GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nəsimi rayonunun küçə və döngələri “Dubay bazarı”na çevirilib - RƏZALƏT

Nəsimi rayonunun küçə və döngələri “Dubay bazarı”na çevirilib - RƏZALƏT

Tarix: 26-12-2022, 13:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 832

Bu rayonun küçə və döngələrində satışa çıxarılan məhsullar heç bir halda baytar nəzarətindən keçirilmir, laboratoriyalarda yoxlanılmır, məhsulların keyfiyyətli olub-olmaması haqda istehlakçılara heç bir məlumat verilmir 


 Dünən gundemxeber.az-ın əməkdaşı redaksiyamıza daxil olan məlumatlar əsasında Bakı şəhərinin Nəsimi rayonuna aid ərazilərdə olmuş və canlı şəkildə gördüyü bir çox problemlərlə,  eybəcərliklərlə və s. ilə bağlı reportaj da hazırlamışdır.  Bu haqda bir qədər sonra.


 Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Belə bir təyinatın verilməsindən 7 (yeddi) ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, hələ də Nəsimi rayonu ərazisinə aid problemlər həllini tapmır ki, tapmır. Problemlərin əmələ gəlməsinə bir çox amillərin varlığı səbəb olur ki, bu da rayon sakinlərini çoxsaylı problemlərlə üz-üzə qoymaqdadır. Faktdır ki, bu gün sakinləri daha çox narahat edən, rayonun ümumi görünüşünə, küçə və döngələrinin təmizliyinə xələl gətirən başlıca səbəblərdən biri də, ərazilərdə küçə ticarətinin tüğyan etməsidir. Söz yox ki, qanunsuz küçə ticarətinin fəalyyət göstərməsinə Nəsimi Rayon İcra Hakimiyyəti Aparatında çalışan bəzi vəzifə sahibləri tərəfindən “yaşıl işıq” yandırılır ki, bunu rayonun küçə və döngələrində, piyada keçidlərinin həndəvərində, səkilərdə, dayanacaqlara yaxın ərazilərdə, yaşayış binalarını qarşısında və digər yerlərdə görmək mümkündür.


      Qeyd edək ki, küçə ticarətinin fəaliyyət göstərməsinə həmin şəxslər tərəfindən razılıq verilməzsə, o halda bir kimsə “risk edib” belə bir addımını atmaz. Yəni, nəinki axşam saatlarında, hətta səhər və günorta saatlarında da bu rayonun mərkəzi küçələrində, piyadaların keçib-getdikləri səkilərdə, magistral yollara yaxın ərazilərdə, küçə və döngələrdə və s. hər cür kənd təsərrüfatı və ərzaq məhsullarının satışı həyata keçirilir. Elə ki, günün axşam saatları olur, o halda vəziyyət daha dözülməz həddə çatır və  satıcılar qışqırıq-bağırtıları ilə “əndazəni aşırlar” və onlar yol kənarlarında, piyadaların gedib- keçdikləri yerlərdə şor, pendir, limon, göyərti, müxtəlif növ meyvələr, balıq və toyuq məhsulları satırlar. Hətta, elə hallar da olur ki, küçə ticarəti ilə məşğul olanlar mallarını magistral yolların dayanacaqlarında satırlar ki, bu da dəfələrlə yol-nəqliyyat hadisələrinin və digər təhlükəli anların baş verməsinə səbəb olub. Adicə bir faktı qeyd edək ki, bu rayonun “Memar Əcəmi” metrostansiyasından üzü “Yeganə” şadlıq sarayına doğru gedən yolda, yəni Hüseynbala Əliyev və Seyid Cəfər Pişəvəri (əvvəlki adı Cavadxan) küçələrində meyvə, tərəvəz, ət və ət məhsulları, daha nələr, nələr satılır. Əslində hər bir ərazidə kəndli bazarı var və bu rayonun ərazisində yerləşən, hansı ki, 3-cü mikrorayondakı “Kəndli Yarmarkası”ndan da sakinlər hər cür alış-veriş edə bilərlər.


 Belə olan halda qeyri-qanuni fəaliyyət göstərən küçə ticarəti niyə yığışdırılmır? Əgər küçə ticarəti yığışdırılarsa, o halda  paytaxt Bakının küçə və prospektlərində səliqə-səhman da öz yerində olar. Təəssüflər olsun ki, yerlərdə vəzifə sahibi olanlar belə vəziyyət yaradıblar və bunun qarşılığında onlar gündəlik  öz ciblərini doldurmaqla məşğul olurlar.


