GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Lənkəran ŞİH-nin mövqeyi

Lənkəran ŞİH-nin mövqeyi

Tarix: 18-01-2023, 10:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 322

GundemXeber.Az saytının 16-01-2023  tarixində “Lənkərandan sanki tanklar keçib...Yerli rəhbərlik və AAYDA yolları Suriyaya döndərib” başlığı altında yazı dərc olunmuşdur. Yazı böyük rezonans doğurduğundan, Lənkəran Rayon İcra Hakimiyyəti mövqe açıqlamalı oldu. Biz də jurnalistika kodeksini əsas tutaraq, peşə borsumuzu yerinə yetirib qarşı tərəfin mövqeyini əl vurmadan olduğu kimi təqdim edirik:

“Lənkəran Şəhər İcra Hakimiyyətini hədəf alan arqumentsiz və köhnə yazıların məqsədli şəkildə yenidən gündəmə gətirilməsi təəssüf hissi doğurur. Heç bir fakta əsaslanmayan fikirləri ictimaiyyətə sırımaq cəhdi hər zamanki kimi fiaskoya uğramağa məhkumdur. 

Dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində son illərdə Lənkəranda yol infrastrukturunun inkişafı, yeni yolların salınması və asfalt örtüyünün yenilənməsi, yeni idarə və müəssisələrin tikintisi və əsaslı təmiri həyata keçirilib. Özəl sektorun inkişafı üçün rəqabətli iqtisadi mühit formalaşdırılıb. 

Şəhərin abadlıq və quruculuğu istiqamətində mühüm addımlar atılıb. Belə ki, son 10 ildə ümumi uzunluğu 200 km-ə yaxın 9 yol layihəsi icra edilərək istifadəyə verilib, daha 75,2 km-lik yolun salınması investisiya proqramına daxil edilib. Heydər Əliyev Mərkəzi inşa edilib, vətəndaşların istirahəti üçün 3 istrahət parkı yenidən qurulub. Gənclər mərkəzi,  Bayraq Meydanı və Olimpiya İdman Kompleksi inşa olunub. 350 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının, Şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin binaları əsaslı təmir olunub. Rayon prokurorluğu üçün yeni inzibati bina istifadəyə verilib, 28 məktəb binası tikilib, 3 məktəb binası əsaslı təmir olunub, əlil və şəhid ailələri üçün 90 mənzilli 3, evləri qəzalı vəziyyətdə olan sakinlər üçün 100 mənzilli 4 yaşayış binası tikilib. Lənkəran Dövlət Universiteti üçün əlavə 3 tədris korpusu və yataqxana  istifadəyə verilib. 

Bundan başqa, qəzalı vəziyyətdə olan 19 çoxmərtəbəli yaşayış binasında təmir-bərpa, gücləndirmə işləri aparılıb, fasadları rənglənib, 300-dən çox yaşayış binasının dam örtüyü dəyişdirilib. Səkilərə yeni tametlər döşənib, hasar və divarlar ağ layla üzlənib, şəhərin mərkəzi küçələrindən olan Qala Xiyabanı küçəsi yenidən qurulub, sıradan  çıxmış travertin lövhələr sökülərək əraziyə mərmər üzlüklü tamet tavalar döşənib. Lənkəran rayonu üzrə qazlaşma səviyyəsi 95 %-ə yüksəlib, ümumilikdə 47 274 ev təsərrüfatı qazlaşdırılıb. Şəhid ailələri üçün yaşayış binaları istifadəyə verilib. Bundan başqa, evləri qəzalı vəziyyətdə olan sakinlər üçün 3 yaşayış binası tikilib. Yaşayış məntəqələrinin təqribən 70%-ni əhatə edən 9 avtomobil yolu yenidən qurulub. Bununla belə, ümumi uzunluğu 47,5 km və 108 küçəni əhatə edən ərazidə quraşdırılan 2365 işıq dirəyi vasitəsilə şəhərimiz axşam saatlarından etibarən avtomatik şəkildə işıqlandırılır, daha 46 küçədə yeni işıqlandırma sisteminin quraşdırılmasına başlanılıb. Bununla da, şəhərin işıqlandırılmayan küçəsi qalmayacaq. 

