“Sizə müraciət etməkdə məqsədim odur ki, mən Məmmədov Vüqar Məmmədhüseyn oğlu 1994-cü ildə Daxili işlər orqanlarında işə qəbul olmuşam. İşlədiyim dövrdə yəni, 1996-cı ildə Daxili işlər Nazirliyinin nəzdində olan yataqxana binasında mənə ailəmlə yaşamaq üçün mənzil verilib. Buna baxmayaraq, xidmətimlə bağlı müəyyən rayonlarda işləyirdim”.
Gundemxeber.az dia.az-a istinadla bildirir ki, bu barədə narazı vətəndaş Vüqar Məmmədov öz müraciətində qeyd edir. Daha sonra şikayətçi bildirir: “2015-ci ildə təqaüdə çıxdım. Təqaüdə çıxmaqda məqsədim övladım olmadığından müəyyən müalicələr almaq üçün Bakı şəhərinə köçdük və Bakı şəhərində kirayə ev tutub qaldıq. Müalicəni davam etdirdik və bir övladımız dünyaya gəldi. Uşaq xəstə olduğu üçün, məcburən Bakı şəhərində qaldıq. Hərdən Naxçıvana gedərkən həmən yataqxanada qalırdıq və uşağın müalicəsi üçün Bakı şəhərinə gəlib gedirdik. 1996-cı ildən 2022 -ci ilin aprel ayınadək həmin mənzildə qeydiyyatdaydıq (yəni 28 ildir). 23.04.2022-ci il tarixdə DIN-nin müavini Zahid Gözəlov əl telefonuma zəng edərək bildirdi: “Fövqaladə Hallar Nazirliyindən bizə məktub gəlib”. Soruşdum “nə məktubdur?”, dedi: – “göstəriş verilib evdən çıxasınız”. Soruşdum, bu nə məsələdir. Bildirdi ki, FHN-nin müavini general-mayor Kərimov Hikmət Kərim oğlunun göndərdiyi məktub əsasında evdən çıxmağınız tələb olunur. Mən də 3 gün ondan sonra getdim FHN -nin müavini general-mayor Hikmət Kərimovla görüşdüm. O təkidlə bildirdi ki, evi boşalt. Mən dedim ki, mənim evim yoxdur, məni evlə təmin edin çıxım. Həmin mənzildə 28 ildir qeydiyyatdayam və yaşayıram. O isə mənə bildirdi ki, 3 günə vaxt verirəm, çıxmasan göstəriş verəcəyəm, əşyalarını töksünlər çölə. Özün də şikayət üçün hara gedirsən get. Başladı vəzifəsindən sui-istifadə edib məni hədələməyə. Yenə təkrarən bildirdi ki,özünə məxsus olan əşyaları götürməsən göstəriş verəcəm qapını qırıb çölə töksünlər. Mən də məcbur olub evdən çıxdım. Evimdəki əşyalarımı hara aparacağımı bilmədiyim üçün dəyər-dəyməzinə satdım. Sonra Bakıda kiraya yaşadığım evə qayıtdım. Başıma gələnləri həyat yoldaşıma bildirdim. Yoldaşım çox həyacan keçirtdi, dedi: “Mən 22 il o evdə övladsız yaşamışam, indi 5 yaşında övladımız var, biz harda qalacayıq? Yoldaşım bu həyacandan xərçəng xəstəliyinə düçar oldu. Hal -hazırda vəziyyəti orta kafidir. Bakı şəhəri Milli onkologiya xəstəxanasında qeydiyyatdadır və müalicə olunur. Ayda bir dəfə kimya-terapiya qəbul edir. Bildirirəm ki, düzgünlüyü ilə araşdırılsın. Aprel ayı evi təhvil verdim, iyul ayı yoldaşım xərçəng xəstəliyi tutdu. Düzgünlüyü ilə qeyd edim ki, 17.05.2010 – cu ildən Azərtürk bankından kredit götürmüşəm müalicələrə görə, övladım olmadığı üçün. Həmin gündən kredit borcum davam edir. Yoldaşımın xərçəng xəstəliyi ilə bağlı isə 21.07.2022-ci ildə 9000 manat götürərək müalicəsini davam etdirirəm. Ehtiyac varsa araşdırılsın. Xahiş edirəm mənim məsələmi işiqlandırasız”. İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?