   Təəssüf və təəccüb doğuran hal odur ki, Nəsimi rayonunun qeyd olunan ərazilərində bu cür fəaliyyət növü ilə məşğul olanlar, heç sanitar- gigiyena qaydalarına da əməl etmirlər. Çünki, belə bir qaydalara əməl etmək üçün lazımi şərait də yoxdur. Məsələn, bu işlə məşğul olanlar küçələrdə toz-torpağın içində, açıq hava şəraitində ərzaq məhsullarının satışını həyata keçirirlər ki, bu da insan həyatı üçün olduqca təhlükələr yaradır. Diqqət yetirmək lazımdır ki, bu rayonun küçə və döngələrində satışa çıxarılan məhsullar heç bir halda baytar nəzarətindən keçirilmir, laboratoriyalarda yoxlanılmır, məhsulların keyfiyyətli olub-olmaması haqda istehlakçılara heç bir məlumat verilmir. Bu cür ərzaq məhsullarından istifadə olunma, bəzən ciddi fəsadların baş verməsi ilə də nəticələnir. Bir sözlə, əvvəllər hər kəsin ümid edib inandığı, etibar etdiyi Nəsimi RİH Aparatı, sanki bu gün inamsız bir quruma çevirilib. Qeyd edək ki, vaxtilə Bakı şəhərinə aid rayonların küçə və döngələrində, digər ərazilərində küçə ticarətinin fəaliyyət göstərməsinə dair Bakı şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazə 01 yanvar 2014-cü il tarixdən ləğv olunub. Bəli, belə bir qərar Bakı şəhərini daha da abadlaşdırmaq, gözəlləşdirmək, dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək məqsədilə verilir. 


Qeyd olunan tarixdə bu qərar verilsə də, faktdır ki, Nəsimi RİH Aparatında çalışan və küçə ticarətinin fəaliyyət göstərməsinə şərait yaradan bəzi vəzifə sahibləri, verilmiş qərarı bu gün də “priznavat” etmirlər. Belə bir səbəbdəndir ki, hal-hazırda Nəsimi rayonunun mərkəzi əraziləri bir növ “Dubay bazarı”nı xatırladır və bu rayonun ərazilərinə yaraşmayan, küçə və döngələrini çirkləndirən, zibilləyən, antisanitariya vəziyyəti yaradan, rayonun görkəmini eybəcərləşdirən, insanların rahatlığını pozan küçə ticarəti, məhz gündəlik hər kəsə hər cür problemlər əmələ gətirməkdədir. O da əksəriyyətə məlumdur ki, 2014-cü ildən qanunsuz küçə ticarəti ilə məşğul olanların fəaliyyətinin qadağan olunmasına və bu işlə məşğul olanların inzibati məsuliyyətə cəlb olunmasına başlanıb. İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən qanunsuz küçə ticarətinə, yəni icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə məbləği təyin olunub. Bütün bunlara baxmayaraq Nəsimi RİH Aparatında çalışan bəzi vəzifə sahiblərinin  küçə ticarətinə şərait yaratmaları, sanki bu rayonu sağalmaz dərdə salıb.


 Amma onu da unutmaq olmaz ki, bir kimsə Nəsimi RİH Aparatında çalışan və küçə ticarətinə cavabdehlik daşıyan vəzifə sahiblərinin, ərazi üzrə cavabdehlik daşıyan polis əməkdaşlarının icazəsi olmadan hansısa daşı daşüstə, almanı narüstə qoya bilməz. Bütün bunlara baxmayaraq, hal-hazırda bəzi vəzifə sahibləri bu rayonun ərazilərində küçə ticarətini şəxsi nəzarətlərində saxlayırlar və bununla da maddi maraqlarının təmin olunmasını həyata keçirirlər. Əslində bu cür addım qanundankənar fəaliyyətdir və bu gün həmin şəxslər  öz məsuliyyətlərini dərk etmirlər.











GundemXeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan yol

    Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan ...

    1-05-2015, 11:36

  • 
  • Nəsimi MKTB-nin 33 saylı MİS-i vəzifə sahiblərinin gəlir mənbəyinə çevrilib - ŞOK FAKTLAR

    Nəsimi MKTB-nin 33 saylı MİS-i vəzifə ...

    1-12-2021, 12:48

  • 
  • Sabah Nəsimi Rayon İcra başçısının oğlunun məhkəməsidir

    Sabah Nəsimi Rayon İcra başçısının oğlunun ...

    23-05-2016, 13:19

  • 
  • Nəsimi rayonunda əsl seçki biabırçılığı-SIYAHI

    Nəsimi rayonunda əsl seçki biabırçılığı-SIYAHI ...

    17-12-2019, 15:21

  • 
  • Nəsimi rayonunda qalmaqal

    Nəsimi rayonunda qalmaqal ...

    5-04-2013, 10:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (446)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu