Son günlər yerli icra hakimiyyətlərində aparılan qeyri-qanuni işlərin varlığı bir daha sübüt edir ki, rayon ərazilərində bünövrəsi qoyulan tikinti işləri yerli sakinlərin narahatçılıqlarına və narazılıqlarına səbəb olur.
Təbii ki, aparılan tikinti işləri hansısa işbazlarla məmurların qarşılıqlı maraqları əsasında baş verir.
Görünən odur ki, təklif edilənlər bir-başa icra hakimiyyətinin başçısı tərəfindən “qüvvəyə minir”. GundemXeber.Az saytına daxil olan müraciətlərdən biri də məhz bu cür məmur özbaşınalıqlarından və hansısa maraqlar əsasında aparılan göydələnlərin tikintilərindən xəbər verir.
Belə ki, Nəsimi rayonun ərazisində yerləşən 20 Yanvar metrostansiyasının yaxınlığındakı "Kontakt Home "nin arxasında ərazi üzrə "jek" müdiri Yasin Əliquliyevin düz ofisinin qarşısında yaşayış binalarına məxsus park ərazisində aparılan hündürmərtəbəli binanın tikintisi dediklərimizin bariz nümunəsidir. Bu ərazidə yaşıl şam ağacları məhv edilir və yerində hündürmərtəbəli bina tikilir.
Demək olar ki, belə halların baş verməsi, Nəsimi rayonunda yaşayış məntəqələrinin qarşısındakı parkların 80-90 faizində baş verir.
Birmənalı şəkildə bilmək lazımdır ki, həmin tikintilərin aparılması üçün Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun icazəsi olmadan, bir kimsə hansısa daşı daşüstə qoya bilməz...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?