Eyni zamanda, 110/35/10 kv-luq Lənkəran-2 elektrik yarımstansiyası istismara verilib, 25 yaşayış məntəqəsinin elektrik təsərrüfatı tamamilə yenidən qurulub. “Azərbaycan Respublikası regionların 2019-2023-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonumuzda özəl sektorun inkişafı da diqqət mərkəzində olub. Belə ki, 2022-ci ildə rayona 21,3 milyon manat özəl investisiya qoyulub. Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və işsizliyin aradan qaldırılması ilə bağlı 10-a yaxın otel və istirahət mərkəzi, çay və  konserv fabrikləri, 3 düyü emalı və xalçaçılıq müəssisəsi yaradılıb, istehsal gücü ildə 18 min ton olan yeni qənnadı məhsulları fabriki fəaliyyətə başlayıb. 

Rayonumuzda sahibkarlığın inkişaf dinamikası ötən müddət ərzində yüksələn xəttlə artıb. Belə ki, Lənkəran rayonunda  2022-ci ildə  məhsul istehsalı 547 milyon manat olub, bu da 2018-ci illə müqayisədə 22,1 % çoxdur.  Bundan başqa, emal sənayesi eyni dövrlə müqayisədə 3,7 dəfə artaraq 135.6 milyon manat, turizm 5,2 dəfə artaraq 9.2 milyon manat, kənd təsərrüfatı məhsulları isə 16,8 faiz artaraq 137,1 milyon olub. Bütün bunlarla yanaşı, hazırda rayonumuzda iri həcmli layihələrin istirahət və ticarət, o cümlədən uşaq əyləncə mərkəzlərinin, çoxmənzilli yaşayış binalarının tikintisi, habelə kənd təsərrüfatını məhsullarının əkini davam etdirilir. Növbəti ildə  sözügedən obyektlərin istifadəyə verilməsi və yeni kənd təsərrüfatı müəssisələrinin yaradılması nəzərdə tutulub ki, bu da nəticədə çox sayda vətəndaşlarımızın işlə təmin olunmasına şərait yaradacaqdır.

Yuxarıda sadalananlar cənab Prezidentin xüsusi diqqəti sayəsində rayonumuzda görülən işlərin sadəcə kiçik bir hissəsidir. Bəzi media nümayəndələrinin görülmüş işlərə kölgə salmaq istəyi təəssüf doğurur. Lənkəran Şəhər İcra Hakimiyyəti hər zaman bütün media orqanlarına açıqdır, ünvanlanan istənilən məsələnin cavabalandırılmasında maraqlıdır. Bir daha xatırladırıq ki, dəqiqləşdirilməmiş məlumatlar paylaşmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq və dövlət qurumunun nüfuzuna zərər verən əsassız iddiaların məqsədli şəkildə dövriyyəyə buraxılması hüquqi məsuliyyət yaradır.”


https://gundemxeber.az/gundemxeber/77361-lenkerandan-sanki-tanklar-kecibyerli-rehberlik-ve-aayda-yollari-suriyaya-donderib.html


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lənkəran İcra Hakimiyyəti: Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir

    Lənkəran İcra Hakimiyyəti: Liman şəhərində və ...

    12-01-2016, 20:45

  • 
  • Lənkərandan sanki tanklar keçib...Yerli rəhbərlik və   AAYDA yolları Suriyaya döndərib

    Lənkərandan sanki tanklar keçib...Yerli rəhbərlik ...

    16-01-2023, 19:36

  • 
  • İcra Hakimiyyəti korrupsiyaya yol verib: 13 məktəb, 39 yaşayış evi, bağçalar, yolların təmir-tikintisi...

    İcra Hakimiyyəti korrupsiyaya yol verib: 13 ...

    23-11-2017, 18:53

  • 
  • Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı proqramının icrasının yekunlarına həsr olunan konfransda iştirak edir - YENİLƏNİB

    Prezident regionların 2014-2018-ci illərdə ...

    29-01-2018, 11:22

  • 
  • EBRD ilə əməkdaşlıqda əsas hədəflər müəyyənləşib

    EBRD ilə əməkdaşlıqda əsas hədəflər müəyyənləşib ...

    6-02-2021, 16:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu