Respublikaçılar çərşənbə günü ABŞ Nümayəndələr Palatasına nəzarəti ələ keçiriblər. Bununla da mühafizəkarların Prezident Co Baydenin acendasına əngəl olmasına və bir sıra təhqiqatlar başlatmasına imkan yaranır.
Seçki günündən bir həftədən çox vaxt sonra Respublikaçılar 218-ci yeri qazanaraq Nümayəndələr Palatasında üstünlüyü ələ keçiriblər. Partiyanın neçə yer fərqi ilə əksəriyyət təşkil edəcəkləri ən azından bir neçə gün və ya hətta həftə sonra bəlli olacaq, çünki bəzi yerlərdə səslər hələ də hesablanmağa davam edir.
Bununla belə onlar partiyanın 21-ci əsrdə ən az fərqlə üstünlüyə sahib olması yolundadırlar. Bundan öncə 2001-ci ildə Respublikaçılar yalnız 9 səs fərqli ilə Nümayəndələr Palatasında çoxluq təşkil etmişdilər. Bu isə Respublikaçıların bu il ara seçkilərdən öncə proqnozlaşdırdığı böyük qələbə ilə müqayisədə çox kiçik bir göstəricidir.
Bunun əvəzinə Demokratlar gözlənilməz nəticələr əldə edərək, Virciyadan tutmuş Minnesota və Kanzasa kimi şəhərətrafı dairələrdə qələbələrini təmin etdilər. Bu nəticələr Nümayəndələr Palatası Kevin MakKartinin spiker olmaq planlarıını çətinləşdirə bilər, çünki bəzi mühafizəkar qanunvericilər ya onu dəstəkləməklə bağlı tərəddüdlərini dilə gətiriblər, ya da bəzi şərtlər irəli sürüblər.
Respublikaçıların zəif göstəricilərinə baxmayaraq, partiya nəzərəçarpan gücə malik lacaq. Respublikaçılar əsas komitələrdə nəzarəti ələ keçirəcək ki, bu da onlara qanun layihələrini formalaşdırmağa və Bayden, onun ailəsi və administrasiyası ilə bağlı təhqiqatlar başlatmağa imkan verəcək. Onlar xüsislə prezidentin oğlu Hanter Baydenin xaricdəki biznes əlaqələrini araşdırmaqda maraqlıdırlar. Bəzi ən mühafizəkar qanunvericilər Baydeni impiç etmək ehtimalını qaldırıblar, ancaq partiyanın böyük üstünlüyə malik olmadan bunu etməsi çox çətin olacaq.
Nümayəndələr Palatasının irəli sürdüyü hər hansı qanun layihəsi isə Demokrtların şəngə günü cüzi səs fərqi ilə nəzarəti ələ keçirdikləri Senatda əngəllə qarşılana bilər. Hər iki partiya dekabrın 6-da Corciyada Senatdakı yer uğrunda səsvermənin ikinci raundunun nəticələrini gözləyirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?