Gundemxeber.az » Dünya » KİV: “Respublikaçılar ABŞ Konqresinə nəzarəti ələ keçirə bilər”
ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilər nəticəsində Konqresdə çoxluq demokratlardan respublikaçılara keçə bilər...
Bu barədə “Real Clear Politics” məlumat yayıb.
Bildirilib ki, ABŞ telekanalları və sosioloji xidmətlərinin regional sorğuları bunu təsdiqləyir.
Qeyd olunub ki, noyabrda keçiriləcək aralıq seçkilərinə bir ay qalmış Respublikaçılar Partiyası Nümayəndələr Palatasında 220 yer uğrunda mübarizədə açıq-aşkar öndədir və səs çoxluğu əldə edə bilər. Sorğulara əsasən, Demokratlar Partiyası Nümayəndələr Palatasında 180 yerə sahib ola bilər. Amma 35 mandat uğrunda mübarizədə hansı partiyanın namizədinin qalib gələcəyi aydın deyil.
Bundan başqa, Senatda respublikaçılar 47 yer, demokratlar isə 46 yer qazana bilər. Daha 7 mandata hansı partiyanın sahib olacağı məlum deyil. Amma respublikaçı namizədlərin dörd mandat uğrunda mübarizədə az da olsa üstünlüyü var.
GUNDEMXEBER.AZ
6-11-2018, 11:48
28-01-2021, 13:03
10-06-2016, 00:38
13-09-2022, 14:00
22-07-2019, 15:35
Sorğu
Yeni dizaynımız necədir?