə yanaşı, Milli Məclisin üzvləri də İranla bağlı öz mövqeyini bildirdi, İranla Azərbaycanın münasibətlərinin gərginləşməsinə səbəb olan qonşu ölkənin bəyanatları, əməlləri parlamentdə müzakirə olundu. Bu barədə hər kəs danışdı. Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərindən başqa. Bilirsinizmi işçi qrupun rəhbəri kimdir? Bəlkə də əksəriyyət bilmir. Ona görə bilmir ki, qrup rəhbəri olan millət vəkilimiz indiyədək bu barədə bir kəlmə də danışmayıb. Parlamentin iclaslarına gəlib ki, danışsın?! Deyək ki, parlamentin iclaslarında iştirak etməyi özünə rəva bilmir, heç olmasa tədbirlərdəki çıxışlarında bu barədə danışardı, yaxud ayrıca bir açıqlama verərdi. Oxucuları çox intizarda saxlamadan bildirək ki, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovdur. Açığı mən ən azı Prezidentin çıxışından sonra onun mövqe ortaya qoyacağını göləyirdim. Amma təəssüf ki, gözləntilər özünü doğrultmadı. Nəinki qrup rəhbərinin, hətta qrupun üzvləri olan digər naxçıvanlı deputatların – Eldar İbrahimovun, Cəbi Quliyevin, Ülviyyə Həmzəyevanın da İranın Azərbaycana qarşı apardığı düşmənçilik siyasəti barədə açıqlamalarını görmədik. Və bu münasibət mediada və ictimaiyyət arasında Naxçıvan rəhbərliyi ilə bağlı yaranan sualların təsadüfi olmadığını göstərdi.

Onların bu mövzuda susqunluğu bir yana. Hətta uzun illərdir, İranla bağlı sərt mövqe ortaya qoyan, qonşu ölkəni ən çox tənqid edən milli ziyalılara, jurnalistlərə qarşı Naxçıvandan koordinasiya olunan şəxslərin hücuma keçməsi isə daha təhlükəli məqamlardan xəbər verir. Təkcə bir faktı qeyd edək. Bu günlərdə jurnalist həmkarım Heydər Oğuza Naxçıvan trollarının hücumunun, jurnalistin İranla bağlı söylədiyi fikirlərinin təhrif edilərək təqdim edilməsinin əsas məqsədi İranı müdafiə etmək, ortaya çıxarılan gerçəkləri gizlətmək cəhdidir. Təkcə Heydər Oğuza deyil, şəxsimə qarşı da Naxçıvandan olduğu şübhə doğurmayan total hücumların, sosial şəbəkələrdə feyk profillər vasitəsilə heç bir əxlaqi normaya sığmayan təhqir və təhdidlər yağdırılmasının arxasında da bu məqam dayanır. Çünki bu sətirlərin müəllifi də zaman-zaman İranla bağlı tənqidi fikirlər səsləndirib, Naxçıvanda bəzi şəxslərin İrana meyillənməsini müşahidə etdiyini və bundan narahat olduğunu bildirib. Hətta ötən il İranla bağlı yazdığım kəskin tənqidi yazılara görə o vaxt özümə yaxın hesab etdiyim adamlar vasitəsilə Naxçıvanın yumşaq formada desəm etirazı mənə çatdırılmışdı.

Bizim heç kimlə nə şəxsi qərəzimiz, nə də ədavətimiz var. Dövlətimizə və Vətənimizə haradansa təhdid hiss etdiyimiz zaman buna qarşı çıxmaq, mübarizə aparmaq bizim vətəndaşlıq borcumuzdur. Gördüyümüz neqativ halların işıqlandırılması isə peşəkar jurnalist fəaliyyətimizin nəticəsidir. Əgər səsləndirdiyimiz fikirlərin, tənqidlərin hansısa yanlışdırsa, buna cavab vermək, doğruları ictimaiyyətə çatdırmaq qarşı tərəfin, təkzib etmək isə bizim vəzifəmizdir. Kiminsə peşəkar fəaliyyətinə, doğruları cəmiyyətə çatdırdığına görə sosial şəbəkələrdə feyk və gerçək profillər vasitəsilə ailəsinin təhqir edilməsi zəiflərin və naqislərin işidir. Jurnalistlərə qarşı bu qarayaxma, söyüş kampaniyasının aparılmasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən təşkil edildiyinə inanmaq istəmirəm. Çünki uzun illər birgə çalışdığımız dövrdə Naxçıvanı tənqid edənlərin ailəsinin təhqir edilməsi ilə bağlı hansısa tapşırığın verildiyini xatırlamıram. Amma zaman və şərait insanları dəyişdirə bilər. Bu faktı da istisna etmirik.

Ümid edirik ki, Vasif Talıbov yaxın zamanlarda İranla bağlı yaranmış suallara aydınlıq gətirəcək, jurnalistləri ən əxlaqsız formada təhqir edən trolları tapıb cəzalandıracaqdır. Əks təqdirdə, bizim bu işin təkşilatçısı kimi ondan şübhələrimiz daha da artacaq və bundan sonrakı təbliğatımızı da bu istiqamətdə quracağıq. Yəqin ki, o zaman Vasif Talıbovun uzun illərdir, yaradılan dövlət xadimi, ədalətli, əxlaqi və mənəvi dəyərlərə xüsusi diqqət yetirən rəhbər imici xalqın gözündə çilik-çilik olacaqdır./tns.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Prezidenti: “Ermənistan müsəlman ölkələrinə dost ola bilməz”

    Azərbaycan Prezidenti: “Ermənistan müsəlman ...

    15-01-2021, 15:24

  • 
  • Molla mediası Elçibəyi təhqir edir

    Molla mediası Elçibəyi təhqir edir ...

    25-04-2014, 11:24

  • 
  • Koçaryan öz xalqını təhqir etdi

    Koçaryan öz xalqını təhqir etdi ...

    25-05-2021, 16:18

  • 
  • İran Dağlıq Qarabağ müsəlmanlarına kömək etməyə hazırdır

    İran Dağlıq Qarabağ müsəlmanlarına kömək etməyə ...

    28-06-2013, 12:58

  • 
  • Azərbaycana qarşı erməni-fars birliyi

    Azərbaycana qarşı erməni-fars birliyi ...

    18-12-2012, 13:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu