GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Deputatın şirkəti iylənmiş toyuqları xalqa necə sırıyır? – FOTO-VİDEO

Deputatın şirkəti iylənmiş toyuqları xalqa necə sırıyır? – FOTO-VİDEO

Tarix: 30-01-2023, 23:31 Bölmə :GündəmXəbər / Manşet Baxış: 159


Bu günlərdə sahibkar Fərəcov Pərviz Atəş oğlu GundemXeber.Az və Dogruxeber.Az redaksiyalarına iddia ilə müraciət edib.


Kiçik sahibkar Pərviz Fərəcov qeyd edir ki, "Lebro" broyler şirkətindən satmaq məqsədilə 17.500 (on yeddi min beş yüz) manatlıq qablaşdırılmış toyuq aldım. Onun 9.500 (doqquz min beş yüz) manatını Nəriman və Orxan adlı şəxslərə ödədim, qalanını borclu qaldım.

Sonra malı açanda baxdım ki, hamısı iylənmiş toyuqlardır. Geri qaytarmaq üçün dəfələrlə müraciət etsəm də qəbul etmədilər.

Axırda mənə dedilər apar Lerikə, fabrikin özünə. Filan qədər də xərc çəkib yükdaşıma xidmətindən yük maşını sifariş verib, onunla malı apardım Lerikə. Orda da borclu qaldığım qədərini götürdülər, pulunu ödədiyim qədərini isə nə qədər israr etsəm də geri almadılar. Mən də məcbur olub malı şirkətin həyətinə boşaltdım.

Geri qayıdanda mülki geyimli polis əməkdaşları yolda "VAZ-2107" markalı avtomobillə qarşımızı kəsdilər və haqqımızda şikayət olduğunu dedilər.

Güya bizim sürücü şlaqbaumu qırıb. Sonra dedilər mühafizəçini vurub.


Biz yenidən şirkətə geri döndük. Orada polis əməkdaşları tərəfindən baxış keçirildi və haqqımızdakı şikayət öz əksini tapmadı. Bizdən kafedə izahat aldıqdan sonra sürücünü buraxdılar. Mən də gecə yarısı Bakıya qayıtdım.

Başımıza gətirdikləri bu qədər oyunlara rəğmən ödədiyim məbləği mənə qaytarmırlar. Orxanla Nəriman deyir ki, "pulu yemişik, üstündən də su içmişik. Get əlin hara qəlbidir ora qoy".


Həə, atalar yaxşı deyib, "Arxalı köpək qurd basar".


Pərviz Fərəcovun sözlərinə görə, ""Lebro" broyler şirkətinin əsl (qeyri-rəsmi) sahibi millət vəkili İqbal Məmmədovdur. İdarəçilik edən Nəriman və Orxan isə qardaşı oğlanlarıdır."

Yəqin, bu səbəbdəndir ki, Nəriman bəy və "əmisinin ərköyün balası" Orxan bəy vətəndaşa qarşı etdiyi haqsızlıq azmış kimi, kobudluq da göstərir. Təqdim etdiyimiz videoda toyuq məhsullarının kəsildiyi, saxlanıldığı şəraitin görüntülərinə baxın!

Yeri gəlmişkən, yazını yazmadan əvvəl "Lebro" broyler barəsində internet üzərindən kiçik araşdırma apardıq.

Sözügedən məhsulların reklamını izlədikcə, bizdə maraqlı fikirlər oyandı. Əslində, belə çıxır ki, sözügedən şirkət heç də alıcılarını aldatmayıb.


Gördüyünüz kimi reklam fotosunda "qoxusu aləmi gəzər" sözləri yazılıb ki, zatən Pərviz Fərəcov da məhz bu səbəbdən malları geri iadə etmək istəyir.

Bir də "qızıl qırmızı" deyirlər ki, "hər gün marketlərə yeni məhsul çatdırırıq".

Yuxarıda təqdim etdiyimiz videogörüntülərdə reklamda yazılan bu sözün nə dərəcədə həqiqətə uyğun olub-olmadığını da görmüş oldunuz.


İqbal Məmmədovun biznesi böyüyür...


Görünür doğma yurdunun təbiəti deputat İqbal Məmmədovu özünə çox bağlayıb ki, Lerik rayonunda biznesini böyütməyə qərar verib.

Odur ki, əldə etdiyimiz məlumata görə daha bir zavod - ən müasir texnologiyalarla yem zavodunu da artıq işə salıb.

Onu da qeyd edək ki, təbii olaraq, əlbəttə bütün bu əmlakların deputatın özünün adına olması mümkün deyil. Yəqin, o səbəbdən də Nəriman və qardaşı oğlu Orxan butun işlərə rəhbərlik edirlər.

Pərviz Fərəcov isə uzun müddətdir ki, zəhmətlə qazandığı halal pulunu bu iki şəxsdən geri ala bilmədiyini deyir və hüquq-mühafizə orqanlarından ona hüquqlarını bərpa etməkdə köməklik göstərmələrini xahiş edir.

Məsələ ilə bağlı adıçəkilən tərəflərin də mövqeyini dinləməyə hazırıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentin qohumunun şirkəti də borc içində üzürmüş – “Ər-Riyad” ziyanla işlədiyindən borclu qalıb – Sahibkar pulunu tələb edir...

    Prezidentin qohumunun şirkəti də borc içində ...

    4-12-2014, 23:41

  • 
  • Lerikə qar yağdı - FOTO

    Lerikə qar yağdı - FOTO ...

    17-10-2015, 20:33

  • 
  • 355 MİN MANAT PULUNU İTİRƏN SAHİBKAR AVROPA MƏHKƏMƏSİNƏ ÜZ TUTUR

    355 MİN MANAT PULUNU İTİRƏN SAHİBKAR AVROPA ...

    8-11-2013, 12:51

  • 
  • “Kontakt Home”dan növbəti şikayət-250 manatlıq “defekt” malı geri qaytarmır...

    “Kontakt Home”dan növbəti şikayət-250 manatlıq ...

    2-06-2021, 17:58

  • 
  • Astara gömrüyündə sahibkar soyğunçuluğu

    Astara gömrüyündə sahibkar soyğunçuluğu ...

    3-10-2013, 21:26


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (558)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu