“Los” ləqəbi Aleksandr Lukaşenkonun rus süngüsü üzərində diktatura yaratdığı Belarusda Nobel Sülh Mükafatı laureatı Ales Belyatskini mühakimə edirlər. “Vesna” hüquq-müdafiə mərkəzinin rəhbəri, 60 yaşlı Ales Belyatski son prezident seçkisinin nəticələrinin kütləvi saxtalaşdırılmasına qarşı keçirilən etiraz aksiyalarını maliyyələşdirməkdə ittiham olunur və onu 12 il həbs cəzası gözləyir.
Məhkəmədə əli qandallı saxlanılan Ales Belyatski məhkəmə iclasının rus dilində aparılmasına etirazı, məhkəmə prosesinin Belarus dilində aparılması və ya ona tərcüməçi verilməsi tələbi məhkəmə heyyəti tərəfindən rədd edilib. Hüquq müdafiəçilərinin məlumatına görə, Belarus zindanlarında 1500 nəfərdən çox siyasi məhbus var. Onların əksəriyyətinə, qadın və ya kişi olmasından asılı olmayaraq qeyri-insani işgəncələr verilib.
Belarusun digər Nobel mükafatı laureatı, məşhur yazıçı Svetlana Aleksieviç iki ildən artıqdır ki, mühacir həyatı yaşayır. Prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına qarşı keçirilən etiraz aksiyalarını dəstəklədiyi üçün Nobel mükafatı laureatının evi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınmışdı. Avropa ölkələrini təmsil edən 18 nəfər səfirin iki dəfə Svetlana Aleksieviçi evində ziyarət edərək dəstək ifadə etmələri, Nobel mükafatı laureatını həbsdən qorumaq üçün səfirlərin növbə ilə yazıçının evində gecələmələri Lukaşenkoya heç bir təsir etməmişdi. Belarusun onun üçün təhlükəli olduğu haqqında xəbərdarlıqdan sonra ölkəsini tərk edən Nobel mükafatı laureatı, məşhur yazıçı Svetlana Aleksieviç o zamandan Avropada yaşayır.
Nobel mükafatı laureatlarına qarşı repressiya həyata keçirməkdən çəkinməyən Lukaşenkonun 29 illik diktatura rejiminin ömrü Putinin terrorçu rejiminə bağlıdır. Rusiyada Putinin terrorçu rejimi süqut etdikdən sonra postsovet məkanındakı bütün avtoritar rejimlər kimi “Los”un diktatura rejimi də qısa zaman ərzində çökəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?