GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Nəsimi MKTB-nin 33 saylı MİS-i vəzifə sahiblərinin gəlir mənbəyinə çevrilib - ŞOK FAKTLAR

Nəsimi MKTB-nin 33 saylı MİS-i vəzifə sahiblərinin gəlir mənbəyinə çevrilib - ŞOK FAKTLAR

Tarix: 1-12-2021, 12:48 Bölmə :Manşet / GündəmXəbər Baxış: 646

            

Ölkə rəhbərinin ayrı-ayrı vaxtlarda imzaladığı sərəncamlar əsasında, Bakı şəhərinin rayonlarına təyin olunan bəzi icra başçılarının qol qoyduqları qanunsuzluq əməlləri, daim geniş ictimaiyyətin müzakirə etdiyi əsas mövzulardan biri olur. Buna baxmayaraq icra başçısı vəzifəsini daşıyan həmin şəxslər ya açıq şəkildə, ya da ki, gizlincə qarşılarına qoyduqları məqsədlərini “çin etmək” üçün minbir hoqqalardan çıxırlar. Belə bir səbəblər üzündəndir ki, paytaxt Bakı şəhərinin ərazilərində olmazın qanunsuzluqların baş verməsinin canlı şəkildə şahidi olmaq mümkün olur. Qeyd edək ki, paytaxtın əraziləri içərisində daha böyük qanunsuzluqların, özbaşınalıqların tüğyan etdiyi rayonlardan biri, bəlkə də lap birincisi Nəsimi rayonudur. 


Çünki, Asif Əsgərov bu rayona icra başçısı təyin olunduğu ilk günlərdən rayonun küçə və döngələrində, bir qədər boş olan ərazilərində satmadığı torpaq sahələri qalmadı. Əksər yaşılıqlar məhv olundu, həmin yerlərdə villalar, hündür mərtəbəli yaşayış evləri və s. inşa olundu. Bir sözlə, Asif Əsgərov Nəsimi rayonunun bir qədər boş olan ərazilərinə, yaşılıqlarına qarşı “qatillik etdi”. Gündemxeber.az nyus.az-a istinadən əldə etdiyi məlumatlara görə, indi isə bu şəxs dövlət qurumlarına məxsus binalara “əl gəzdirmək”lə məşğul olur və belə işlərdə bacanağı Zaur adlı şəxs ona “qara kassir”lik edir. 


Məsələn, redaksiyamıza çatdırılan məlumatlarda bildirilir ki, bir müddət bundan öncə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev-52 ünvanında yerləşən, Nəsimi MKTB-nin 33 saylı mənzil-kommunal istismar sahəsinə məxsus ərazinin bir hissəsi satılıb və həmin yerdə iki mərtəbəli tikilinin inşaası həyata keçirilib. Çatdırılan məlumatlarda o da bildirilir ki, inşaası həyata keçirilmiş yeni tikilinin ümumi sahəsi 150 kvm-dən çox olsa da, həmin tikiliyə yalnız 15 kvm-lik rəsmi sənəd əldə etmək mümkün olur. Belə bir səbəbdən də, bu tikilidə inşaat işləri hələ ki, dayandırılıb. Başqa bir məlumata görə, 33 saylı mənzil-kommunal istismar sahəsinə aid ərazinin satışa çıxarılmasında və “jirnı müştəri”nin tapılmasında, adı çəkilən bu dövlət qurumunda rəis vəzifəsini daşıyan 67 yaşlı Əliyev Mirnazir Miryusif oğlu adlı şəxsin  xüsusi rolu olur. Elə ki, bu məsələ ilə bağlı ona sual verib cavab əldə etmək istədik, o halda o, “Müəllim, biz kimik ki, yer sataq, pul qazanaq.  Rayonun icra başçısı var, bu işlər daim onun nəzarəti altında olur. Yəni, biz nə yer sata bilərik, nə də ki, başqa işlərlə məşğul ola bilərik. Yaxşı olar ki, mənim dediklərimi özünüz yaxşı başa düşəsiniz”. Belə bir cavablardan sonra ortaya maraqlı və düşündürücü sual da çıxır. Görəsən 67 yaş həddinə çatmış (Allah ömür versin) Mirnazir Əliyevin, uzun illər ərzində oturduğu “kreslo”sundan hələ də “bərk-bərk yapışması”na səbəb nədir? Məgər, bu şəxsi əvəzləyəcək gənc, savadlı, enerjili kadrmı yoxdur? Yoxsa, həmin “kreslo”nu daşımaq 33 saylı mənzil-kommunal istismar sahəsinin rəisi vəzifəsini daşıyan Mirnazim adlı şəxsin  adına rəsmləşdirilib? Bəlkə də ola bilər?

Yəqin ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən  Rəfael Mehralıyevin də, belə bir əməllərdə xüsusi marağı, əldə edəcəyi hansısa məbləğdə gəlirləri var. Əgər bu belə olmasa o halda o, Nəsimi RİH-nin başçısı Asif Əsgərovu və Nəsimi MKTB-nin 33 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Mirnazir Əliyevi, birbaşa özünəməxsus “Domokl qılıncı” ilə cəzalandırıb, hər iki şəxsi yerlərində oturtmağı bacarardı. Deməli, Rəfael Mehralıyev 33 saylı mənzil-kommunal istismar sahəsinə məxsus ərazinin bir hissəsi satışa çıxarılmasında maraqlı olub ki, tərəflər belə bir əmələ qol qoymağı bacarıblar.

Gündemxeber.az bildirir ki, Asif Əsgərov Bakı şəhərinin Səbail rayonunda icra başçısı vəzifəsini daşıyarkən o, bu rayonun Xəqani küçəsi-105A ünvanında “EDELSS” adlı gözəllik salonu alır. Amma, həmin salonu öz adına rəsmiləşdirməkdən “vaz keçir”. Qeyd edək ki, Asif Əsgərov əksər qohum-əqrəbalarına qarşı olduqca diqqətcil olduğundan, alicənablıq  nümayiş etdirdiyindən o, aldığı həmin salonu yaxın qohumunun işlətməsinə qərar verir.  Bu da onu təsdiq edir ki, Nəsimi RİH-nə rəhbərlik edən bu şəxs, rayon ərazisində yaşayan hər kəsə eyni gözlə baxmır. Yəni, Asif Əsgərov tam əksəriyyətə uzaq məsafədən mikraskopla baxsa da, özününkülərə yaxın məsafədən açıq gözlə baxmağı bacarır.

Mövzuya qayıdacağıq.

Gündemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Görəsən Asif Əsgərov 1-ci müavinini deputat seçdirə biləcəkmi?

    Görəsən Asif Əsgərov 1-ci müavinini deputat ...

    12-12-2019, 12:53

  • 
  • Beyləqanın problemləri tükənmir.

    Beyləqanın problemləri tükənmir. ...

    19-10-2015, 19:27

  • 
  • O da gedir... - Mahir Quliyev böyük pulları yeyib

    O da gedir... - Mahir Quliyev böyük pulları yeyib ...

    31-10-2018, 15:13

  • 
  • Salyanın icra başçısı dəyişdirilir…

    Salyanın icra başçısı dəyişdirilir… ...

    26-02-2016, 13:53

  • 
  • Ağstafanın dərdi uzun, yaraları isə sağalmazdır

    Ağstafanın dərdi uzun, yaraları isə sağalmazdır ...

    9-12-2016, 13:35


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu